Məhkəmə qərarları › İş №2(012)-4257/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4257/2021

21.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4257/2021 21.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi X5 iştirakı ilə, FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və Cavabdeh1 İddiaçınə qarşı “mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və yaradılan maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə 21 oktyabr 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 və q. qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında Cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 344 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixli və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 272 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixli müqavilələrin və 08 avqust 2020-ci il tarixli arayışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçınə qarşı “mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və yaradılan süni maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 344 nömrəli mənzilə və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 272 nömrəli mənzilə Cavabdeh1 sahiblik və istifadə hüququ tanınması, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 344 nömrəli mənzilin və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 otaqdan ibarət 272 nömrəli mənzilin İddiaçı tərəfindən Cavabdeh1 təhvil verilməsi, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 344 nömrəli mənzilə və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 272 nömrəli mənzilə daxil olmaq üçün “FAM-88" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış süni maneələrinin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X2 izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında Cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 344 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixində və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 272 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixində müqavilələr bağlanmışdır. Cavabdeh1 adına guya onun həmin mənzilin dəyərinin ödənilməsi barədə 08 avqust 2020-ci il tarixində maliyyə arayışları da yazılaraq verilmişdir. Əslində cavabdehin adına müqavilələr və həmin mənzilin dəyərinin ödənilməsi barədə 20 avqust 2020-ci il tarixində maliyyə arayışları yazılsa da müqavilənin 3.3-cü bəndinə görə hər iki müqaviləyə görə 90.000 (doxsan min) manat Cəmiyyətə ödənilməmişdir. Razılaşmaya görə Cavabdeh2 adlı şəxsin Cəmiyyətin sənədləşmə işlərinə kömək etmək məqsədilə cavabdehin adına mənzillər vermək barədə öhdəlik götürülmüşdür. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün müqavilənin və maliyyə arayışının ləğv olunması və həmin sənədlərin əsilərinin qaytarılması barədə xəbərdarlıq olunsa da, ona bu barədə bildiriş göndərilsə də, cavabdeh göstərilən sənədləri geri qaytarmayıb bundan imtina etmiş və həmin sənədlərin əsiləri cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə etməklə əsassız varlanmaq niyyətinə düşmüşdür. Göründüyü kimi mənzil tikintisi üçün pul tam ödənilmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlər etibarsız hesab edilməlidir. Odur ki, göstərilənlərə əsasən ilkin iddia tələbinin təmin edilərək, İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 arasında Cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 344 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixində və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 272 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixində müqavilələrin və 08 avqust 2020-ci il tarixli arayışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi X9 qarşılıqlı iddia tələbini, iddia tələbinə verilən etiraz və mülahizələri müdafiə edərək bildirdi ki, Cavabdeh1 ilə “FAM-88" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr. 3 otaqdan ibarət 344 nömrəli mənzilin tikintisi haqqında 08.08.2020-ci il tarixində və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 otaqdan ibarət 272 nömrəli mənzilin tikintisi haqqında 08.08.2020-ci il tarixində müqavilələr bağlanmış və həmin müqavilə üzrə nəzərdə tutulan 90000 manat (hər mənzilə görə 45.000 manat) Cavabdeh1 tərəfindən cəmiyyətə ödənilmişdir. Bununla bağlı cəmiyyət tərəfindən maliyyə arayışları da verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin predmeti ondan ibarət olmuşdur ki, icraçı, yəni "FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyəti öz öhdəsinə götürmüşdür ki. müqavilələrdə göstərilən mənzilləri təhvil verməlidir. Lakin, İddiaçı öz öhdəliyindən yayınaraq, həmin mənzilləri X3 təhvil verməmiş, dəfələrlə onun tərəfindən mənzillərə baxış keçirilməsi tələb olunsa da, "FAM-88“ Məhdud Məsuliyyətli Cəmiyyəti və rəhbərliyi buna süni surətdə maneələr yaratmışdır. Hətta, Cavabdeh1 mənzilləri atmaq istədiyini bildirdikdə belə ona maneələr yaradılmışdır. Bundan sonra Cavabdeh1 onların barəsində şikayət edəcəyini bildirdik də, MMC-nin məsul şəxsləri həmin mənzilləri ondan özləri almaq istədiyini bildirmişlər. Cavabdeh1 bildirmişdir ki, hər iki mənzili ayrılıqda 45.000 manata alsa da, hazırda əmlak dəyərlənmişdir, 60.000 manata satır. "xxxx" MMC-də həmin qiymətlə razılaşaraq bir mənzilə görə ona 5.000 manat məbləğində pul vermişdir ki, heç yerə şikayət etməsin, yerdə qalan məbləği 01.06.2021-ci ildə ona ödəyəcəkdir ki, mənzilə dair müqaviləni və maliyyə arayışını cəmiyyətə qaytarsın. İddiaçı MMC, Cavabdeh1 yazdığı həmin ərizəni məhkəməyə sübut kimi təqdim edərək qeyd edir ki, həmin ərizə sübut edir ki, pul vəsaiti ödənilməmişdir. Bu isə absurddur. Belə ki, ərizənin məzmunundan aydın olur ki, Cavabdeh1 bildirir ki, 344 saylı mənzilə görə şirkətdən 5.000 manat almış, şirkətin ona 55.000 manat borcu qalmışdır. Belə olan halda sual yaranır ki, əgər həqiqətən Cavabdeh1 tərəfindən mənzillərə görə pul ödənilməmişdisə, nə üçün cəmiyyət tərəfindən 5.000 manat pul vəsaiti Cavabdeh1 qaytarılırdı, Bu fakt özü də təsdiq edir ki, iddiaçının iddia ərizəsində mənzillərə görə pul ödənilməməsini qeyd etməsi əsassızdır. Bu səbəbdən də ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, Əhmədov Qurbanla yaxın dostdurlar, Qurbanla makler Cavabdeh2 o tanış etmişdir. 08 avqust 2020-ci il tarixdə Qurbanla birlikdə evlərə baxmağa getmişlər, evlərə baxış keçirmiş, üç evin hərəsinə Qurban Əhmədov tərəfindən 45000 manat pul ödənildi, bu barədə maliyyə arayışı verildi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, şirkətlə alqısatqıda iştirak etmişdir. Onun, Fəxrəddin Hüseynovun və Cavabdeh2 yanında pul sayılaraq ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Hər üç mənzilin pulu eyni gündə ödənilib.Sonradan MTK üç mənzildən birinin pulunu Qurban Əhmədova geri qaytarmış, digər iki mənzilin hər biirinin qiymətini 60 000 manata razılaşmışlar, MTK bir mənzil üçün Qurbana 5000 manat qaytarmış, qalan məbləğ isə hələ də ödənilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi isə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan iddiaçı ilə cavabdeh Cavabdeh1 arasında bağlanan 08 avqust 2020-cı il tarixli Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, “İcraçı” Abşeron rayon İH Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanında 5-ci blok, 15-ci mərtəbəsində yerləşən 344 nömrəli izolə olunmuş 3 (üç) otaqdan ibarət mənzili “Payçı”ya təhvil verməyi, “Payçı” isə 45000 (qırx beş min) manat məbləğində pulu tamamilə İddiaçınə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş maliyyə arayışının surətindən müəyyən edilir ki, Cavabdeh1 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 5-ci blok, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.m olan 3 (üç) otaqlı, 344 saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən 45000 (qırx beş min) manat tam ödənilmişdir. MMC-yə borcu yoxdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanan 08 avqust 2020-cı il tarixli Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, “İcraçı” Abşeron rayon İH Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanında 4-cü blok, 15-ci mərtəbəsində yerləşən 272 nömrəli izolə olunmuş 3 (üç) otaqdan ibarət mənzili “Payçı”ya təhvil verməyi, “Payçı” isə 45000 (qırx beş min) manat məbləğində pulu tamamilə İddiaçınə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 08 avqust 2020-ci il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, Cavabdeh1 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında 4-cü blok, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.m olan 3 (üç) otaqlı, 272 saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən 45000 (qırx beş min) manat tam ödənilmişdir. MMC-yə borcu yoxdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olundu ki, 08 avqust 2020ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh1 arasında Mənzil Tikintisi haqqında müqavilələr bağlanmış, müqavilələrə əsasən Cavabdeh1 İddiaçı MMC-dən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 344 nömrəli mənzili dəyəri 45000 (qırx beş min) manat və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 272 nömrəli mənzili dəyəri olan 45000 (qırx beş min) manat məbləğində pulu ödəməklə almışdır. İddiaçı tərəfindən verilmiş maliyyə arayışlarından da görünür ki, cavabdeh Əhmədov X4 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 344 nömrəli mənzil üçün 45000 (qırx beş min) manat və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 272 nömrəli mənzil üçün 45000 (qırx beş min) manat məbləğində pulu tam ödəmişdir. İddiaçı hazırda əqdin etibarsızlığı tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün İddiaçı MMC ilə Cavabdeh1 arasında Cəmiyyətin ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 344 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixində və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr, 3 (üç) otaqdan ibarət 272 nömrəli mənzilin tikintisi haqqında 08 avqust 2020-ci il tarixində müqavilələrin və 08 avqust 2020-ci il tarixli arayışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 isə İddiaçınə qarşı “mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və yaradılan süni maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 344 nömrəli mənzilə və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 272 nömrəli mənzilə Cavabdeh1 sahiblik və istifadə hüququ tanınması, mənzilərin İddiaçı tərəfindən Cavabdeh1 təhvil verilməsi, həmin mənzillərə daxil olmaq üçün “FAM-88" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış süni maneələrinin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanan 08 avqust 2020-ci il tarixli Mənzil Tikintisi haqqında müqavilələr üzrə Cavabdeh1 tərəfindən öhdəliklərin icra edilməməsi barədə iddiaçının dəlilləri əsaslı olmadığından, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən,əqdin etibarsızlığı sübut olunmadığından, əqdin etibarsızlığının qanuni əsası olmadğından ilkin iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən, mübahisəli mənzil sahələrinə münasibətdə cavabdeh-qarşılıqlı iddiaçının sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən edilən maneçiliyinin hüquqi əsasları yoxdur. Belə ki, Mülki Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli Qərarındakıhüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzillərlə bağlı cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya göstərilən maneçilik qanunsuz hesab edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 344 nömrəli mənzilə və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 272 nömrəli mənzilə Cavabdeh1 sahiblik və istifadə hüququ tanınmalı, həmin mənzillər ona təhvil verilməli, həmin mənzillərə daxil olmaq üçün “FAM-88" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən Məhkəmə öz qətnaməsini yalnız Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyətinin ilkin iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir, Cavabdeh1 qarşılıqlı iddia tələbi təmin edildiyindən, onun tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçındən tutulub Cavabdeh1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 344 nömrəli mənzilə və ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 15-ci mərtəbəsində, ümumi sahəsi 120.69 kv.metr 3 otaqdan ibarət 272 nömrəli mənzilə Cavabdeh1 sahiblik və istifadə hüququ tanınsın, həmin mənzillər ona təhvil verilsin. həmin mənzillərə daxil olmaq üçün “FAM-88" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçındən tutulub Cavabdeh1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar