Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4216/2022 24.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 24 oktyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 14119 reyestr və 245 inventar nömrəli qeydiyyat vəsiqəsi və Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin 10 fevral 994-cü il tarixli, 19 saylı sərəncamın AZE 0*******, xxxxxxx seriyalı vətəndaşın şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi”-na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 14119 reyestr və 245 inventar nömrəli qeydiyyat vəsiqəsi və Abşeron rayon RİH başçısının Masazır kənd nümayəndəliyinin 10 fevral 1994-cü il tarixli, 19 saylı sərəncamında göstərilən hüquq sahibinin adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən hüquq sahibinin adı arasında uyğunsuzluq vardır. Belə ki, qeydiyyat vəsiqəsi və sərəncamda hüquq sahibi “Ərizəçi Mamed qızı” göstərilsə də, Şəxsiyyəti təsdiq edən sənəddə və təqdim edilmiş sənədlərdə “Ərizəçi” kimi qeyd edilmişdir. Bütün bunlara əsasən də yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Hətta ərizəçiyə şifahi olaraq izah edilmişdir ki, məsələnin həllindən ötrü məhkəməyə müraciət etməlidir. Ərizəçi eyni tələb ilə bağlı daha əvvəldə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən 2(012)-1082/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad qəbul edilərək ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Belə ki, qərardadda qeyd edilmişdir ki, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 14119 reyestr və 245 inventar nömrəli qeydiyyat vəsiqəsi və Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin 10 fevral 1994-cü il tarixli, 19 saylı sərəncamında olan yanlışlığın aradan qaldırılması həmin nümayəndəliyə həvalə edilməlidir. Həmin qərardad ilə Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinə müraciət etdmiş, ona Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin 121 nömrəli, xx.xx.2022-ci il tarixli məktub verilmişdir. Həmin məktubda, Masazır kənd İƏD-si üzrə nümayəndəliyin 1994-cü il “Əmr və Sərəncamlar” kitabı arxivə təhvil verildiyi üçün ona kömək olunması mümkün olmamışdır. Yenidən bir daha Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və ona bir daha “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyi bildirilmişdir və ona xx.xx.2022-ci il tarixli müraciətinə baxılması barədə cavab məktubu verilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubda qeyd olunmuşdur ki, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 08 dekabr 2021-ci il tarixli, ********** daxilolma nömrəli müraciətinə baxılmışdır. Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 14119 reyestr və 245 inventar nömrəli qeydiyyat vəsiqəsi və Abşeron rayon RİH başçısının Masazır kənd nümayəndəliyinin 10 fevral 1994-cü il tarixli, 19 saylı sərəncamında göstərilən hüquq sahibinin adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən hüquq sahibinin adı arasında uyğunsuzluq var. Belə ki, qeydiyyat vəsiqəsi və sərəncamda hüquq sahibi “Ərizəçi Mamed qızı” göstərilsə də, şəxsiyyəti təsdiq edən sənəddə və təqdim edilmiş sənədlərdə “Ərizəçi” kimi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilrməsi məqsədə müvafiq hesab edilmişdir. Bundan əvvəl daxil olmuş eyni məzmunlu müraciətə 05 noyabr 2021-ci il tarixli, 2 i ********** və 16 noyabr 2021-ci il tarixii, **********23 nömrəli məktubla münasibət bildirilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 14119 reyestr və 245 inventar nömrəli qeydiyyat vəsiqəsində hüquq sahibi ilə bağlı texniki səhvin aradan qaldırılması barədə xx.xx.2022-ci il tarixli müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 14119 reyestr və 245 inventar nömrəli qeydiyyat vəsiqəsi və Abşeron rayon RİH başçısının Masazır kənd nümayəndəliyinin 10 fevral 1994-cü il tarixli, 19 saylı sərəncamındə göstərilən hüquq sahibinin adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən hüquq sahibinin adı arasında uyğunsuzluq var. Texniki səhvin aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət olunması məqəsədəmüvafiqdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin (14119 reyestr nömrəli, 245 qeydiyyat nömrəli) notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən Abşeron rayon Masazır kəndində yerləşən 3 yaşayış otaqlı yaşayış sahəsi 69.3 kv.m köməkçi sahəsi 22.9 kv.m olan fərdi yaşayış evi Masazır kənd İHN-nin 10 fevral 1994-cü il tarixli 19 nömrəli qərarı əsasında Ərizəçi Mamed qızının adına qeydə alınmışdır. Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyi üzrə 10 fevral 1994-cü il tarixli, 19 nömrəli Masazır kənd əhalisinə həyətyanı torpaq sahəsi ayrılması haqqında sərəncamından çıxarışdan görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayonu Masazır kənd sakini X1 adına verilmiş 01 fevral 1994-cü il tarixli 45 №-li sərəncamı ilə Masazır kənd nümayəndəliyinin sərəncamına verilmiş 7,07 ha torpaq sahəsində Masazır kənd sakini Ərizəçi Mamed qızına 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmış və həmin sahədə ona ev tikməyə icazə verilmişdir. Mülki işin materiallarında olan AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Naxçıvan MR, Culfa rayon, Ləkətağ kəndində anadan olmuş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatdadır. Mülki işin materiallarında olan Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, Masazır kənd İƏD-si üzrə nümayəndəliyin 1994-cü il “Əmr və Sərəncamlar” kitabı arxivə təhvil verildiyi üçün sizə köməklik göstərilməsi səlahiyyətləri xaricindədir. Mülki iş materiallarında olan Abşeron RİHB-nın Masazır kəndi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Abşeron rayonu, Masazır kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 14119 reyestr və 245 inventar nömrəli qeydiyyat vəsiqəsi və Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin 10 fevral 994-cü il tarixli, 19 saylı sərəncamında Ərizəçi Mamed qızı kimi qeyd edilən şəxs xx.xx.1961-ci il tarixdə anadan olmuş Ərizəçi olması müəyyən edilir. Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyi üzrə 10 fevral 1994-cü il tarixli, 19 nömrəli Masazır kənd əhalisinə həyətyanı torpaq sahəsi ayrılması haqqında sərəncamından çıxarışdan görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayonu Masazır kənd sakini X1 adına verilmiş 01 fevral 1994-cü il tarixli 45 №-li sərəncamı ilə Masazır kənd nümayəndəliyinin sərəncamına verilmiş 7,07 ha torpaq sahəsində Masazır kənd sakini Ərizəçi Mamed qızına 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmış və həmin sahədə ona ev tikməyə icazə verilməsi barədə sərəncamın özündə Ərizəçi ata adında texniki səhvə yol verilmiş, bu səbəbdən də müvafiq qeydiyyat şəhadətnaməsində həmin səhv təkrarlanmışdır.Sərəncamda olan texniki səhvi isə düzəltmək məhkəmənin səlahiyyətində deyildir. Odur ki, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 14119 reyestr və 245 inventar nömrəli qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 14119 reyestr və 245 inventar nömrəli qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4216/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4216/2022
24.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver