Məhkəmə qərarları › İş №2(012)-4155/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4155/2021

01.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4155/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı ərizəçi Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ərizəsinə və ona əlavə edilmiş sənədlərə 01 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxs maraqlı şəxs qismində cəlb etdiyi ərizə ilə müraciət edərək onun 2006-cı ildən 2019-cu ilin aprel ayına kimi 03 mart 2001-ci ilə təvəllüdlü Sadıqov Rəsul Həşim oğlunun qəyyumu olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Rəsul sadıqov onun arvadı Elnarənin birinci nikahdan olan oğludur, lakin ərizəçinin himayəsində böyümüş və 20 oktyabr 2020-ci il tarixdə 2-ci Qarabaq müharibəsində Şəhid olmuşdur. Ərizənin məzmunundan bu hüquqi faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsədlə lazım olduğu qeyd edilməmişdir. Habelə göründüyü kimi ərizəçi qəyyum olması faktının müəyyən edilməsini xahiş etdiyi şəxs, yetkinlik yaşına çatmış və ərizəçinin qeyd etdiyi kimi şəhid olmuşdur. Bununla belə, məhkəmə qeyd edir ki, qaunvericilikdə şəhid ailə üzvlərinin kimlər olduğu qanunvericilikdə müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Ərizəçi şəhid ailəsi statusu almaq üçün bu barədə müvafiq icra orqanına müraciət etməli, onun həərəkətindən imtina aldığı halda isə inzibati məhkəməyə müraciət edə bilər.an Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür.Hesab edirəm ki, ərizəçi tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.Belə ki, ərizəçi tərəfindən verilmiş ərizədə maraqlı şəxsin qeydiyyatda olduğu ünvan və ərizə üzrə tələbi konkret ol konkret nə məqsəd üçün lazım olduğumişdir.Ərizəçiyə izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar