Məhkəmə qərarları › İş №2(012)-4276/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4276/2021

23.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4276/2021 23.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə 23 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətçi kimi adı, soyadı və ata adı “X1” kimi göstərilən “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-1038F KOD 30800027 saylı Şəhadətnamənin Zeynalova (Tanrıverdiyeva) Aidə Tanırverdi qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi, mülkiyyətçi kimi adı, soyadı və ata adı “X10” kimi göstərilən “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-1038F KOD 30800027 saylı Şəhadətnamənin Ərizəçi3 məxsus olması hüquqi faktının müəyyən edilməsi, mülkiyyətçi kimi adı, soyadı və ata adı “X7” kimi göstərilən “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN- 1038F KOD 30800027 saylı Şəhadətnamənin Zeynalova (Babayeva) Turalə Bayram qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki iş üzrə məhkəmə baxışı zamanı ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 №-li qərarı ilə X1, X7 və X6 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1038F saylı, 30800027 kodlu şəhadətnamənin AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi1, AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi2 və AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10.11.1998-ci il tarixli, 21 saylı qərarı ilə, Zeynalova (Tanrıverdiyeva) Aidə Tanırverdi qızına, X8, Ərizəçi3, Zeynalova (Babayeva) Turalə Bayram qızına və X5 ümumi mülkiyyət hüququ əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0,10 ha torpaq sahəsi verilmiş və bu barədə sözügedən şəxslərə “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN- 1038F KOD 30800027 saylı Şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə bir neçə texniki səhvə yol verilmişdir. Belə ki, sözügedən şəhadətnamədə Zeynalova (Tanrıverdiyeva) Aidə Tanırverdi qızının soyadı “Tanrıverdiyeva”, ata adı “Tanrıverdi”, Ərizəçi3 adı “Turan”, Zeynalova (Babayeva) Turalə Bayram qızının adı “Turanə” kimi göstərilmişdir. Həmin şəhadətnamədə texniki yanlışlığa yol verilməsi halı ərizəçilərə məxsus olan AZE ********, AZE ********, AZE ******** saylı şəxsiyyət vəsiqələri, nikahın bağlanması haqqında 311166 №-li və ******* №-li şəhadətnamələr, o cümlədən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.08.2020-ci il tarixli, 1779 saylı arayışla öz təsdiqini tapır. Sadalanan səbəblər hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən sözügedən torpaq sahəsinin ərizəçilərin adına qeydiyyata almaqda çətinlik yaradır. Belə ki, sözügedən qurumun 08.09.2020-ci il tarixli, **********93 saylı məktubu ilə hüquqların dövlət reyestrində qeydiyyatından imtina edilmişdir. Üstəlik hazırda şəhadətnaməni vermiş inzibati orqan faktiki mövcud olmadığından həmin sənəddəki yanlışlıqların düzəldilməsi və ya bu barədə yeni sənədin verilməsi mümkün deyildir. Bu səbəbdən ərizəçilər hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İHB-nın Mehdiabad qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 23.07.2021-ci il tarixli 1785 №-li arayışdan müəyyən edilir ki, JN-1038F KOD 30800027 saylı Şəhadətnamədə “X1” əvəzinə “X2” kimi, “X10” əvəzinə “Ərizəçi3” və “X7” əvəzinə “X9” oxunmalıdır. Hər üçü eyni şəxsdir. Mülki işin materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi2 xx.xx.1989-cu il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuşdur. Mülki işin materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi3 xx.xx.1987-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuşdur. Mülki işin materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi1 xx.xx.1966-cı il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan 311166 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X11 və X2 arasında nikah 02.11..1966-cı il tarixdə Abşeron rayon Mehdiabad qəsəbəsi XDS İcraiyyə Komitəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Zeynalova” soyadı verilmişdir. Mülki işin materiallarında olan 892881 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X12 və X9 arasında nikah 22 oktyabr 2013-cü il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Babayeva” soyadı verilmişdir. Mülki işin materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-1038F KOD 30800027 saylı Şəhadətnamədən müəyyən edilir ki, 1-ci sırada “X1”, 3-cü sırada “X10” və 4-cü sırada “X7” olaraq qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən göndərilən 08.09.2020-ci il tarixli, **********93 №-li məktubdan müəyyən edilir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-1038F KOD 30800027 saylı Şəhadətnamədə göstərilən hüquq sahiblərinin ad, soyad və ata adı ilə vətəndaşın şəxsiyyət vəsiqəsində göstərilən ad, soyad və ata adında kəskin fərq olduğu aşkar edilmişdir. Belə ki, şəhadətnamədə “X1” göstərildiyi halda, vətəndaşın şəxsiyyət vəsiqəsində “X2” kimi qeyd aşkar olunmuşdur. Şəhadətnamədə “X10 göstərildiyi halda, vətəndaşın şəxsiyyət vəsiqəsində “Ərizəçi3” kimi qeyd aşkar olunmuşdur. Eləcə də, şəhadətnamədə “X7” göstərildiyi halda, vətəndaşın şəxsiyyət vəsiqəsində “X9” kimi qeyd aşkar olunmuşdur. Bunun üçün də ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizəsinin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 №-li qərarı ilə X1, X7 və X6 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1038F saylı, 30800027 kodlu şəhadətnamənin AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi1, AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi2 və AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 №-li qərarı ilə X1, X7 və X6 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1038F saylı, 30800027 kodlu şəhadətnamənin AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi1, AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi2 və AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar