Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4265/2021 23.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nüayəndəsi Zeynalova Gülnaz Abbas qızının, Cavabdeh Oruc qızının iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh İmranova Əfsanə Oruc qızına qarşı mühafizə zonasında qeyri-qanuni inşa edilmiş obyektlərin sökülməsi tələbinə dair mülki işə 23 iyul 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh İmranova Əfsanə Oruc qızına qarşı mühafizə zonasında qeyri-qanuni inşa edilmiş obyektlərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi “ Qarant” məcburi köçkünlərin yaşayış kompleksinin ərazisində 220 kv-luq 1.2-ci Zabrat hava xəttinin 96- 97 saylı dayaqların mühafizə zonasında cavabdeh tərəfindən qeyri-qanuni inşa olunmuş Aptekin və Gözəllik salonunun cavabdehin öz vəsaiti hesabına sökülməsi və həmin tikililərin yerləşdoyo yerin torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş üzrə iddiaçı hüquqi şəxsdir, cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Belə ki, işin materiallarında İmranova Əfsanə Oruc qızına məxsus fiziki şəxsin vergi uçotu haqqında qeydiyyat N ********** saylı Şəhadətnaməsi vardır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Ali Məhkəmənin 18 sentyabr 2020-ci il tarixli Qəraraının 24-cü bəndinə görə fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24-32, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı "xxxx" MMC cavabdeh İmranova Əfsanə Oruc qızına qarşı mühafizə zonasında qeyri-qanuni inşa edilmiş obyektlərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi “ Qarant” məcburi köçkünlərin yaşayış kompleksinin ərazisində 220 kv-luq 1.2-ci Zabrat hava xəttinin 96- 97 saylı dayaqların mühafizə zonasında cavabdeh təərəfindən qeyri-qanuni inşa olunmuş Aptekin və Gözəllik salonunun cavabdehin öz vəsaiti hesabına sökülməsi və həmin tikililərin yerləşdoyo yerin torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi barədə iddia tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4265/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4265/2021
23.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver