Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4240/2021 04.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə 04 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-1204A saylı, KOD 30800076 və kitabda 1206 nömrə ilə qeyd edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 2-ci və 10-cu sıradakı X3 - AA ******* saylı şəxsiyyət vəsiqəsindəki Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı Ərizəçi Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli 59 №-li qərarı ilə X3 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1204A saylı, 30800076 kodlu şəhadətnamənin AA ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin adına Abşeron rayonu Aqrar İslahat Komissiyasının 01 iyul 2005-ci il tarixli 59 nömrəli qərarı ilə 0.10 ha torpaq sahəsi ayrılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-1204A saylı şəhadətnamə verilmişdir. Torpaq sahəsi ayrılarkən adı şəhadətnamədə səhv qeyd edilmişdir. Belə ki, şəhadətnamədə Ərizəçi əvəzinə X2 yazılmışdır. Yəni adında hərf səhvinə yol verilmişdir. Bu da hazırda ərizəçinin öz mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam hüquqlarını məhdudlaşdırır. Belə ki, torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqi əməliyyat aparmaq istədikdə sənəddə qeyd edilən adla şəxsiyyət vəsiqəsində göstərilən ad uyğun gəlmədiyindən bundan imtina edilir. Şəhadətnamədə düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə etdiyi müraciətə əsasən ərizənin icrasından imtina edilmişdir. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, ərizəçinin dayısı oğludur. Torpağın mülkiyyətə verilməsinə dair JN-1204A saylı şəhadətnamədə Rəşad kimi qeyd olunmuş şəxs Rəşiddir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçinin yeznəsidir. Onu 40 ilə yaxındır ki, tanıyır. Onun əsl adı Rəşiddir. Torpağın mülkiyyətə verilməsinə dair JN-1204A saylı şəhadətnamədə ərizəçinin adı səhvən Rəşad kimi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, ərizəçinin yeznəsidir. Rəşidi 20 ildir ki, tanıyır. O, bildirir ki, JN-1204A saylı, 30800076 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Rəşad kimi qeyd olunan şəxs əslində Rəşiddir. Mülki işin materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsinin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1969-cu ildə anadan olmuşdur. Mülki işin materiallarında olan JN-1204A saylı 30800076 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən müəyyən edilir ki, 1-ci sırada «X3» adı qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 17.06.2021-ci il tarixli, **********43 №-li məktubundan müəyyən edilir ki, JN-1204A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin adı ilə vətəndaşın şəxsiyyət vəsiqəsində göstərilən adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-1204A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi “X7” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bunun üçün Ərizəçi ərizəsinin icrasından imtina edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İHB-nın Qobu qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 17.05.2021-ci il tarixli, 41 №-li məktubdan müəyyən edilir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Ərizəçi verilmiş 0.10 ha torpaq sahəsinə dair JN-1204A KOD 30800076 saylı şəhadətnamədə onun adı Rəşid əvəzinə səhvən Rəşad yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli 59 №-li qərarı ilə X3 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1204A saylı, 30800076 kodlu şəhadətnamənin AA ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu Aqrar İslahat Komissiyasının 01.07.2005-ci il tarixli 59 №-li qərarı ilə X3 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1204A saylı, 30800076 kodlu şəhadətnamənin AA ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4240/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4240/2021
04.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver