Məhkəmə qərarları › İş №2(012)-4176/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4176/2022

15.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4176/2022 15.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 15 noyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid qeydiyyat vəsiqəsinin və texniki pasportun X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki Ərizəçi mərhum həyat yoldaşı X3 adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Həmin fərdi yaşayış evinin texniki pasportunda və Qeydiyyat vəsiqəsində X3 adı yanlış olaraq X2 qeyd edilmişdir. O, fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Lakin onun müraciətinə cavab olaraq bildirilmişdir ki, hüquqmüəyyənedici sənəddə hüquq sahibinin adı X2 göstərildiyi halda, ölüm haqqında şəhadətnamədə şəxsin adı X7 kimi göstərilmişdir. O, həmin yanlışlığın aradan qaldırılması üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə cavab olaraq bildirilmişdir ki, sənəddə texniki səhvin düzəldilməsi idarənin səlahiyyətləri xaricindədir. Göstərilən hallara görə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan qeydiyyat vəsiqəsinin və texniki pasportun mərhum həyat yoldaşı X5 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X14 ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki iş materiallarında olan Abşeron RİHB-nın Fatmayı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 226 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum həyat yoldaşı X3 adına olan fərdi yaşayış evinin qeydiyyat vəsiqəsində ata adı səhvən Əlihəsən kimi göstərilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış şahısı 48,3 kv.m köməkçi sahəsi 25,9 kv.m 3 (üç) otaqdan ibarət yaşayış evi mülkiyyət hüququ əsasında Abşeron rayon İHB-nın Fatmayı Görədil kəndi üzrə nümayəndənin 08 dekabr 1999-cu il tarixli 17 saylı sərəncamına əsasən 21 iyun 2005-ci ildə X6 adına qeydə alınmışdır. Mülki işin materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci ildə Abşeron rayonu Fatmayı kəndində vəfat etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsindən imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, Ərizəçi ünvan 4 ünvanında yerləşən 67A nömrəli fərdi yaşayış evinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın alınması ilə bağlı 01 mart 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 34479 reyestr və 466 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibinin ata adı ilə şəxsiyyəti təsdiq edən sənədlərdə göstərilən ata adı arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, qeydiyyat vəsiqəsində hüquq sahibi “X9” göstərildiyi halda, ölüm haqqında şəhadətnamədə “X7” kimi qeyd edildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, Sumqayıt "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X12 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsəsən təsdiq edirəm ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- X3, vərəsəsi: arvadı ünvan 5 ünvanında qeydiyyatda olan Ərizəçi (AZE 0417241S, xx.xx.2005 - Abşeron RPŞ. FİN.xxxxxxx. d/t.xx.xx.1953) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: -Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2019-cu ıl tarixli AD490740 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 1FMDU34X0SUA35966, mühərrikin nömrəsi və buraxılış ili 1995-ci il olan FORD EXPLORER MİNİK markalı 10NT489 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Mülki iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X4 arasında 10 avqust 1977-ci ildə nikah bağlanmış, X1 Aslanova soyadı verilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli məktubda qeyd olunmuşdur ki, Ərizəçi 34479 reyestr və 466 inventar nömrəli qeydiyyat vəsiqəsində hüquq sahibi ilə bağlı texniki səhvin aradan qaldırılması barədə 31,05.2022-ci il tarixli müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsində göstərilən texniki səhvin aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət olunması məqəsədəmüvafiqdir.. Mülki işin materiallarında olan AZE № 04172419 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X7 xx.xx.1948-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid Qeydiyyat vəsiqəsində X7 kimi qeyd edilən şəxs xx.xx.1948-ci il tarixdə anadan olmuş xx.xx.2021-ci ildə vəfat etmiş X7 olması müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid Qeydiyyat vəsiqəsinin X5 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid X6 adına qeyd edilmiş, Qeydiyyat vəsiqəsinin X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar