Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-421/2024 17.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, X4 və X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X10 və X13 əqli qüsurlu olduqlarına görə müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. 1-ci qrup əlildirlər. Ağır dərəcəli əqli gerilik, daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları. Nitq qüsuru ilə xəstəliklərindən əziyyət çəkir. Kənar şəxslərin qulluğuna və nəzarətinə ehtiyacı var. X10 və X1 vəziyyətdə yaşaması, özünü idarə etməsi mümkün deyil. Öz davranışlarını qavraya bilmirlər. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, ərizənin dəqiqləşirilməsinə dair ərizə ilə müraciət edərək, X5 ata adı texniki səhv olaraq Məlik yazılıdığını bildirmiş, əslində Eldar yazılmalı olduğunu və bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X8 ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında Məhkəmə Psixiatrik Ekspertizasının rəyi ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Ərizəçi başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 11264 saylı məktubdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü, Abşeron rayonu Novxanı qəsəbəsində qeydiyyatda olan X11 xx.xx.2023-cü il tarixdə xəstəxanaya müalicəyə qəbul edilmiş, hal-hazırda müalicəsi davam etdirilir. Diaqnoz “Şizofreniya paranoid forma psixi qüsur halı”. - Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 11263 saylı məktubdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü, Abşeron rayonu Novxanı qəsəbəsində qeydiyyatda olan X13 xx.xx.2023-cü il tarixdə xəstəxanaya müalicəyə qəbul edilmiş, hal-hazırda müalicəsi davam etdirilir. Diaqnoz “Şizofreniya paranoid forma psixi qüsur halı”. -Abşeron Rayon Qeydiyyat Şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli, AZ-İİ 342405 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə ölmüşdür. -Səhiyyə Nazirliyi Məhkəmə X3 X19 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 340 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. X6 “Şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar- uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, psixi vəziyyətinin kəskinkləşməsi ilə əlaqədar SN Respublika Psixiatriya Xəstəxanasında müalicə olunması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər- ünsiyyətə formal daxil olması, təfəkkürün paroloqik olması, autikliyi, sayıqlama fikirləri aşkar etməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. İİ Yekun hissəsi: X11 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ona görə də X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. -Səhiyyə Nazirliyi Məhkəmə X3 X19 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 341 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. X9 “Şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar- erkən yaşından psixi xəstəlikdən əziyyət çəkməsi, SN Respublika Psixiatriya Xəstəxanasında müalicə olunması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər- ünsiyyətə formal daxil olması, eşitmə hallüsinasiyalarının qeyd olunması, sayıqlama fikirləri aşkar edilməsi, rabitəsiz fikirlər söyləməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, psixi qüsur əlamətlərinin müşahidə olunması öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. İİ Yekun hissəsi: X13 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ona görə də X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin nümayəndəsinin izahatından, mülki iş materiallarına əlavə edilmiş arayışdan, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 340 və 341 saylı rəylərindən müəyyən olunur ki, X13 və X11 “Şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə” psixi xəstəliyindən əziyyət çəkirlər. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertiza üzrə alınmış xx.xx.2024-cü il tarixli, 340 və 341 saylı rəylərdə X7 və X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadıqları, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəylərini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 və xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş X11 və xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov