Məhkəmə qərarları › İş №2(075)-428/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-428/2021

27.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maneənin aradan qaldırılması - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-428/2021 27.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı1, onun vəkili, həmçinin iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 nümayəndəsi (vəkili) X9, Cavabdeh iştirakları ilə, İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər (bundan sonra iddiaçılar) İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən məcburi çıxarılması və maneələrin aradan qaldırılması” tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər (bundan sonra iddiaçılar) İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 qarşı “pulun qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların mülkiyyətində olan Şəki rayonu Qayabaşı kəndində yerləşən 14.59 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması, tərəfindən olan manelərin aradan qaldırılması, həmin torpaq sahəsinə girişinə qadağa qoyulması və Cavabdeh uzun müddət ərzində həmin torpaq sahəsindən qanunsuz olaraq qazanc əldə etməsinə görə 5000 manat maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı1, onun vəkili, həmçinin iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 nümayəndəsi (vəkili) X21 məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh onların mülkiyyətində olan Şəki rayonu Qayabaşı kəndində yerləşən 14.59 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması, onun tərəfindən olan manelərin aradan qaldırılması, həmin torpaq sahəsinə girişinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh 01 mart 2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 xüsusi mülkiyyətində olan 14.59 hektar kənd dəsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 6 hektar torpaq sahəsinin barəsində cavabdehlərlə onun arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması, olmadıqda isə onun tərəfindən torpaq sahəsinin satın alınması üçün 2005-ci ildə cavabdehlərə verilmiş 6 000 000 manat pul məbləğinin ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin mülki işə məhkəmədə baxılarkən Cavabdeh məhkəməyə qarşılıqlı iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 onlara ödədiyi 6 000 000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə uyğun olaraq məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli, 30.10.2018-ci il tarixli çıxarışa əsasən Şəki rayonu Qayabaşı kəndində xüsusi mülkiyyət növü üzrə, kənd təsərrüfat təyinatlı, reyestr nömrəsi **********028 olar 14.59 ha torpaq sahəsi onun və ailə üzvlərinin adına rəsmiləşdirilmişdir. Göstərmişdir ki, qeyd edilən torpaq sahəsi ona və onun ailə üzvlərinə Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 11 iyul tarixli 54 saylı qərarı ilə verilmişdir. Həmin torpaq sahəsinə 22.10.2018-ci il tarixdə DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanıb verilmişdir. Belə ki, əvvəllər cavabdehlə aralarında olan şifahi razılıq əsasında mülkiyyətində olan torpağın bir hissəsini yəni 6 hektarını Cavabdeh əkmək üçün istifadəyə vermişdir. Artıq aralarında olan razılığın çoxdan bitməsinə baxmayaraq Cavabdeh hazırda da mülkiyyətində olan torpaq sahəsindən bu günə kimi qanunsuz istifadə etməkə qazanc əldə edir. Cavabdehə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh könüllü şəkildə torpağından çıxmaq istəmir, cavabdehin qanunsuz olaraq onun torpaq sahəsindən istifadə etməsi və həmin torpaq sahəsindən qazanc əldə etməsi mülkiyyətçi kimi onun qanununla qorunan mülkiyyət hüquqlarını pozur. Bundan əlavə 13.11.2020-ci il tarixli Şəki rayonu Qayabaşı kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş akta əsasən ona və ailə üzvlərinə məxsus olan Şəki rayonu Sarıca kəndində verilmiş pay torpaq sahəsinin 6 ha sahəsi naməlum şəxslər tərəfindən səpilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Qayabaşı kənd sakini Cavabdeh tərəfindən həmin torpaq sahəsi səpilmişdir. Həmçinin bildirdi ki, o, sözügedən torpaq sahəsini cavabdehə satmamış, bununla bağlı cavabdehlə aralarında hər hansı şifahi və ya yazılı razılaşma olmamışdır. O, sözügedən torpaq sahəsini əkməsi üçün müvəqqəti olaraq cavabdehə vermişdir. O, torpaq sahəsini əkmək müqabilində cavabdehdən hər hansı məbləğdə pul almamışdır. Göstərmişdir ki, ilkin iddia ərizəsini onu azaldılması barədə verdiyi ərizə hissəsində müdafiə edir. Bütün yuxarıda qeyd edilənlərə əsasən ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 vəkili, həmçinin iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 nümayəndəsi (vəkili) X21 da İddiaçı1 ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı1, həmçinin cavabdehlər və Tofiqin həyat yoldaşı Qiyafət həmkəndlisidir və uzun müddətdir ki, birbirilərini tanıyırlar. 2005-ci ilin əvvəllərində Tofiq və Qiyafət onun yanına gələrək təcili pula ehtiyacının olduğunu, buna görə də mülkiyyətində olan pay torpaq sahəsindən 6 hektarını satmaq istədiklərini bildirmişlər. Həmin vaxt Qiyafət onların evinə gələrək, oğlunun hərbi ilə bağlı probleminin olduğunu və torpağın bir hissəsinin oğlunun adına olduğundan oğlu, gəldikdən sonra torpağı onların adına sənədləşdirəcəyini demişdir. O da ailə üzvləri və qardaşları ilə məsləhətləşdikdən sonra Tofiqin bu təklifini qəbul etmişdir. Tofiqə və onun ailə üzvlərinə bir həmkəndli kimi etibar etdiyindən torpağını satması müqabilində 2005-ci ildə Tofiqin arvadı Qiyafətə 6 000 000 manat pul vermişdir. O, həmkəndli olduqlarından iddiaçıya inanmış və torpağı sənədləşdirməmiş, həmçinin həmin dövrdə onlar arasında hər hansı yazılı razılaşma olmamışdır. Lakin son dövrdə cavabdehlərə torpağı sənədləşdirməyi bildirdikdə onlar müxtəlif bəhanələrlə torpağın sənədləşdirilməsindən yayınımışlar. Göstərmişdir ki, bütün bu illər ərzində qeyd edilən 6 hektar torpaq sahəsinə özündən başqa iki qardaşı ilə birlikdə demək olar ki, buğda və ya arpa əkməklə oradan istifadə etmişlər. Bu illər ərzində həmin torpaq sahəsini icarə müqaviləsi əsasında istifadə etmişlər. Qeyd etmişdir ki, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına əsasən kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar kənd təsərrüfatı istehsalının subsidiyalaşdırılması və dövlət büdcəsi hesabına güzəştlərin verilməsi nəzərdə tutulmuşdur. O, hər il həmin torpaq sahəsini əkimiş və dövlətdən buna görə subsidiya almışdır. Ancaq son zamanlaradək aralarında torpaqla bağlı problemlər olmamışdır. Çünki hamı sözügedən torpaq sahəsinin Tofiq tərəfindən ona satıldığını bilir. Lakin hazırda cavabdehlər onun həmin torpaq sahəsindən istifadə etməyinə maneələr yardır, həm torpaq sahəsinin alınması üçün ona verdiyi pulu geri qaytarmır, həm də həmin torpaq sahəsini onun adına rəsmiləşdirməkdən yayınır. Əlavə olaraq göstərmişdir ki, 6 000 000 pulu 2005ci ildə şəxsən İddiaçı1 arvadı Qiyafət Zeynalovaya vermişdir. Həmin vaxt digər cavabdehlər onların yanında olmamışlar. Qiyafət demişdir ki, oğlunun hərbdə problemləri var, ona görə də ona pul lazımdır. Bildirmişdir ki, qarşılıqlı iddia ərizəsini onun azaldılması hissəsində müdafiə edir. Həmçinin göstərmişdir ki, hazırda qardaşı Tahir ilə birlikdə iddiaçılara məxsus torpaq sahəsinin 6 hektarında taxıl əkmişlər, bu il taxılını biçərək məhsulunu götürdükdən sonra həmin torpaq sahəsindən çıxacaqdır. Odur ki, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 30.10.2018-ci il tarixdə verilmiş seriyası RX olan ******* nömrəli nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Qayabaşı kəndində yerləşən ölçüsü 14,59 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/5 hissə üzrə İddiaçı2 uğlu, İddiaçı4 və İddiaçı3, 2/5 hissə üzrə İddiaçı1 mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş kod nömrəsi 40402037 olan JN:189 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 11 iyul tarixli 54 saylı qərarı ilə Şəki rayonunun Qayabaşı kəndi ərazisində İddiaçı1, X2, İddiaçı2, İddiaçı4 və İddiaçı3 14.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qayabaşı Bələdiyyəsinin 05.03.2021-ci il tarixli, 19 nömrəli arayışından görünür ki, torpaq islahatı aparılan zaman Qayabaşı kənd sakini İddiaçı1 və onun ailə üzvlərinə verilmiş 14,59 ha pay torpağının 1999-cu ildən 2020-ci ilədək vergi ödəyicisi həmin şəxsdir. 31.12.2020-ci ilə 180,92 manat vergi borcu vardır. İşdə olan 26.04.2021-ci il tarixli aktdan görünür ki, Şəki rayonu, Sarıca inzibati ərazi komissiyasının üzvləri X22, X12, X15, X10 və X4 akt tərtib edərək təsdiq etmişlər ki, İddiaçı1 Ülfət oğluna və onun həyat yoldaşı X2 məxsus 6 hektar pay torpağını icarə müqaviləsi əsasında 3 hektar torpaq sahəsini, Cavabdeh, 3 hektarını isə X16 uzun illər əkmişlər və subsidiyanı onlar almışlar. İşdə olan X1 Şəki ŞRPŞ-nin Sarıca PB-nə vermiş olduğu izahatın təsdiq edilmiş surətindən görünür ki, X5 6 hektar torpaq sahəsini 6 000 000 manat pul müqabilində Məzahir adlı şəxsə 5 illik satmasını etiraf etmişdir. İşdə olan 07 may 2021-ci il tarixli aktdan görünür ki, Qayabaşı və Sarıca inzibati ərazi komissiyasının sabiq üzvləri X15, X4, X10, X22, X13, X6 və X3 təsdiq etmişlər ki, İddiaçı1 aid 15 hektar torpaq sahəsinin 6 hektarı 2007-2018-ci illərdə Cavabdeh hər il müqavilə əsasında icarəyə verilmişdir və həmin müqavilələr 2007-2019-cu illəri əhatə etmişdir. Yalnız 2018-ci ildə yazılan müqaviləin 3 hektarı Cavabdeh, 3 hektarı isə X11 icarəyə verilmişdir. Onlar, yəni Qayabaşı və Sarıca inzibati ərazi komissiyasının üzvləri tərəfindən hər il 2007-2019-cu illərdə İddiaçı1 9 hektar sahəsinə və Cavabdeh adına 3 hektara, X8 adına yazılmış 3 hektara keçirilmiş və subsidiya hesablanmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən məcburi çıxarılması və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 qarşı “onlara ödədiyi ******* manat pulun alınaraq ona verilməsi” tələbinə dair qarşılıqlı iddiası isə təmin olunmamalıdır. Belə ki, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi qeyd edilən mübahisəli torpaq sahəsi qanunvericiliklə müəyyən edilmış qaydada İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 mülkiyyətindədir. Yəni mülkiyyətçi olan İddiaçı2 uğlu, İddiaçı4, İddiaçı3 və İddiaçı1 qeyd olunan mübahisəli torpaq sahəsinin qanuni sahibidirlər. Cavabdeh və onun qardaşı X16 hal-hazirda qeyd edilən torpaq sahəsindən qeyri-qanuni olaraq istifadə edir və onun həmin torpaq sahəsindən istifadə etməsi iddiaçının mülkiyyət hüququnu pozur, onun toxunulmazlığına xələl gətirir. Buna görə də Əmrahov X7 Tofiq Ufat oğlu, İddiaçı2, İddiaçı4 və İddiaçı3 seriyası RX olan ******* nömrəli çıxarış üzrə mülkiyyətlərində olan Şəki rayonu Qayabaşı kəndində yerləşən 14.59 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmalı və onun tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 sözügedən torpaq sahəsindən istifadə etmələrinə edilən bütün manelər qadağan edilməlidir. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbində göstərilən cavabdehin “qanunsuz hərəkətlərinə son qoyulması” və onun “həmin torpaq sahəsinə girişinə qadağa qoyulması” tələbləri onun tərəfindən edilən manelərin aradan qaldırılması anlayışı ilə əhatə olunduğundan məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə həmçinin Cavabdeh “cavabdehlərdən 6 000 000 manat pulun alınaraq ona verilməsi” tələbinə dair iddiasına münasibət bildirərək qeyd edir ki, Cavabdeh məhkəmə iclasında sözügedən pul məbləğini cavabdeh İddiaçı1 arvadı, X2 verdiyini bildirmişdir. Lakin hazırki mülki iş üzrə X5 iş üzrə iddiaçı deyildir. Cavabdeh qarşılıqlı iddia tələbi isə birbaşa X2 yönəlmişdir. X5 hazırkı mülki iş üzrə iddiaçı olmadığından Cavabdeh hazırkı qarşılıqlı iddia ərizəsinə qeyd olunan mülki iş üzrə baxılaraq yekunlaşdırılması yolverilməzdir. Lakin Cavabdeh qeyd olunan tələb üzrə müstəqil iddia qaldıra bilmək hüququnun olması da onun diqqətinə çatdırılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh Şəki rayonu kod nömrəsi 40402037 olan JN:189 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” üzrə Şəki rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 11 iyul tarixli 54 saylı qərarı ilə cavabdehlərə verilmiş, hal-haqzırda Seriya RX ******* nömrəli, 30.10.2018-ci il tarixli çıxarışla İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 mülkiyyətində olan 14.59 ha torpaq sahəsindən çıxarılmalı, cavabdehlərə qarşı yonələn qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci mad.əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci mad.əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh Əmrahov X7 Tofiq Ufat oğlu, İddiaçı2, İddiaçı4 və İddiaçı3 seriyası RX olan ******* nömrəli çıxarış üzrə mülkiyyətlərində olan Şəki rayonu Qayabaşı kəndində yerləşən 14.59 ha torpaq sahəsindən məcburi qaydada çıxarılsın və onun tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 sözügedən torpaq sahəsindən istifadə etmələrinə edilən bütün manelər qadağan edilsin. Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 qarşı onlara ödənilmiş 6 000 000 manat pulun alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar