Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4182/2021 29.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət və sahiblik hüquqlarının müdafiəsi tələbinə dair mülki işə 29 noyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı mülkiyyət və sahiblik hüquqlarının müdafiəsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və ona məxsus texnika və avadanlıqların Abşeron rayonunun X13 Fondunda saxlanılan torpaqlardan ona ayrılan 5,5 ha torpaq sahəsindən çıxarılması, həmin torpaqlardan istifadəyə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, ona vurduğu zərərə görə cavabdehdən 50000 (əlli min) manat məbləğində zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 da qeyd olunan torpaq sahəsinə daxil olub orada qanunsuz fəaliyyət göstərdiyindən cavabdeh kimi cəlb edilməsini, eyni iddia tələbinin ona qarşı da təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 108 saylı 04.02.2013-cü il tarixli Sərəncamı ilə Abşeron rayonunun X13 Fondunda saxlanılan torpaqlardan 5,5 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə İddiaçı ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 16 saylı 04.02.2013-cü il tarixli müsbət rəyi verilmişdir. Həmin torpaq sahəsinin ilkin torpaqayırma sənədləri tərtib edilmiş, torpağa dair müvafiq müqavilə bağlanılmışdır. Torpaq sahəsindən təyinatı üzrə istifadə edilir və heç bir qanun pozuntusuna yol verilmir. Cavabdeh Güzdək kənd sakini Cavabdeh1 bir neçə gün bundan əvvəl iddiaçıya məxsus daş karxanası kimi istifadə edilən torpaq sahəsinin dörd bir tərəfini zəbt edərək həmin əraziyə texnika gətirmiş, əraziyə giriş-çıxışı bağlayaraq sahəni zəbt etmişdir. Həmin torpaq sahəsinin şimal hissəsindən əraziyə başqa bir şəxs - Cavabdeh2 daxil olaraq özbaşına şəkildə həmin hissədə mişar daşı istehsalı ilə məşğul olmağa başlamışdır. Həmin şəxsə qarşı ayrıca məhkəmə iddiası qaldırılmışdır. Hazırkı iş üzrə Cavabdeh1 həmin Cavabdeh2 onun adına olan 02/3-6228 abunə kodu olan transformatordan heç bir təhlükəsizlik tələblərinə cavab verməyən şəkildə, yəni kustar üsulla elektrik enerjisi alaraq sahəyə gətirdiyi texnikasını, yəni daşkəsən kombaynını işlədir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçı özünə məxsus əraziyə, iş sahəsinə keçə bilmir. Üstəlik cavabdeh ərazidə yerləşən iddiaçıya məxsus daşkəsən kombaynı və vaqonu sürüyüb başqa tərəfə atmış və iddiaçıya maddi zərər vurmuşdur. İddiaçı cavabdehin bu özbaşınalıq hərəkətlərinin qarşısını almaq üçün Abşeron rayonu Qobu qəsəbəsi üzrə polis orqanına müraciət etmiş, lakin cavabdeh bəhanə gətirərək polisin tələbini yerinə yetirməmiş, ərazinin guya ona aid olduğunu bildirmişdir. Cavabdehə dəfələrlə edilən şifahi xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Hazırda cavabdeh həmin ərazidə qanunsuz fəaliyyətini davam etdirir. Onun bu cür qanunsuz fəaliyyəti nəticəsində iddiaçıya gündəlik zərər vurulur, iddiaçı öz əmlak istifadə hüquqlarından məhrum olur. Çünki iddiaçının ərazisinə gedən yollar cavabdeh tərəfindən bağlanılmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 50000 (əlli min) manat zərər vurmuşdur. Bundan əlavə, cavabdeh qanunsuz fəaliyyət göstərdiyi üçün onun işçilərinin əməyinin təhlükəsizliyi də təmin edilmir, texniki təhlükəsizlik qaydaları da kobud şəkildə pozulur. Cavabdehin qanunsuz və nəzarətsiz fəaliyyəti hər an texniki qəzaya, insan ölümünə səbəb ola bilər. Cavabdehin qanunsuz fəaliyyəti ekoloji tələblərə də ziddir. Cavabdehin həmin ərazidə qanunsuz fəaliyyətinin qarşısı alınmalı, cavabdeh sahədən çıxarılmalıdır. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X5 məhkəmə prosesində iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Bildirdi ki, o, sürücüdür. Hazırki iddia tələbinin ona heç bir aidiyyəti yoxdur. O, Sadiqin işçisi kimi gəlib daş yığıb aparmışdır. Cavabdeh2 nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, hazırda Abşeron rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı mülkiyyət və sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş olduğunu bildirərək bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarından olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 04.02.2013-cü il tarixli 108 nömrəli Abşeron rayonuna təhkim olunmuş, X11 saxlanılmış torpaqdan İddiaçı mişar daşı istehsal etmək məqsədilə torpaq sahəsi ayrılması barədə tərtib olunmuş torpaqayırma sənədlərinin təsdiq edilməsi haqqında sərəncamının kserosurətindən müəyyən edilir ki, “1. Abşeron rayonunun X13 Fondunda saxlanılmış torpaqlardan mişar daşı istehsal etmək məqsədilə 5,5 hektar torpaq sahəsinin 15 (on beş) il müddətinə icarə qaydasında “İddiaçı ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilməsi, 2. Fiziki şəxsə tapşırılsın kı, torpaq üzərində hüququn qeydə alınmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon şöbəsi vasitəsi ilə təmin etsin” qərara alınmışdır. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən 04.02.2013-cü il tarixdə verilmiş rəyin surətindən müəyyən edilir ki, Fləmin torpaq sahəsindən İddiaçı 15 (on beş) il müddətinə 5,5 hektar icarə müqaviləsi yolu ilə torpaq sahəsi verilməsinə DTXK-nin Abşeron rayon şöbəsi aşağıdakı şərtlə etiraz etmir: 1.Mişar daşı istehsalından əvvəl sifarişçi İddiaçı tərəfindən həmin sahədə mişar daşı istehsal etmək üçün Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ekoloji pasport və Dağ-filiz və qeyri-filiz mədənləri sahələrində işlərin təhlükəsiz və səmərəli aparılmasına X1 tələb olunan sənədlərin alınması təmin edilsin.
2. Bağlanmış müqavilənin vaxtı qurtardıqda İddiaçı tərəfindən sahə rekultivasiya ediləcək, əvvəlki vəziyyətdə torpaq akt ilə geri qaytarılacaq və yaxud müqavilənin vaxtı uzadılacaqdır. Mülki işin materiallarından olan Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən (X8) müəyyən edilir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısı tərəfindən İddiaçı 2013-cü il tarixli sərəncam ilə 5,5 hektar torpaq sahəsini istifadəyə vermişdir. Müqavilə 15 (on beş) il müddətinə bağlanır. İcarə haqqı 2013-cü il tarixdən hesablanır. İcarəçi hər il 1650 (min altı yüz əlli) manat icarə haqqı ödəməyi öhdəsinə götürür.Həmin müqavilənin əlavə şərtlərinə əsasən bu müqavilə DƏDRX-də qeydiyyata alındığı gündən etibarlıdır. Mülki işin materiallarından olan 18.12.2020-ci il tarixdə X7 ilə İddiaçı arasında bağlanmış Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən (X9) müəyyən edilir ki, X7 04.02.2013-cü il tarixli 108 saylı sərəncam əsasında 5,5 hektar torpaq sahəsini İddiaçı mişar daşı istehsalı üçün vermişdir. İcarə haqqı 18 dekabr 2020-ci il tarixdən hesablanır. İcarəçi hər il 4400 (dörd min dörd yüz) manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 108 saylı 04.02.2013-cü il tarixli Sərəncamı ilə Abşeron rayonunun X13 Fondunda saxlanılan torpaqlardan 5,5 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə İddiaçı ayrılması əsasında Abşeron rayon İcra Hakimiyyəti başçısı tərəfindən İddiaçı 2013-cü il tarixli sərəncam ilə 5,5 hektar torpaq sahəsini istifadəyə vermişdir. Müqavilə 15 (on beş) il müddətinə bağlanır.Həmin müqavilənin əlavə şərtlərinə əsasən bu müqavilə DƏDRX-də qeydiyyata alındığı gündən etibarlıdır.İş materiallarından göründüyü kimi təqdim edilən icarə müqaviləsi kserosurət olmaqla, icarəçinin hüquqları hələ də DƏDRX-də qeydə alınmaışdır. Halbu ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində öz hüquqlarını iddiaçı dövlət qeydiyyatına məcburi qaydada aldırmalı olduğu halda buna əməl etmədiyindən, qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.Onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı əsas iddia tələıbi təmin edilmədiyindən onun maddi ziyana görə tələbi də əsassızdır və təmin edilməməlidir. İddia təmin edilmədiyindən onun tərəfindən ödənilmiş dövlət rüsumuna görə pul özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 mülkiyyət və sahiblik hüquqlarının müdafiəsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Səfiyeva