Məhkəmə qərarları › İş №2(012)-4219/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4219/2022

22.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4219/2022 22.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qaz hesabat sayğacının sərfiyyatına görə yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 noyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qaz hesabat sayğacının sərfiyyatına görə yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavbadeh “Azərıqaz” İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən ona istinad edilən əsassız yazılmış 820.8 manat pulun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh İB BRQSD-nm Abşeron rayonu nümayəndələri tərəfindən quraşdırılmış № **********5 nömrəli, (**********07115 abonent kodu) sayğacın axan yükdən dəfələrlə artıq qaz enerjisi qeyd edildiyi müşaiyət edilmişdir. Şifahi müraciətimə əsasən Bakı şəhər, Bakı Regional Qazm Satışı Departamentinin nümayəndələri Taciyyəddin Hüseynov, Kənan Əhmədov və Dünyamalı Əliyevin imzası ilə təsdiqlənərək 30 yanvar 2020-ci il tarixində № ******* nömrəli akt tərtib edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması № ******* nömrəli aktı ilə pozuntunun qısa məzmununda qeyd olunmuşdur ki, “Mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacda kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur, Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən cəmi 8208 kub metr dəymiş ziyan yəni 820.80 manat cərimə məbləği hesablanmışdır. Bakı şəhəri, Bakı Regional Qazın Satışı Departamentinin gəldiyi bu qənaətini və mövqeyini qanunsuz və əsassız hesab edir, iddia ərizəmə əlavə etdiyi abonentin saldosu bildirişindən də aydın görünür ki, onun təbii qazdan istifadəsi olmamışdır. 50 mm-lik turba ilə qaz xəttini öz hesabına çəkdirmiş lakin sayğaca quraşdırmamışdır, iddia ərizəsinə əlavə edilmiş və aktın tərtib edildiyi anda çəkilmiş fotoşəkillərdən də bunu sübut olaraq açıq aydın görmək olur. O, öz hesabına çəkdirdiyi 50 mm-lik qaz xəttinə əlavə qoşulmaların qoyulmasına qəti etiraz etdiyindən Azəriqaz İB aktda yuxarıda adları qeyd olunan əməkdaşları heyif çıxmaq üçün həmin cəriməni heç bir mötəbər sübut və əsas olmadan ona yazmışlar. Sayğaca qazın quraşdırılmadığı halda yaşayış mənzilində birdən-birə 820.8 manat təbii qazın istifadəsi mümkünsüzdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdehin nümayədəsi iddianı qəbul etməmiş, əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********07115) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki iş materiallarında olan Abonent saldosundan görünür ki, abonent kodu **********07115 olan, ailə tərkibi 4 nəfər olan İddiaçı - ünvan 1i ünvanında xx.xx.2019-cu il tarixdə Smart G-4 X1 markalı **********5 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), abonentin borcu dekabr 2020-ci il tarixinə 820,80 manat cərimə borcu hesablanmışdır. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamədən müəyyən edilir ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, PQ2-nin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. (1.2x24x90=2592 m3 2.6x24x90=5616 m3), cəmi 8208 m3. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan istifadə edilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin aktı İddiaçı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 1.2x24x90=2592 m3 2.6x24x90=5616 m3), cəmi 8208 m3, (820,8 manat) 90 gün üçün əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan abonentin saldosundan görünür ki, abunə kodu **********07115 olan ünvan üzrə 2020-ci il tarixli akt əsasında 820,80 manat borc hesablanmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatda qazdan qeyri-qanuni istifadə etmədiyini bildirmişdir. İddiaçının yaşadığı ünvanda sayğac 24 dekabr 2019-cu il tarixdə dəyişdirilmişdir.məhkəmə cərimənin məbləğinin müvafiq olaraq üç aylıq müddət üçün deyil, saldoya müvafiq orta hesabla cərimə məbləğinin 1/3 hissəsini təşkil edən bir aylıq cəriməni 273.60 manat götürlməklə cərimə borcunun məbləği 547.20 manat silinməsi nəticəsinə gəlməyi qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı yaşadığı, ünvan 1i ünvanında yerləşən evdə qaz sayğacına (abonent kodu **********07115) dair hesablanmış 820,80 manat cərimə borcunun 547,20 manatlıq hissəsi silinməli, iddia qismən təmin edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh İB-dən tutulub dövlət büdcəsinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı, ünvan 1i ünvanında yerləşən evdə qaz sayğacına (abonent kodu **********07115) dair hesablanmış 820,80 manat borcun 547,20 manatlıq hissəsi silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar