Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4202/2020 20.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X5rşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-1364A KOD 30800066 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X3 AZ-İ-N 571601 saylı ölüm haqqındakı şəhadətnamədəki X6 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, JN- 1364A KOD 30800066 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4 məxsus olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, ona Abşeron rayon X2 xx xxxxxx 1997-ci il tarixli qərarı ilə həyat yoldaşı X4 0,10 ha torpaq sahəsi ayrılmış və JN-1364A KOD 30800066 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə səhvən həyat yoldaşı X1 ata adı Cabbar əvəzinə Cavad kimi qeyd edilmişdir. Həyat yoldaşı xx xxxxxx 2012-ci ildə rəhmətə getmişdir. Bu da hazırda onun torpaq sahəsi üzərində sərəncam hüquqlarını məhdudlaşdırır. Belə ki, torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqi əməliyyat aparmaq istədikdə ölüm haqqında şəhadətnamədə olan ata adı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yazılan ata adı ilə uyğun gəlmədiyi üçün bundan imtina edilmişdir. Hazırda həyat yoldaşının adına olan torpaq sahəsini sənədləşdirə bilmir. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan İ-ЖГ 412985 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi ilə X6 xx xxxxxx 1977-ci il tarixdə nikahlarını bağlamışlar və bu nikah 19 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli, AZ-İ № 571601 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 xx xxxxxx 2012-ci ildə dünyasını dəyişmişdir. İş materiallarında olan xx xxxxx 2006-cı il tarixli JN-1364A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu X2 xx xxxxxx 1997-ci il tarixli 15 nömrəli qərarı ilə verilmiş 0,10 hektar ölçüsü olan fərdi yaşayış evi X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, Ərizəçi həyat yoldaşının ata adı şəhadətnamədə səhv olaraq X7 olaraq göstərilmişdir. Lakin tərəflərin nikah haqqında şəhadətnaməsində və X1 ölüm haqqında şəhadətnaməsində X6 olaraq qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, , DTXK Abşeron rayon şöbəsinin xx xxxxx 2006-cı il tarixli JN-1364A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olaraq X7 əvəzinə X6 yazılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. DTXK Abşeron rayon şöbəsinin xx xxxxx 2006-cı il tarixli JN-1364A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-4202/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4202/2020
20.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver