Məhkəmə qərarları › İş №2(012)-415/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-415/2025

04.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-415/2025 04.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, qızı xx.xx.1979-cu il təvəllüdlü X5 ruhi-psixi xəstəlikdən əziyyət çəkir. Qızına "Şizofrenobənzər psixoz və şizofreniya-paranoid formasında” diaqnozu qoyulmuş, dəfələrlə müalicələr olunmuşdur, lakin sağlamlıq vəziyyəti ilə bağlı hər hansı yaxşılaşma halı baş verməmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən övladına ikinci dərəcəli əlillik verilmiş, kənar şəxsin qulluğuna ehtiyacının olması göstərilmişdir. Ruhəngiz Qafarova əmək qabiliyyətsizdir. X5 öz hərəkətlərini idarə etmək qabiliyyətinə, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. Belə ki, o, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyildir, hərəkətlərinin mənasını anlaya bilmir və kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanıları yoxdur. X4 qəyyumu təyin edilməyi barədə o, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş və müvafiq komissiyadan ona Ruhəngiz Qafarovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməyini bildirmişdirlər. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə hüquqlarının qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi üçün vacibdir. Xüsusilə vurğulamaq lazımdır ki, hazırda qızı sərbəst şəkildə hüquqlarını həyata keçirmək qabiliyyətinə malik deyildir. Ruhəngiz Qafarova, əmək qabiliyyətsizdir və kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur. Qızına o baxır, qulluq edir, onunla birlikdə yaşayır, fəaliyyət qabiliyyətsiz hesab edilməsi gələcəkdə onun qızına qəyyum təyin edilməyi və hüquqlarının tərəfindən sərbəst şəkildə həyata keçirilməsi üçün vacibdir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi Nümayəndə məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürülərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kirovskiy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Vİ-ЖГ 316285 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X6, anası isə Ərizəçidır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 5540 saylı rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X2 “ŞİZOFRENİYA PARANOİD FORMA” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (uzun müddətdir psixi xəstə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Klin i ki Tibbi Mərkəzi’də “Şizofreniya paranoid forma” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, zərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sumqayıt şəhər Psixiatriya XəstəxanasTda ona “Şizofreniya paranoid forma” diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Abşeron rayon Mərkəzi XəstəxanasTda "Şizofreniya paranoid forma” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji və autik olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1979-cu il təvəllüdlü X1 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: Yoxlanılan şəxs X2 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi müəyyən edilir. 2-ci sual: X1 xəstəliyi onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas verirmi? Cavab: Yoxlanılan şəxs X5 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də R.L.Qafarovanı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 5540 saylı rəyindən müəyyən olunur ki, X5 “ağır dərəcəli əqli gerilik” xəstəliyindən əziyyət çəkir. Beləliklə məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertiza üzrə alınmış xx.xx.2024-cü il tarixli, 5540 saylı rəydə X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin qızı-xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar