Məhkəmə qərarları › İş №2(012)-4253/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4253/2022

22.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4253/2022 22.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin etibarsız sayılması tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİM: İddiaçı MTK Cavabdeh qarşı müqavilənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqdim etmiş olduğu “Abşeron rayonu, Masazır qəsəbəsi Viktoriya 313 M 1 K-ya məxsus 1 saylı binanın 8-ci mərtəbəsində, sahəsi 126.6 kv.m. olan 3 otaqlı, 57 saylı mənzil, həmin binanın həmin mərtəbəsində sahəsi 59.43 kv.m olan 1 otaqlı 58 saylı mənzil və həmin binanın 2-ci mərtəbəsində, sahəsi 59.43 kv.m olan 1 otaqlı 4 saylı İddiaçı MTK-nın 2-ci bina. 89 saylı mənzillərlə bağlı müqavilələrin etibarsiz sayilması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iddia ərizəsinə əlavə edilən sənədləri araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Abşeron rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh iddiası təmin edilərək Abşeron rayonu. Masazır qəsəbəsi 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzil, həmin binanın həmin mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzil və həmin binanın 2-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 4 saylı mənzillərlə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini təmin etmək üçün həmin mənzillər cavabdeh İddiaçı MTK tərəfindən iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Həmin Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, mülki iş apellyasiya baxışındadır. İddiaçı hazırkı iddia ərizəsində həmin mənzillərlə və eyni zamanda İddiaçı MTK-nın 2-ci bina. 89 saylı mənzillərlə bağlı müqavilələrin etibarsiz sayilması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, bu halda tələblər düzgün birləşdirilmədiyindən İddiaçı MTK-nın 2-ci bina. 89 saylı mənzillərlə bağlı müqavilələrin etibarsiz sayilması hissəsi də mümkün sayılmamalı, geri qaytarılmalı və iddiaçı bu barədə ayrıca iddia ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4. maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində, və eyni əsaslar üzrə mübahisəəyə dair başqa məhkəmənin icraatında iş olarsa. Yuxarıda göstərilənləri əsas tutaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməli, iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi, iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. İddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı MTK-nın 2-ci bina. 89 saylı mənzillərlə bağlı müqavilələrin etibarsiz sayilması barədə iddia ilə məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar