Məhkəmə qərarları › İş №2(012)-421/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-421/2023

14.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-421/2023 14.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh MTK-nın nümayəndəsi X1, Cavabdeh MTK-nın sədri Emil Səməndərovun iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «qeyri-yaşayış sahələrinin təhvil verilməsi, qeyri-yaşayış sahələrindən istifadə zamanı qanunsuz təsirlərin, maneələrin və əmlak toxunulmazlığını pozan digər hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda yerləşən 2-ci blok, 1-ci mərtəbədə yerləşən sahəsi 105 kvm qeyri-yaşayış sahəsi, Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda yerləşən 2-ci blok, 1-ci mərtəbədə yerləşən sahəsi 124 kv-m qeyri-yaşayış sahəsi, Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda yerləşən 4-cü blok, 2-ci mərtəbədə yerləşən sahəsi 580 kv-m qeyri-yaşayış sahəsinin Cavabdeh MTK tərəfindən ona təhvil verilməsi, Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda yerləşən 2-ci blok, 1-ci mərtəbədə yerləşən sahəsi 105 kv-m qeyri-yaşayış sahəsi, 2-ci blok,1-ci mərtəbədə yerləşən sahəsi 124 kv-m qeyri-yaşayış sahəsi, 4-cü blok, 2-ci mərtəbədə yerləşən sahəsi 580 kvm qeyri-yaşayış sahəsindən istifadə zamanı qanunsuz təsirlərin, maneələrin, əmlak toxunulmazlığmı pozan digər hərəkətlərin edilməsi Cavabdeh MTK-ya qadağan edilməsini xahiş etmişdir İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh MTK ilə İddiaçı aralarında bağlanmış "Mənzil Tikintisi Haqqında" 13 fevral 2020-ci il tarixli, 600 saylı müqaviləyə əsasən cavabdeh MTK-ya əvəzi ödənilməklə Xırdalan şəhəri, Rəsulzadə küşəsi, 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv-m; "Mənzil Tikintisi Haqqında" 13 fevral 2020-ci il tarixli, 601 saylı müqaviləyə əsasən cavabdeh MTK-ya əvəzi ödənilməklə Xırdalan şəhəri, Rəsulzadə küşəsi, 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 124 kv MTK-ya əvəzi ödənilməklə Xırdalan şəhəri, Rəsulzadə küşəsi, 1A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 4-cü blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 580 kv-m qeyri yaşayış sahəsinin tikilib təhvil verilməsi ilə bağlı müqavilələr imzalamışlar. Qeyd edilən qeyriyaşayış sahələrinin dəyəri iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilmiş, bununla bağlı iddiaçıya müvafiq olaraq maliyyə arayışları və çeklər təqdim edilmişdir. Lakin cavabdeh hər 3 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən yayınaraq iddiaçıya təhvil verməli olduğu 105,124,580 kv-mdən ibarət qeyri-yaşayış sahələrini təhvil vermir, iddiaçı tərəfindən tikintiyə baxış keçirməyə və tikintinin hazırki icra vəziyyəti barədə məlumat əldə etmək istədiyi zaman isə mühafizə və digər üsuldan istifadə etməklə tikintiyə baxış keçirməyə maneələr yaratmışdır. Hesab edir ki, cavabdeh MTK-nın bu hərəkəti qanunsuzdur və bu qanunsuz hərəkətlərə son qoyulmalı, cavabdeh hər 3 müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməli və sahələri 105,124,580 kv-m ibarət qeyri yaşayış sahələrini tikib iddiaçıya təhvil verməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MTK-nın nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qismən qəbul edir. Belə ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 4-cü blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 580 kv.metr olan qeyriyaşayış sahəsi ilə bağlı olan 01 fevral 2021-ci il tarixli, 692 saylı müqavilədəki və 01 fevral 2021-ci il tarixli maliyyə arayışındakı imza Emil Səməndərova məxsusdur. 01 fevral 2021-ci il tarixli, 692 saylı müqavilə Cavabdeh MTK-nın bazasında mövcuddur. Lakin digər 13 fevral 2020-ci il tarixli, 600 saylı və 13 fevral 2020-ci il tarixli, 601 saylı müqavilələrdəki imzalar Emil Səməndərova məxsus deyildir. Cavabdeh MTK-nın sədri Emil Səməndərov məhkəmə iclasında izahatında bildirdi ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 4-cü blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 580 kv.metr olan qeyri-yaşayış sahəsi ilə bağlı olan 01 fevral 2021-ci il tarixli, 692 saylı müqavilədəki və 01 fevral 2021-ci il tarixli maliyyə arayışındakı imza ona məxsusdur. Lakin 13 fevral 2020-ci il tarixli, 600 saylı və 13 fevral 2020-ci il tarixli, 601 saylı müqavilələrdəki imzalar ona məxsus deyildir. İş materiallarında olan 13 fevral 2020-ci il tarixli, 600 saylı müqavilədən görünür ki, icraçı Cavabdeh MTK Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.metr olan qeyri-yaşayış sahəsini pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 13 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Məmmədov X4 şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.metr olan qeyri-yaşayış sahəsinə görə 126000 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 13 fevral 2020-ci il tarixli, 601 saylı müqavilədən görünür ki, icraçı Cavabdeh MTK Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 124 kv.metr olan qeyri-yaşayış sahəsini pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 13 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Məmmədov X4 şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 124 kv.metr olan qeyri-yaşayış sahəsinə görə 136400 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 01 fevral 2021-ci il tarixli, 692 saylı müqavilədən görünür ki, icraçı Cavabdeh MTK Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 4-cü blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 580 kv.metr olan qeyri-yaşayış sahəsini pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 01 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Məmmədov X4 şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 4-cü blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 580 kv.metr olan qeyri-yaşayış sahəsinə görə 580000 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli, 4/379 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 13 fevral 2020-ci il tarixli 600 saylı müqavilədə “İcraçı Proqress- 2016” hissəsində “Sədr:” qrafasındakı imza, həmin müqaviləyə aid olan 13 fevral 2020-ci il tarixli maliyyə arayışında “Proqress-2016 MTK-nın sədri:” qrafasındakı imza, 13 fevral 2020-ci il tarixli 601 saylı müqavilədə “İcraçı Proqress- 2016” hissəsində “Sədr:” qrafasındakı imza, həmin müqaviləyə aid olan 13 fevral 2020-ci il tarixli maliyyə arayışında “Proqress-2016 MTK-nın sədri” qrafasındakı imza, 01 fevral 2021-ci ii tarixli 692 saylı müqavilədə “İcraçı Proqress-2016” hissəsində “Sədr:” qrafasındakı imza, həmin müqaviləyə aid olan 01 fevral 2021-ci il tarixli maliyyə arayışında "Proqress-2016 MTK-nın sədri” qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 13 fevral 2020-ci il tarixli, 600 saylı müqaviləyə əsasən, icraçı Cavabdeh MTK Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv.metr olan qeyri-yaşayış sahəsini pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyriyaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüş, 13 fevral 2020-ci il tarixli, 601 saylı müqaviləyə əsasən, icraçı Cavabdeh MTK Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 124 kv.metr olan qeyri-yaşayış sahəsini pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüş, 01 fevral 2021-ci il tarixli, 692 saylı müqaviləyə əsasən, icraçı Cavabdeh MTK Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 4-cü blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 580 kv.metr olan qeyri-yaşayış sahəsini pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyriyaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüş, iddiaçı tərəfindən qeyri-yaşayış sahələrinin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq qeyri-yaşayış sahələri iddiaçıya təhvil verilməmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın sədri X6 şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 4-cü blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 580 kv.metr olan qeyri-yaşayış sahəsi ilə bağlı olan 01 fevral 2021-ci il tarixli, 692 saylı müqavilədəki və 01 fevral 2021-ci il tarixli maliyyə arayışındakı imzanın ona məxsus olduğunu bildirmiş,lakin 13 fevral 2020-ci il tarixli, 600 saylı və 13 fevral 2020-ci il tarixli, 601 saylı müqavilələrdəki imzaları mübahisələndirildiyindən məhkəmə tərəfindən obyektiv həqiqətlərə nail olmaqdan ötrü xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli, 4/379 nömrəli ekspert rəyindən göründüyü kimi ekspertizaya təqdim edilmiş, 13 fevral 2020-ci il tarixli 600 saylı müqavilədə “İcraçı Proqress-2016” hissəsində “Sədr:” qrafasındakı imza, həmin müqaviləyə aid olan 13 fevral 2020-ci il tarixli maliyyə arayışında “Proqress-2016 MTK-nın sədri:” qrafasındakı imza, 13 fevral 2020-ci il tarixli 601 saylı müqavilədə “İcraçı Proqress- 2016” hissəsində “Sədr:” qrafasındakı imza, həmin müqaviləyə aid olan 13 fevral 2020-ci il tarixli maliyyə arayışında “Proqress-2016 MTK-nın sədri” qrafasındakı imza, 01 fevral 2021-ci ii tarixli 692 saylı müqavilədə “İcraçı Proqress-2016” hissəsində “Sədr:” qrafasındakı imza, həmin müqaviləyə aid olan 01 fevral 2021ci il tarixli maliyyə arayışında "Proqress-2016 MTK-nın sədri” qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən, yəni Cavabdeh MTK-nın sədri Emil Səməndərov tərəfindən icra oluunduğu müəyyən edilmişdir. Odur ki, işin faktiki hallarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli, 4/379 nömrəli ekspert rəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda yerləşən 2-ci blok, 1-ci mərtəbədə yerləşən sahəsi 105 kvm qeyri-yaşayış sahəsi, Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda yerləşən 2-ci blok, 1-ci mərtəbədə yerləşən sahəsi 124 kv-m qeyri-yaşayış sahəsi, Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda yerləşən 4-cü blok, 2-ci mərtəbədə yerləşən sahəsi 580 kv-m qeyri-yaşayış sahəsi Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Bundan əlavə iddia tələbinin Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda yerləşən 2-ci blok, 1ci mərtəbədə yerləşən sahəsi 105 kv-m qeyri-yaşayış sahəsi, 2-ci blok,1-ci mərtəbədə yerləşən sahəsi 124 kv-m qeyri-yaşayış sahəsi, 4-cü blok, 2-ci mərtəbədə yerləşən sahəsi 580 kv-m qeyriyaşayış sahəsindən istifadə zamanı qanunsuz təsirlərin, maneələrin, əmlak toxunulmazlığmı pozan digər hərəkətlərin edilməsi Cavabdeh MTK-ya qadağan edilməsi hissəsi mücərrəd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli, 4/379 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasına görə 110 manat ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod- 210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda yerləşən 2-ci blok, 1-ci mərtəbədə yerləşən sahəsi 105 kv.m qeyri-yaşayış sahəsi, Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda yerləşən 2-ci blok, 1-ci mərtəbədə yerləşən sahəsi 124 kv-m qeyri-yaşayış sahəsi, Xırdalan şəhəri, Rəsulzadə küçəsi, 1 A ünvanda yerləşən 4-cü blok, 2-ci mərtəbədə yerləşən sahəsi 580 kv-m qeyri-yaşayış sahəsi Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. İddia tələbi digər hissədə rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli, 4/379 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasına görə 110 manat ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod- 210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar