Məhkəmə qərarları › İş №2(012)-42/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-42/2022

20.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-42/2022 20.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilərək torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilərək torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 adına Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş **********25 reyestr nömrə, **********24 reyestr nömrə, **********33 reyestr nömrə, **********32 reyestr nömrə və **********31 reyestr nömrə ilə qeydə alınmış çıxarışların etibarsız hesab edilməsi, qeydlərin dövlət reyestrindən çıxarılması, mülkiyyət hüquqlarının bərpa edilərək torpaq sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ olaraq İddiaçı məxsusdur. Torpaq Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində **********38 nömrə ilə qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Lakin bir müddət əvvəl məlum olmuşdur ki, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə Cavabdeh2 adına fərqli reyestr nömrələri ilə bir neçə çıxarış verilmişdir. Eyni torpaq sahəsinə, yəni, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair başqa şəxsə çıxarış verilə bilməzdi. Bu səbəbdən də, hesab edir ki, sözügedən çıxarışlar ləğv edilərək onun mülkiyyət hüququ bərpa edilməli və torpaq sahəsi ona geri qaytarılmalıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5128 saylı rəyi ilə razı deyildir. Daşınmaz əmlakın Dövlət Reyestrinin nümayəndəsi Azər müəllim iki dəfə rəy verərək mübahisəli torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir. Daha sonra, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən torpaq sahəsinin faktiki naturada üst-üstə düşməsi barədə rəy verilmişdir. Məhkəmə tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Ədliyyə Nazirliyinin mütəxəssisi əraziyə gəlmiş, o, mübahisəli torpaq sahəsini səlahiyyətli nümayəndəyə göstərmək istəmiş, lakin nümayəndə ona koordinatlar verilmədiyindən torpaq sahəsinin yerini müəyyən etməyin çətinlik yaratdığını bildirmişdir. Bu səbəbdən də, ekspert həmin məzmunlu rəy vermişdir. Halbuki, sonrakı baxış zamanı ekspert ona koordinatları müəyyən etdiyini bildirmişdir. Bu səbəbdən də, ekspert rəyini ziddiyyətli hesab edərək qəbul etmir. Hesab edir ki, ekspertə sənəd, sübut təqdim edibsə, ekspert koordinatları müəyyən edibsə həmin məzmunda rəy verilməsi qanunaziddir. 2019-cu ildə çıxarılmış məhkəmə qətnaməsi əsasında o, aidiyyəti quruma müraciət etmiş, lakin müraciətinin qəbulundan imtina edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5128 saylı rəyindən də göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi mümkün olmamış, koordinatlara qaldıqda isə, hər bir halda ekspertə cavabdehə məxsus olan sənədlər təqdim edilmiş, güman ki, ekspert həmin sənədlərə baxaraq rəy tərtib etmişdir. Cavabdeh mülkiyyətində olan torpaq sahələrini alqı-satqı yolu ilə almış, torpaq sahəsinin dəyərini ödəmiş və orada müxtəlif tikililər inşa etdirmişdir. Bu hadisə 2014-cü ildə baş vermişdir. Əgər iddiaçının xeyrinə 2009-cu ildə məhkəmə aktı qəbul edilmişdirsə, hansı səbəbdən, 2009-cu ildən 2019-cu ilə qədər məhkəmə aktının icra edilməməsi bəlli deyildir və bu barədə çıxarışlar verilməmişdir. Sonradan, iddiaçı məcburiyyət qarşısında qalıb Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun adına çıxarışın verilməsini xahiş etmiş, xx.xx.2019-cu il tarixdə məhkəmə aktı qəbul ediləndən sonra Dövlət Reyestr Xidməti 2009-cu il tarixli qətnaməsini icra etmişdir. Cavabdeh bu barədə həmin məhkəməyə ərizə ilə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmiş və həmin məhkəmə aktının onun maraqlarına toxunduğunu iddia edərək onun iştirakı ilə işə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsi üçüncü şəxs qismində cavabdehin ərizəni təmin etməmiş və onunla əsaslandırmışdır ki, Reyestr Xidməti rəsmi olaraq məhkəməyə sənədlər təqdim etmişdir ki, ona verilmiş çıxarış Sumqayıt İnzibati Məhkəməsinin qərarı əsasında deyil, başqa sözlə, qərar qanuni qüvvəsini alanadək Reyestr Xidməti 2009-cu il tarixli qətnaməsi əsasında cavabdehin adına çıxarış vermişdir. İddiaçı çıxarışı alanadək ona məxsus torpaq sahəsinə dair çıxarışın verildiyini iddia etsə də, bu, absurddur. Halbuki, cavabdeh torpaq sahəsini 2014cü ildə satın almış, torpaqlarda bölgülər aparmış və tikililər inşa etmişdir. İddiaçı 2014-cü ildə buna şahid olmuşdursa, bunu hansı səbəbdən mübahisələndirmədiyi bəlli deyildir. Bu səbəbdən də, hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də təmin edilməməsini xahiş edir. Cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli **********10 saylı məktubdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.15 ha torpaq sahəsinin məhkəmə qətnaməsi əsasında qeydiyyata alınması məqsədilə ərizəyə baxılmışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən mülkiyyətdə olan torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş, arxiv sənəd əsasları və idarənin elektron baza məlumatları araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahələrinin yerləşməsi ilə naturada torpaq sahələrinin yerləşməsi arasında fərq mövcuddur, həmçinin, göstərilən faktiki (0.1191 ha) torpaq sahəsinin 0.025 ha hissəsi (**********25 reyestr nömrəli), 0.025 ha hissəsi (**********24 reyestr nömrəli), 0.025 ha hissəsi (**********33 reyestr nömrəli), 0.025 ha hissəsi (**********32 reyestr nömrəli) və 0.0191 ha hissəsi isə Cavabdeh2 (**********31 reyestr nömrəli) mülkiyyətində olan hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələri ilə üst-üstə düşür. Ona görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, ərizənin ikinci məqsədi olan planölçü sənədinin verilməsindən imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.15 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1067 saylı reyestr kitabının 47 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********38 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA 027323 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2014-cü il tarixli 4Ə-4494 nömrəli alqı-satqı müqaviləsi, 132 saylı şəhadətnamə olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 114 saylı reyestr kitabının 61 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********84 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA 029183 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 697 saylı reyestr kitabının 55 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********31 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA 029179 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 697 saylı reyestr kitabının 48 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********25 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA 029181 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 697 saylı reyestr kitabının 50 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********33 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA 029182 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 697 saylı reyestr kitabının 56 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********32 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA 029180 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 697 saylı reyestr kitabının 51 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********24 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Bölgü eskizindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh2 məxsus olan torpaq sahəsinin bölgüsü aparılmışdır. -Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-16/2019 saylı qərarından görünür ki, iddia təmin edilmiş, xx.xx.2007-ci il tarixdə DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən MH seriyalı ******* nömrə ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınan Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.13 ha torpaq sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsinin üzərinə qoyulması qət edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Abşeron rayonu Mehdiabad qəsəbəsində, Cavabdeh2 isə Bakı şəhəri Yasamal rayonu H.Məcidov küçəsi 14, M11 küçəsi, 1 saylı mənzildə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********37 saylı məktubu əsasında təqdim edilmiş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2827 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Rauf Qarayevin imzası ilə təsdiq edilmiş 24 may 2021-ci il tarixli məktubla göndərilmiş mütəxəssis rəyinə əsasən: İddiaçı adına xx.xx.2019-cu il tarixdə, **********38 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1067 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmış 0.15 ha torpaq sahəsinin 0.025 ha hissəsi (naturada) üstüstə düşür. Cavabdeh2 adına xx.xx.2014-cü il tarixdə, **********31 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 697 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmış 0.025 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşür. İddiaçı adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış 0.15 ha torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış 0.025 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********58 saylı məktubu əsasında təqdim edilmiş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5128 saylı rəyindən görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********58 nömrəli mütəxəssis rəyində daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsi ilə Cavabdeh2 mülkiyyətində olan xx.xx.2014-cü il tarixli, **********31 reyestr nömrəli 0.025 ha torpaq sahəsinin üst-üstə düşdüyü, xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışlara əsasən, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.025 ha torpaq sahələrinin ölçülərinin yerində (naturada) üst-üstə düşdüyü göstərilmişdir. Lakin İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsinin plan və ölçü sənədinin olmaması və mütəxəssis rəyinə “Yerquruluşu planından çıxarış” (sxem) əlavə olunmaması səbəbindən, İddiaçı mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini dəqiqləşdirmək mümkün olmamışdır. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsinə dair Cavabdeh2 adına çıxarışlar verildiyini və göstərilən bu halın onun qanunla qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələndiyindən cavabdehin adına verilmiş çıxarışların etibarsız hesab edilməklə onun mülkiyyət hüququnun bərpa edilməsini və torpaq sahəsinin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə ilkin növbədə qeyd edir ki, mübahisə predmeti olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixli çıxarış əsasında ********** qeydiyyat nömrəsi, **********38 reyestr nömrəsi ilə, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı hər biri 0.025 ha olan torpaq sahələri isə Cavabdeh2 adına xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış əsasında ********** qeydiyyat nömrəsi, **********31 reyestr nömrəsi, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış əsasında ********** qeydiyyat nömrəsi, **********25 reyestr nömrəsi, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış əsasında ********** qeydiyyat nömrəsi, **********33 reyestr nömrəsi, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış əsasında ********** qeydiyyat nömrəsi, **********32 reyestr nömrəsi, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış əsasında ********** qeydiyyat nömrəsi, **********24 reyestr nömrəsi, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış əsasında ********** qeydiyyat nömrəsi, **********84 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisələndirilən torpaq sahələrinə dair mülki iş üzrə tərəflərə çıxarış verildiyindən iddiaçı cavabdehin adına verilmiş çıxarışların etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin: 139.1. maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2. maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki iş materiallarına əlavə olunmuş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-16/2019 saylı qərarına əsasən, tədqiq edilmiş Abşeron rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(012)-93/2009 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, İddiaçı X4 ilə bağladığı xx.xx.2008-ci il tarixli 4Ə/06-990 saylı, X2 ilə bağladığı xx.xx.2008-ci il tarixli 4Ə/06-988 saylı, X6 ilə bağladığı xx.xx.2008-ci il tarixli 4Ə/06-987 saylı alqı-satqı müqavilələri və sonuncuların adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər etibarsız hesab edilmiş və həmin şəxslərin adına verilmiş çıxarışlar 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2019-cu il tarixli məktubu ilə ləğv edilsə də, mübahisələndirilən torpaq sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə rəsmi dövlət reyestrində qeydə alınmış, bununla da, iddiaçının daşınmaz əmlaka münasibətdə sərəncam vermək hüququ yaranmışdır. Məhkəmə tərəfindən iddiaçının və cavabdehin adına olan torpaq sahələrinin faktiki olaraq naturada üst-üstə düşməsini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və mülki iş üzrə məhkəməyə daxil olmuş 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5128 saylı rəyi əsasında, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsi ilə Cavabdeh2 mülkiyyətində olan xx.xx.2014-cü il tarixli, **********31 reyestr nömrəli 0.025 ha torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilsə də, xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı çıxarışlara əsasən, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.025 ha torpaq sahəsinin ölçülərinin yerində (naturada) üst-üstə düşdüyü müəyyən edilmişdir. Lakin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənədinin olmaması səbəbindən İddiaçı mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini dəqiqləşdirmək mümkün olmamışdır. Göründüyü kimi, mülki iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmaq məqsədilə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və mülki iş üzrə dəfələrlə ekspertiza təyin edilərək Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2710 saylı və xx.xx.2022-ci il tarixli 10/5128 saylı rəyləri əsasında ekspertlər tərəfindən bir-biri ilə ziddiyyət təşkil edən rəy təqdim edilmişdir. Belə ki, ilkin rəydə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehin mülkiyyətində olan xx.xx.2014cü il tarixli RX seriyalı 052885 saylı çıxarış əsasında verilmiş torpaq sahəsi ilə üst-üstə düşmədiyi, növbəti ekspert rəyində isə həmin torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən edilmişdir ki, məhkəmə bir-birini təkzib edən həmin ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib ekspert rəyinin məhkəmə üçün məcburi xarakter daşımamasını rəhbər tutaraq əsas sübut növü kimi qəbul etmir və iddiaçıya məxsus olan torpaq sahəsinin daha öncədən alınmasına baxmayaraq, rəsmi dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmasını, həmçinin, torpaq sahəsinin plan və ölçüsünün olmaması səbəbindən cavabdehə məxsus olan torpaq sahələri ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmadığından cavabdehə məxsus olan çıxarışların etibarsız hesab edilməsinə hər hansı bir əsas olmadığı qənaətinə gəlir. Belə ki, iddiaçı iddia tələbində istinad etdiyi həmin hallara dair mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları və faktları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı iddia tələbində göstərdiyi halları sübuta yetirə bilmədiyindən iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 100 manat pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilərək torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarına görə 100 (yüz) manat pul vəsaiti İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar