Məhkəmə qərarları › İş №2(012)-4264/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4264/2023

05.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4264/2023 05.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, fərdi yaşayış evimə su sayğacının quraşdırılmasından əvvəlki dövr üçün Cavabdeh tərəfindən hesablanmış 321 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəbrayıl rayonunun Tatar kəndində qeydiyyatda olmaqla Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayır və məcburi köçkündür. xx.xx.2017-ci il tarixdə Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində su sayğacı quraşdırılmışdır. Lakin, ona Cavabdeh tərəfindən təqdim edilmiş “X2”-ndan məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixə kimi sudan istifadəyə görə 321 manat borc yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sudan istifadə Qavdalan”nın təsdiq edilməsi haqqında 14 iyul 2014-cü il tarixli 262 nömrəli qərarının 7.4-cü maddəsinə əsasən “Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda. verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyqun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Borcun hesablandığı müddətdə (2011-2017-ci illər) ailə üzvlərinin sayı 5 nəfər olaraq təqdim edilmiş və məcburi köçkün olduqları üçün sudan istifadəyə görə hesablanmış məbləğ (aylıq 25 m3) dövlət tərəfindən ödənilmişdir. Yaranmış borcla bağlı Cavabdehnə müraciət edildikdə məlum olmuşdur ki, onların adında olan 5 sot torpaq sahəsinin 1 sotu yaşayış evi, 4 sotu isə əkin sahəsi kimi qeyd edildiyi üçün, sudan istifadənin orta sərfiyata əsasən hesablanması zamanı əlavə 321 manat borc yaranmışdır. 5 sot torpaq sahəsinin 4 sotundan əkin sahəsi kimi istifadə edilməsi tamamilə əsassızdır və aylıq 25 m3 güzəştin olduğu halda 321 manat borcun yaranması heç bir məntiqə sığmır (2017-2023-cü illər ərzində sayğacın ümumi göstəricisinə əsasən orta aylıq sərfiyyat 14 m3-dən artıq olmamışdır). Şikayət əsasında Cavabdehndən nümayəndə göndərilmiş və yalnız 1.7 sot ərazidə ağacların əkildiyi, qalan sahədən isə yaşayış evi və həyətyanı sahə kimi istifadə olunduğu müəyyən edilmişdir. Sonradan yaranmış borcun silinəcəyi bildirilsə də, uzun müddət ərzində borc silinmədiyi üçün "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə online qaydada müraciət edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2022-ci il 01/4/01- 7/6/18478 nömrəli məktubla, suvarılan torpaq sahəsinə əsasən hesabat aparılmış illər üzrə mövcud olmuş həyətyanı ərazinin sahəsini dəqiq əks etdirən cizgi əlavə edilməklə mülkiyyət sənədlərinin təqdim edilməsindən sonra hesabata yenidən baxıla biləcəyi bildirilmişdir. 2011-2017-ci illər ərzində mövcud olmuş həyətyanı ərazinin sahəsini dəqiq əks etdirən cizgilər olmadığı üçün tələb edilən sənədləri təqdim etmək mümkün olmamışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində məhkəməyə təqdim olunmuş iddia ərizəsinə açıqlama – Arayışdan görünür ki, adı çəkilən mülki iş üzrə iddiaçıya məxsus 28733470/**********000 saylı abunə koduna yazılmış 321,00 manat borcun yaranmasına əsas olmuş sübutların xx.xx.2023-cü il tarixədək (aktlar və s. sənədlər) məhkəməyə təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli sorğu müraciət məktubuna cavab olaraq bildiriilmişdir ki, onunla "xxxx" ASC-nin Cavabdeh arasında su təchizatı sistemindən suyun buraxılması və çirkab suların axıdılması xidmətlərinə görə xx.xx.2006-cı il tarixdə 28733470 saylı müqavilə bağlanmaqla **********000 abonent kodu açılmışdır. Ona yaşadığı ünvan 1 ünvanında ona məxsus evdə ailəsi (evdə yaşayan 5 nəfər sayı hesabı) ilə birlikdə istehlak etdiyi su sərfiyyatına görə hesabat xx.xx.2017-ci il tarixədək müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyən edilmişdir. "xxxx" ASC və onun yerli sukanal idarələri, su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. O əhali kateoriyasına aid istehlakçı olaraq ünvan 1 ünvanında, ona məxsus evdə "xxxx" ASC-nin Cavabdeh tərəfindən göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. xx.xx.2017-ci il tarixdən isə su sərfiyyatı ona məxsus evdə quraşdırılmış CSS-20 tipli, 16074261 nömrəli, B937557 plomblu su sayğacının göstəricisinə uyğun olaraq hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçının evinin su təchizatı paylayıcı şəbəkəyə qoşulmaqla d=20 mm olan boru (birləşmə) vasitəsi ilə həyata keçirilir. Abonentin istifadə etdiyi suyun ödəniş həcmi evində quraşdırılmış mexaniki su ölçən cihazı ilə müəyyən olunur. Onun xx.xx.2023-cü il tarixinə "xxxx" ASC-yə 322,65 manat məbləğində ödənilməmiş debitor borcu bu günə kimi yığılıb qalmışdır. 322,65 manat pul borcu yalnız 2012-cı ildən sonrakı dövr üçün hesablanmışdır. Sayğac göstəricisinə əsasən (1045 m3) 731,00 manat ödənişi olmalı idi. Sayğac quraşdırılana kimi, yəni xx.xx.2017-ci il tarixədək hesabat məcburi köçkün kimi ona ailə tərkibinə əsasən (5 nəfər) olmaqla 368,31 manat əvəzinə, imtiyaz yalnız 61,99 manat təşkil etmişdir, ödənilmişdir. 2017-ci ilin 19 iyun tarixinədək isə imtiyaz cəmi 8,75 manat olmuşdur. xx.xx.2017-ci il tarixdən isə su sərfiyyatına görə hesabat sayğa göstəricisinə əsasən verilmişdir. Abonent 4 sot torpaq sahəsinə malik olsa da, pul borcunu ödəməmişdir. Su sərfiyyatına görə ödənişlər yalnız, xx.xx.2017-ci il tarixdən olmuşdur. Belə ki, onun tərəfindən bu günə kimi 492,00 manat su sərfinə görə ödənişlər edilmişdir. Borc qalığı 238,00 (sayğac quraşd.sonrakı dövr üçün) + 84,85 (sayğacsız dövr üçün) manat = cəmi 322,85 manat təşkil edir. Cavabdeh "xxxx" ASC Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - "xxxx" ASC-nin ünvan 3 ünvanına göndərilmiş müraciətə baxılması barədə xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən edilmiş müraciət araşdırılmış və bildirilmişdir ki. ünvan 3 ünvanının su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün təqdim etdiyiniz sənədlərə istinadən xx.xx.2006-cı il tarixdə 28733470 nömrəli müqavilə bağlanaraq **********000 saylı abonent kodu açılmış və normativə uyğun olaraq ailə tərkibinə və suvarılan torpaq sahəsinə əsasən hesabat aparılmış, xx.xx.2017-ci i! tarixində isə mənzilinizin su xətti üzərində CSS-20 markalı. 16074261 nömrəli mexaniki su sayğacı quraşdırılmışdır. Suvarılan torpaq sahəsinə əsasən hesabat aparılmış illər üzrə mövcud olmuş həyətyanı ərazinin sahəsini dədiq əks etdirən cizgi əlavə edilməklə mülkiyyət sənədlərini təqdim etdikdən sonra mənzilin hesabatına yenidən baxıla bilər. Hazırda sayğac göstəricisi 943 m3 olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabında 351.45 manat borc var. Qeyd edilən borc normativə uyğun olaraq ailə tərkibinə, suvarılan torpaq sahəsinə və sayğac göstəricinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Həmçinin bildirilmişdir ki: "xxxx" ASC-nin "Elektron su” portalında {www.e-su.az) qeydiyyatdan keçərək abonent hesabında yaranmış qalıq borcu öyrənə və ödəyə, hesab fakturalara və ödənişlərə nəzarət edə, “Elektron müraciət'’ bölməsindən isə "xxxx" ASC-nə müraciət etməklə müraciətin statusunu və icra mərhələsini izləyə bilər. Yaranmış borcun ödənilməsi xahiş olunnmuşdur. Əks təqdirdə “Sudan istifadə Gaydalarfnın 8.1.8-cı bəndinə əsasən su təchizatı müvafiq qaydada dayandırılacağı və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, onun xx.xx.2023-cü il tarixinə istifadə etdiyiniz su təchizatı və kanalizasiya xidmətlərinə görə "xxxx" ASC-yə 309,25 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmışdır. 7 iş günü müddətində borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə göstərilən xidmətlər dayandırılacağı, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulması təmin ediləcəyi bildirlmişdir. - xx.xx.2023-cü il tarixli “Abonent kartı”ndan görünür ki, abonent kodu **********000 üzrə İddiaçı ilə xx.xx.2006-cı il tarixli, 28733470 saylı müqavilə bağlanmış və abonentə yekun borc olaraq 322.85 manat borc hesablanmışdır. - Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Cəbrayıl rayonundan məcburi köçkün kimi Sabirabad rayonunda məskunlaşmışdır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun: 13-cü maddəsinin 1-ci hissəsinin a) bəndinə əsasən, su təchizatı müəssisələri müəssisənin xidməti zonasında yerləşən tələbatçıların (istehlakçıların) sifarişini aldıqda özünün xidməti zonasının konkret ərazisində məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməli, habelə su kəmərləri xətlərini quraşdırmalıdırlar. 13-cü maddəsinin 3-cü hissəsinə əsasən, yeni su kəmərlərinin tikintisi və onların istismara verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir. 33-cü maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı müəssisələri ilə su almaq üçün su kəmərinə qoşulması barədə müqavilə bağlamaq istehlakçıların hüquqlarından biridir. 61-ci maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, hazırki işin mahiyyətini məhz iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış su sayğacına hesablanmış borcun silinməsi təşkil edir. İddia ərizəsinə əlavə olunmuş vəsiqənin surətindən müəyyən olunduğu kimi, İddiaçı Cəbrayıl rayonundan məcburi köçkün kimi Abşeron rayonu ərazisində məskunlaşmış və məcburi köçkün statusu daşıyan şəxs olaraq kommunal xərclərin ödənilməsindən azad olunmuş, həmin xərclərin ödənilməsi isə səlahiyyətli qurum tərəfindən həyata keçirilmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, № 1206 nömrəli Fərmanının: 1-ci bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. 1-1.-ci bəndinə əsasən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanı dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə qəbul edilmişdir. Hazırki mülki işin mahiyyətindən və tərəflərin izahatından da müəyyən olunduğu kimi, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkün olaraq 2017-ci ilə qədər kommunal xidmətlər üzrə yaranmış borcun ödənilməsindən azad edilməklə həmin tarixdən sonra isə ödənişlərin edilməsi ilə bağlı kartların verilməsi təsdiq olunmuşdur. Başqa sözlə, məcburi köçkünlər fərdi qaydada sayğaclar quraşdırılanadək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar xx.xx.2017-ci il tarixədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, № 11 nömrəli Qərarına əsasən, bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmış, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Qaydaların 1-ci bəndinə əsasən, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla). Beləliklə də, qəbul edilmiş aktlardan müəyyən olunduğu kimi, xx.xx.2017-ci il tarixdən etibarən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərdən kommunal xidmətlər və digər xidmətlər üzrə dövlət büdcəsindən maliyyələşən vəsaitlər əvəzinə, vahid aylıq müavinət qaydaları müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı sudan istifadəyə görə ödənişlərin edildiyini etiraf etmiş, lakin iddia tələbində silinməsini xahiş etdiyi ödəniş məbləğini ödəməməsinin səbəbi olaraq torpaq sahəsində əkin sahəsinin mövcud olmaması ilə əlaqələndirsə də iddia tələbində istinad etdiyi həmin halı sübut etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, qanunvericiliyin tələblərindən müəyyən olunduğu kimi, İddiaçı Cəbrayıl rayonundan məcburi köçkün statusu almış şəxs olaraq digər məcburi köçkünlər kimi xx.xx.2017-ci il tarixinə kimi kommunal xidmətlər üzrə ödənişlərin edilməsindən azad olsa da, həmin tarixdən sonrakı müddət üçün isə kommunal və digər xidmətlərin ödənişlərinin edilməsi ilə bağlı yaranmış borcların ödənilməsinə görə öhdəlik daşımış, hazırki mülki mübahisədə isə silinməsi xahiş olunan borc iddiaçının müəyyən edilmiş normativ qaydalara uyğun olaraq ailə üzvlərinin sayına görə yaranmış borcdur. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar