Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1243/2025 15.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, iddiaçılar X1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, iddiaçılar X1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, torpaq sahəsinin boşaldılması, maneələrin aradan qaldırılması, torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X2 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən onların mülkiyyətində olan 0.40 ha torpaq sahəsinə, kənar müdaxilələrin və mümkün maneələrin aradana qaldırılması, zəbt olunmuş 0.11 ha torpaq sahəsinin geri qaytarılması və 1997-2024-cü illər ərzində əldən çıxmış faydaya görə 39000 manat və madi ziyan olaraq 1650 manat, toplam olaraq 40650 manat pul vəsaitinin və banka ödədiyi 212 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar X2 və İddiaçı2 15 may 2025-ci il tarixdə məhkəməyə vəsatət təqdim edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin, həmçinin ödədiyi 212 manat dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinin geri qaytarılmasına etiraz etməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iddiaçıların vəsatətini nəzərdən keçirib hesab edir ki, vəsatət təmin olunmalı və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə ki, iş materiallarına əlavə edilmiş 20 may 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı2 məhkəməyə iddia ərizəsinin verilməsinə görə 212 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu İddiaçı2 geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar X1 və İddiaçı2 vəsatəti təmin edilsin. İddiaçı X1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, torpaq sahəsinin boşaldılması, maneələrin aradan qaldırılması, torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin dövlət rüsumu İddiaçı2 geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1243/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1243/2025
15.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maneənin aradan qaldırılması - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver