Məhkəmə qərarları › İş №2(012)-4219/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4219/2021

28.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4219/2021 28.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı MMC-nin vəkili-nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki işə 28 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 58,97 kv.m, 1 (bir) otaqdan ibarət 147B nömrəli mənzil tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixli 147B №-li müqavilənin və 24 sentyabr 2020-ci il tarixli arayışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında Cəmiyyətin ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 58.97 kv.metr, 1 (bir) otaqdan ibarət 147B nömrəli mənzilin tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixində müqavilə bağlanmışdır. Cavabdeh1 adına guya onun həmin mənzilin dəyərinin ödənilməsi barədə 24 sentyabr 2020-ci il tarixində maliyyə arayışı yazılaraq verilmişdir. Əslində cavabdehin adına müqavilə və həmin mənzilin dəyərinin ödənilməsi barədə 24 sentyabr 2020-ci il tarixində maliyyə arayışı yazılsa da, müqavilənin 3.3-cü bəndinə görə 33.337 (otuz üç min üç yüz otuz yeddi) manat Cəmiyyətə ödənilməmişdir. Razılaşmaya görə cavabdehin adına olan başqa mənzillə dəyişmək xahişi nəzərə alınmaqla Cəmiyyətə mənzil verilməsi barədə öhdəlik götürülmüşdür. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün müqavilənin və maliyyə arayışının ləğv olunması və həmin sənədlərin əsillərinin qaytarılması barədə xəbərdarlıq olunsa da, ona bu barədə bildiriş göndərilsə də, cavabdeh göstərilən sənədləri geri qaytarmayıb bundan imtina etmiş və həmin sənədlərin əsilləri cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə etməklə əsassız varlanmaq niyyətinə düşmüşdür. Göründüyü kimi mənzil tikintisi üçün pul tam ödənilmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlər etibarsız hesab edilməlidir. İddiaçı MMC-nin nümayəndəsi-vəkili-nümayəndəsi X6 iddia tələbini müdafiə edib bildirdi ki, mübahisəli mənzillə bağlı cavabdehlə bağlanmış müqavilə və verilən maliyyə arayışı formal xarakter daşıyır, cavabdeh tərəfindən həmin mənzilə görə iddiaçıya hər hansı məbləğdə pul ödənilməmişdir.Bunu yəqin ki, cavabdeh özü də etiraf edəcəkdir. Əsil həqiqət bundan ibarət olmuşdur ki, iddiaçı FAM -88 MMC-nin təsisçisi olan Hüseynov Fəxrəddin Balaxan oğlunun qardaşı Hüseynov Ələkbər Balaxan oğlunun təsisçisi olduğu Nər-Gün MMC tərəfindən Bakı şəhəri Yeni Yasamal yaşayış massivi ünvanında tikilən binanın tikintisini davam etdirmək mümkün olmadığından, sakinlər pullarını tələb etmişlər, bununla əlaqədar Korrupsiya İdarəsində barəsində cinayət işi qaldırılmış, Ələkbər Hüseynova orada təklif olunmuşdur ki, sakinlərin pulları geri qaytarılmalıdır. Ələkbər Hüseynov ondan xahiş etmişdir ki,ona kömək məqsədi ilə bəs müraciət edən bir neçə sakinləri mənzillə təmin etsin. Bir neçə şəxs, o cümlədən cavabdeh Sakit Cəfərov FAM-88 MMC-yə müraciət etmiş,MMCtərəfindən sənədlər tələb olunanda Sakit Cəfərov Nər-Gün MMC tərəfindən mənzilə dair verilən müqavilənin və maliyyə arayışının kserosurətini MMC-yə təqdim etmiş, həm ödəməli olduğu pul məbləğinin ödənilməsini, həm də Nər-Gün MMC tərəfindən ona verilən müqavilənin və maliyyə arayışının əslini gətirib verəcəyinə söz versə də, hələ də vədinə əməl etmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, o,15.06.2006-cı ildə "xxxx" MMC ilə müqavilə bağlamış, mənzilin pulundan 13 000 ABŞ dollarını Yasamalda ofisində Ələkbər Hüseynova vermiş, qalan məbləğ 3800 ABŞ dollarını isə hissə-hissə ödəmişdir.Lakin mənzil tikilib onlara təhvil verilməmişdir. O, bu barədə şikayət etmiş, Korrupsiya İdarəsində Ələkbər Hüseynov saxlanıldı, onu məcbur etdilər ki, sakinlərin ya pullarını, ya da mənzillərini qaytarsın. Bu səbəbdən də bir neçə sakin Ələkbər Hüseynovun qardaşı Fəxrəddin Hüseynovun yanına göndərildi, Fəxrəddin Hüseynov hazırki müqaviləni və maliyyə arayışını yazıb ona verdi.Hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.Göstərdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək, işdə olan sübutlara qiymət verib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan “İcraçı” İddiaçı MMC ilə “Payçı” Cavabdeh1 arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli, 147-B saylı Mənzil Tikintisi haqqında müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” İddiaçı MMC ünvan 4 ünvanında yerləşən 5-ci blok, 17-ci mərtəbə, 147B nömrəli izolə olunmuş 1 (bir) otaqdan ibarət mənzili bir pay kimi “Payçıya” verməyi öz öhdəsinə götürür. Mənzilin sahəsi 58.97 kv.m-dir. Mənzilin 1 kv.m-nin dəyəri 565 (beş yüz altmış beş) manatdır. Mənzilin ümumi dəyəri 33.337 (otuz üç min üç yüz otuz yeddi) manatdır. Mülki işin materiallarında olan 24 sentyabr 2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cəfərov X10 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən binanın 5-ci blok, 17-cı mərtəbəsində, ümumi sahəsi 58.97 kv.m olan 1 (bir) otaqlı 147 B saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən 33.337 (otuz üç min üç yüz otuz yeddi) manat tam ödənilmişdir. MMC-yə borcu yoxdur. Mülki işin materiallarından olan Cavabdeh1 tərəfindən İddiaçı MMC-yə ünvanlanan ərizəsindən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 24 ünvanında yerləşən torpaq sahəsində inşa edilməsi nəzərdə tutulan binadan X3 borclu qaldığı məbləğin əvəzi olaraq ünvan 6 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus çoxmərtəbəli yeni yaşayış binasında 5-ci blok, 17-ci mərtəbə, 58.97 kvadrat metr, 1 (bir) otaqlı, 147B saylı mənzilə, hər kvadrat metrinin dəyəri 565 manat olmaqla ümumi dəyəri 33337 (otuz üç min üç yüz otuz yeddi) manat təşkil edən mənzil ilə əvəzlənməsinə etiraz etmir. X1 barəsində heç bir şikayəti olmayacaq. Mülki işin materiallarında olan "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış 15 iyun 2006-cı il tarixli Yaşayış binasında Mənzil Tikintisi haqqında müqavilənin kserosurətindən müəyyən edilir ki, "xxxx" MMC Yeni Yasamal yaşayış massivi 3-də yerləşən "xxxx" MMC-nin tikilməsi nəzərdə tutulmuş binasında 1-ci giriş, 2-ci mərtəbə, ümumi sahəsi 56 kv.m olan 1 (bir) otaqdan ibarət mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Mənzilin ümumi dəyəri 16800 (on altı min səkkiz yüz) ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən 15.06.2006-cı il tarixdə verilmiş maliyyə arayışından müəyyən edilir ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi 3-də inşa olunması nəzərdə tutulmuş yaşayış binasının İ giriş, İİ mərtəbəsində ümumi sahəsi 56 kv.m olan 1 (bir) otaqlı, mənzili pay dəyərindən 13000 (on üç min) ABŞ dolları Cavabdeh1 tərəfindən ödənilmişdir. Bugünə qalıq 3800 (üç min səkkiz yüz) ABŞ dollarıdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında Cəmiyyətin ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 58.97 kv.metr, 1 (bir) otaqdan ibarət 147B nömrəli mənzilin tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixində müqavilə bağlansa da, həmin mənzilin dəyərini təşkil edən 33 337 manat məbləğində pul cavabdeh tərəfindən MMC-yə mədaxil edilməmişdir. Belə ki, tərəflərin hər ikisinin izahatlarından göründüyü kimi hazırkı mübahisəli mənzil cavabdehə "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış 15 iyun 2006-cı il tarixli Yaşayış binasında Mənzil Tikintisi haqqında müqavilənin "xxxx" MMC Yeni Yasamal yaşayış massivi 3-də yerləşən "xxxx" MMC-nin tikilməsi nəzərdə tutulmuş binasında 1-ci giriş, 2-ci mərtəbə, ümumi sahəsi 56 kv.m olan 1 (bir) otaqdan ibarət mənzil tikintisi barədə öhdəliyi icra etməməsi səbəbindən həmin mənzilin müqabilində "xxxx" MMC-nin təsisiçisi olan Ələkbər Hüseynovun Korrupsiya İdarəsində dindirilməsi zamanı xahişi nəzərə alınmaqla qardaşı Fəxrəddin Hüseynovun təsisçisi olduğu İddiaçı ilə cavabdehlər Cavabdeh1 arasında hazırkı müqavilə bağlanmışdır. Bundan başqa, işi məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, cavabdeh tərəfindən "xxxx" MMC ilə bağladığı müqavilə üzrə nəzərdə tutulan 3800 ABŞ dolları məbləğ də ödənilməmiş qalmışdır.Eyni zamanda "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış 15 iyun 2006-cı il tarixli Yaşayış binasında Mənzil Tikintisi haqqında müqavilənin və maliyyə arayışının əsilləri hələ də İddiaçınə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2 maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsiz əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 339.4.maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanan müqavilə bir tərəfdən iddiaçının həqiqi iradə ifadəsinə uyğun olmadığından, digər tərəfdən isə cavabdeh tərəfindən mənzilin dəyərinin tam ödənilməməsi,eyni zamanda "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış 15 iyun 2006-cı il tarixli Yaşayış binasında Mənzil Tikintisi haqqında müqavilənin və maliyyə arayışının əsillərinin hələ də İddiaçınə təqdim edilməməsi səbəbindən bağlandığından iddia tələbi əsaslı olmaqla təmin edilməli, İddiaçı ilə cavabdehlər Cavabdeh1 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 58,97 kv.m, 1 (bir) otaqdan ibarət 147B nömrəli mənzil tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixli 147B №-li müqavilə və 24 sentyabr 2020-ci il tarixli arayış etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh1 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 58,97 kv.m, 1 (bir) otaqdan ibarət 147B nömrəli mənzil tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixli 147B №-li müqavilə və 24 sentyabr 2020-ci il tarixli arayış etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar