Məhkəmə qərarları › İş №2(012)-4175/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4175/2023

21.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4175/2023 21.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair və İddiaçı Cavabdehnə qarşı «cərimə məbləğinin silinməsi» tələbinə dair iddia ərizələri üzrə işlərin bir icraatda birləşdirilməsi məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı «Azəriqaz” İstehsalat Birliyi cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə vurulmuş 3110,40 (üç min bir yüz on manat 40 qəpik) manat məbləğində zərərin və 51,11 (əlli bir manat 11 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3161,51 (üç min bir yüz altmış bir manat 51 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər iş üzrə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən onun adına (Abonent kodu: **********00880) hesablanmış 3110,40 (üç min yüz on manat 40 qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. İddia tələbini müdafiə etdiklərini, həmçinin İddiaçı tərəfindən eyni tələblə 2(012)- 4175/2023 saylı iddia qaldırıldığını,. hər iki işin Abşeron Rayon Məhkəməsinin icraatında olduğunu qeyd edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və Cavabdeh İB-nin iddia tələbinin təmin olunmasına, İddiaçı iddiasının isə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. O, yaşadıqları yerin bina evi olduğunu, orada sayğacın 2017-ci ildə quraşdırıldığını, əvvəllər sayğacın balkonda olduğunu, lakin sonradan sayğacın yararlılıq müddəti bitdiyindən Cavabdeh əməkdaşları tərəfindən bu ilin aprel ayında götürüldüyünü qeyd etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hər iki mülki işdə göstərilən tələblər bir-biri ilə əlaqəli olduğundan həmin mülki işlər Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılması üçün bir icraatda birləşdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.4-cü maddəsinə görə bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169cu maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı «Azəriqaz” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair 2(012)-3912/2023 saylı mülki işlə və İddiaçı cavabdeh «Azəriqaz” İstehsalat Birliyinə qarşı «cərimə məbləğinin silinməsi» tələbinə dair 2(012)-4175/2023 saylı mülki iş bir icraatda birləşdirilsin və hər iki işə 2(012)-3912/2023 nömrəsi verilsin. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar