Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4262/2022 10.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və qanunsuz hesablanmış işıq borcunun silinməsi tələbinə dair mülki işə 10 oktyabr 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və qanunsuz hesablanmış işıq borcunun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC Nəzarət Departamenti Satışa Nəzarət idarəsi əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 029510 saylı AKT-ın və bu akt əsasında hesablanmış 709 (yeddi yüz doqquz) manat 80 qəpik borcun əsassız olduğu üçün silinməsi barədə qətnamə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Ələkbərova küçəsi, ev 37 B-də yaşayır. İndiyə qədər kommunal ödənişlərlə bağlı heç bir problem olmamışdır. Digər ödənişlər kimi işıqdan istifadəyə görə yığılan borcları da hər ay mütəmadi olaraq, sayğac göstəricisinə uyğun olaraq ödəmişdir. Lakin, 2022-ci ilin iyul ayının 15-də evdə olmadığı müddətdə, sahə nəzarətçisinin iştirakı olmadan AZƏRİŞİQ ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları 029510 N»-li AKT tərtib edərək, ona elektrik enerjisindən qeyri-qanuni istifadəyə görə 709 (yeddi yüz doqquz) manat 80 qəpik cərimə yazılmışdır. Aktın qeyri-qanuni yazılması, sayğacından heç bir pozuntu olmaması və bu səbəbdən cərimənin silinməsi barədə AZƏRİŞİQ ASC-yə müraciət etsə də, ona cavab veriblər ki, cərimə artıq sistemə işlənilmiş, ona görə də borcun silinməsi üçün məhkəməyə müraciət etməlidir. Hal-hazırda cəriməyə görə işıqdan istifadə dayandırımıdır. İşıq sayğacı onun adınadır, evlərinə gələn işıq xəttinə və sayğaca heç bir kənar müdaxilə olmamışdır. Buna görə də AZƏRİŞİQ Açiq Səhmdar Cəmiyyətinin Aktında əks olunmuş işıq borcu qanunsuz hesablanmışdır və həmin borc silinməlidir.. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən, iddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 029510 №-li, 15 iyul 2022-ci il tarixli aktın surətindən müəyyən edilir ki, ünvan 1i ünvanındakı abonent kodu **********15702 olan İddiaçı məxsus sayğaca baxış apararkən elektrik sayğacının şəbəkəyə qoşulma sxemi səhvdir. Belə ki, sayğacın giriş “Faza” yuvasına, sıfır mənbədən verilmiş “Sıfır” xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satiş sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, İddiaçı ünvan 1i ünvanındakı abonent kodu **********15702 olan sayğac üzrə xx.xx.2022-ci il tarixli 029510 nömrəli akt əsasında 710 manat hesablanmışdır. Mülki iş materiallarında olan abunə haqqında məlumat cədvəlindən görünür ki, abonent kodu **********15702 olan İddiaçı məxsus sayğac üzrə xx.xx.2020-ci il tarixinə 709,80 manat borc təşkil edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “Qaydaların” 5.3.2-ci bəndinə əsasən cərəyan kabellə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi məsuliyyət daşıyır. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. “Qaydalar”ın 8.32-ci “a” bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. “Qaydalar”ın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı işin materiallarında olan 029510 №-li, 15 iyul 2022-ci il tarixli aktın surətindən müəyyən edilir ki, ünvan 1i ünvanındakı abonent kodu **********15702 olan İddiaçı məxsus sayğaca baxış apararkən elektrik sayğacının şəbəkəyə qoşulma sxemi səhvdir. Belə ki, sayğacın giriş “Faza” yuvasına, sıfır mənbədən verilmiş “Sıfır” xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılmış, İddiaçı ünvan 1i ünvanındakı abonent kodu **********15702 olan sayğac üzrə xx.xx.2022-ci il tarixli 029510 nömrəli akt əsasında 710 manat hesablanmışdır.Abonent İddiaçı məxsus elektrik sayğacı küçədə quraşdırılmışdır, sayğacın qeyd edilən texniki vəziyyəti abonentdən başqa kənar şəxsin müdaxiləsi istisna edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, cavabdeh İddiaçı adına olan abonent saldosundan 2022-ci il üçün işıqdan istifadəyə görə ən çox aylıq ödəniş 40 manat təşkil edir. O halda, 2022-ci il üçün cərimə məbləği real hesab edilə bilməz. Orta 3 aylıq hesabla 40 x 3= 120 manat cərimə məbləği müəyyən edilməsi işin həqiqi halına uyğundur, bu əsasda iddia qismən təmin edilərək, 120 manat iddiaçının tələb etdiyi məbləğdən çıxılmaqla qalan məbləğ silinməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 029510 №-li, 15 iyul 2022-ci il tarixli akta əsasən hesablanan 589,80 manat cərimə borcu **********15702 saylı abonent kodundan silinməli, iddia bu hissədə təmin edilməlidir. İddia tələbinin “aktın ləğv edilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, akt sübut növlərindən biridir. Məhkəmə qərar qəbul edərkən sübut növü kimi ona hüquqi qiymət verir. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməməlidir. İddia təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul cavabdeh "xxxx" ASC-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 029510 №-li, 15 iyul 2022-ci il tarixli akta əsasən hesablanan 589,80 manat cərimə borcu **********15702 saylı abonent kodundan silinsin. Cavabdeh "xxxx" ASC–dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4262/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4262/2022
10.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver