Məhkəmə qərarları › İş №2(012)-4283/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4283/2023

21.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4283/2023 21.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi İddiaçı vəkili-nümayəndəsi Vəkil1, cavabdeh Hüseynli (Hüseynova) İradə Adil qızının vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Hüseynli (Hüseynov) Abbas Həbib oğluna, Cavabdeh1, Hüseynli (Hüseynova) İradə Adil qızına (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat notariat ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Hüseynli (Hüseynov) Abbas Həbib oğluna, Cavabdeh1, Hüseynli (Hüseynova) İradə Adil qızına qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixində Sumqayıt “Asan” xidmət mərkəzində Cavabdeh2 oğlu və X8 arasında bağlanmış, ünvan 1i ərazisində yaşayış məntəqlərinin torpaqları təyinatlı torpaq sahəsində 0,05 ha sahəli torpağın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Cavabdeh2 adına xx.xx.2014-cü il tarixli qeydiyyata alınmış, Abşeron rayonu, Masazır ərazisində 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi vəzifəsinin qoyulması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Cavabdeh2 və X9 adına xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə qeydiyyata alınmış, ünvan 1i ərazisində bərabər paylarda yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinə Dövlət Reyestrindən Çıxarışların ləğv edilməsi vəzifəsinin qoyulması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə ünvan 1i ərazisində yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində 0.05 ha torpaq sahəsinə iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt “ASAN xidmət” mərkəzinin notariusu Ə.İ.Bünyadov tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 X4 ünvan 1i ərazisində yaşayış məntəqələrinin torpaqları təyinatli torpaq sahəsində yerləşən 0.05 ha torpaq sahəsini satın almışdır. DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə ünvan 1i ərazisində 0,05 ha sahəsinə Cavabdeh2 adına reyestrdən Çıxarış verilmişdir. Azərbaycan Respublikasında olarkən, iddiaçı öz valideynləri üçün dayısı Rəşidin yaşadığı Masazır kəndində torpaq sahəsini almaq istəmişdir. Dayısı öz sahəsinin yanında 600 kv.metr ölçüsündə bir torpaq sahəsi tapmışdır. 2004-cü ildə ölkədən kənara səfərlə bağlı iddiaçı Abşeron rayonu Masazır kəndində sonradan onun valideynlərinin adına rəsmiləşdirmək şərti ilə torpaq sahəsi almasını cavabdeh Hüseynli (Hüseynov) Abbas Həbib oğlundan xahiş etmişdir. 2004-cü ildə ölkədən kənara çıxışı ilə əlaqədar ona torpaq sahəsini satan Cavabdeh1 5000 manat beh və 10000 manat məbləğində pul ödəmiş, cavabdeh Hüseynli (Hüseynov) Abbas Həbib oğluna isə mübahisəli torpaq sahəsini onun valideynlərinin adına alınması üçün etibarnamə vermişdir. Etibarnaməni rəsmiləşdirdikdən sonra iddiaçı ABŞ-a getmişdir. Sabunçu rayon məhkəməsinin 2(008)-220/2019 saylı, xx.xx.2019-cu il tarixi qətnaməsi ilə X18 və Cavabdeh2 arasında xx.xx.2002-ci il tarixdə Binəqədi rayon VVADQ şöbəsində 427 növrəsi ilə qeydiyyata alinmış nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X14, xx.xx.2004-cü il təvəllüdlü X15 və xx.xx.2004-cü il təvəllüdlü X16 anası X11 yanında qalması, cavabdehdən X9 xeyrinə hər uşağa görə üçün 200 manat məbləğində cəmi 600 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. X2 nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin 2(012)-3724/2019 saylı xx.xx.2019-cu il tarixi qətnaməsi ilə AR ƏMDK yaninda DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyat **********, **********02 reyestr nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış ünvan 1i ərazisində 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə X9 ½ hissədə payı müəyyən olunması qət edilmişdir. X12 mübahisəli torpağı Cavabdeh2, sonralar onun valideynlərinin adına rəsmiləşdirmək şərti ilə, onun puluna aldığı məlum olmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-3724/2019 saylı xx.xx.2019-cu il tarixi qətnaməsindən görünür ki, Cavabdeh2 məhkəmə iclasında göstərmişdir ki, 0,05 ha torpaq sahəsi onun adına olsa da, torpağın alınması üçün pulu dostu vermişdir. Odur, ki, həmin torpaq sahəsi onun yox, dostunundur. X18 tərəfindən bu xüsusat üzrə heç bir etiraz və irad edilməmişdir, çünki ona mübahisəli torpaq sahəsinin Cavabdeh2 adına alınması şərtləri məlum idi. Mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi Cavabdeh2 müvafiq hüquqi nəticə yaratmaq niyyəti olmadan bağlanmışdır. Həmin əqdin bağlanması zamanı satıcı X8 və alıcı Cavabdeh2 məlum idi ki, sonralar alıcı torpaq sahəsini iddiaçının valideynlərinin adına rəsmiləşdirməyə borcludur. Mübahisəli torpaq sahəsi hasarlanmışdır, lakin onun üzərində heç bir tikili yoxdur. X18 heç məhkəmənin ona ayırıb verdiyi torpaq sahəsinin yerini belə tanımır. Daha sonra İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, iddia ərizəsində Cavabdeh3 adı yanlış olaraq X5, Cavabdeh1 adı isə X3 qeyd edilmişdir. Odur ki, qeyd edilən yanlışlıqların nəzərə alınması və Cavabdeh1, Cavabdeh3 cavabdeh kimi qeyd edilməsini xahiş etmişdir. İddianın “xahiş etdi” hissəsinin 1-ci abzasında müqavilənin tarixinin xx.xx.2014-cü il kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə etdi və məhkəmə çıxışını yazılı forma təqdim edərək bildirdi ki, məhkəmə araşdırması zamanı cavabdeh X17 iddianı tam olaraq qəbul etmişdir. Digər cavabdehər isə iddianı qəbul etməmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verən zaman formal izahat vermiş, verilən suallara həqiqi cavabı verməkdən yayınmağa çalışmış, demək olarki işin faktiki halı ilə bağlı heç bir məlumat verməmişdir. Cavabdeh2 isə notariusda alqı-satqı zamanı gördüyünü bildirmişdir. Torpağın alınması ilə bağlı behin kim tərəfindən verilməsini aydınlaşdırmaq üçün verilmiş suala isə bir dəfə Hüseyn, bir dəfə Abbas cavabı verməklə qeyri-müəyyən cavab vermişdir. Bu halları Cavabdeh1 işin faktiki halları ilə bağlı məlumatların həll edici hissələrini gizlətdiyini göstərir. İşin faktiki hallarını (torpaq sahəsinin İddiaçı tərəfindən alındığını, alqı-satqı müqaviləsinin faktiki olaraq alıcı tərəfinin İddiaçı olmasını, Cavabdeh2 formal olaraq müqavilənin tərəfi olduğunu) tam bilən şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsi barədə əsaslandırılmış vəsatətləri məhkəmə tərəfindən təmin edilməmişdir. Bundan başqa Cavabdeh3 nümayəndəsi-vəkilini ünvanladığı həmin torpaq sahəsinin hansı vəsait hesabına əldə edilməsi barədə suala cavab verilməsindən sualın baxılan məsələyə aidiyyətinin olmaması əsas gətirələrək imtina edilmişdir. İşin araşdırılmalı olan faktiki halı budur. Cavabdeh3 Həmin torpaq sahəsini həqiqətən tanıyırmı?, hansı pul vəsaiti hesabına əldə edilmişdir? Bu kimi hallar məhkəmə araşdırılması zamanı tam araşdırılmamışdır. İddiaçı nikahın ləğv edilməsi barədə iddia ərizəsində maddi imkanlarının aşağı olmasından, ağır maddi şəraitdə yaşamasından, Cavabdeh2 yaşadıqları evi girov qoymasından şikayətlənir. Digər Cavabdeh2 demək olar ki, cuzi məbləğdə aliment məbləği ödəməsindən, hazırda 20000 manatdan artıq aliment borcunun olmasını qeyd edir. Cavabdeh3 təsvir etdiyi maddi şəraitdə yaşayan şəxslərin 2014-cü ildə torpaq sahəsinin alınması üçün pul vəsaitinin olması da mümkün olmayan haldır. Bundan başqa Cavabdeh3 vəkili-nümayəndəsinin iş üzrə kəsici müddətin tətbiq olunması barədə ərizəsinə münasibət bildirərək qeyd etdi ki, Mülki Məcəllədə nəzərdə tutulmuş 1 illik kəsici müddət etibarsızlığın nəticələrinə dair qaldırılmış iddialara tətbiq edilən müddətdir. İddiaçı isə göstərilən əqdi uydurma əqd (əhəmiyyətsiz) hesab edərək müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Qanunverciliklə isə əqdin etibarsız hesab edilməsi barədə iddialar görə hər hansı müddət nəzərdə tutulmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Hüseynli (Hüseynova) İradə Adil qızının vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. İddia müddətinin tətbiqi barədə verdiyi ərizəni müdafiə edərək bildirmişdir ki, iddia tələbinin tamamilə əsassız olmaqla həm də iddiaçı tərəfindən müvafiq iddia tələblərinin irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət 10 ilə yaxın müddət ötürülməklə verilmişdir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin məcəllənin 375.2.-ci maddəsinə görə Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Qeyd olunanları nəzərə alaraq iddia tələbinin tam əsassız və qanunsuz olmaqla yanaşı həm də iddia müddətinin keçməsi səbəbi ilə rədd olunması barədə qətnamə qəbul etmənizi xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat notariat ofisi məhkəməyə məktub göndərərək, məhkəmə iclasını onların iştiraka olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Hüseynli (Hüseynov) Abbas Həbib oğlu, Cavabdeh1, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh1 iddianı qəbul etməmiş və izahatına bildirmişdir ki, o, İddiaçı tanımır. Alqı-satqı müqaviləsi onunla Cavabdeh2 arasında bağlanmış və o, torpaq sahəsinə dair pulu Cavabdeh2 vermişdir. Alqı-satqı zamanı Cavabdeh2 özü iştirak etmiş, onunla danışan şəxs də Cavabdeh2 olmuşdur. O, hazırkı əmlakla bağlı yalnız Cavabdeh2 görmüşdür. Torpaq sahəsinə baxışda həyat yoldaşı iştirak etmişdir. Onun tərəfindən İddiaçı hər hansı məbləğdə pul verilməmişdir. Qeyd olunanalara əsasən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə, proses iştrakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-3724/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X9 Cavabdeh2 qarşı “birgə nikah dövründə qazanılmış əmlak üzərində payların müəyyən edilərək bölünməsi və paya mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2014cü il tarixdə qeydiyyat **********, **********02 reyestr nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış ünvan 1i ərazisində 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə X9 ½ hissədə payı müəyyən edilmişdir. - AR ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX senriyalı ******* saylı xx.xx.2014-cü il tarixli Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 583 nömrəli reyestr kitabının 51 nömrəli vərəqəsində ********** qeydiyyat nömrəsi, **********02 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - AR ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.05 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 853 nömrəli reyestr kitabının 51 nömrəli vərəqəsində ********** qeydiyyat nömrəsi, **********02 reyestr nömrəsi ilə 1/2 hissə xx.xx.2021-ci il tarixdə, X9 adına daşınmaz əmlakın dövlət reyestrində 853 nömrəli reyestr kitabının 51 nömrəli vərəqəsində ********** qeydiyyat nömrəsi, **********02 reyestr nömrəsi ilə 1/2 hissə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2014-cü il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1i ünvanında yerləşən 0.0703 ha torpaq sahəsindən 0.05 ha torpaq sahəsini Cavabdeh2 10000 (on min) manata satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Abşeron myonu Masazır kəndi ərazisində 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyat **********, **********02 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh2 xx.xx.2014-cü ıl tarixdə Sumqayıt “ASAN” xidmət mərkəzinin not. Ə.İ.Bünyadov tərəfindən təsdiq edilmiş 4Ə/1292 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.0703 ha torpaq sahəsindən 0.05 ha torpaq sahəsini Cavabdeh1 almışdır. Cavabdeh2 adına Bakı şəhəri Sabunçu ra Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi kuçəsı, ev 2, 20 saylı mənzil xx.xx.2010-cu ıl tarixdə qeydiyyatdan keçmişdir lakin, 10/10 saylı xx.xx.2017-ci il tarixli hərracın yekun protokoluna. Sabunçu rayon Məhkəməsinin 2{008)-4484/2016 saylı icra vərəqinə, xx.xx.2017-ci ıl tanxfı Hərracın yekunları uzrə əmlakın atqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmişdir. Cavabdeh2 adına digər ərazi idarələrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən 0.0703 ha torpaq sahəsindən 0.05 ha torpaq sahəsini Cavabdeh2 10000 (on min) manata satmışdır. Cavabdeh2 həmin torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-3724/2019 saylı qətnaməsinə əsasən iddiaçı X9 Cavabdeh2 qarşı “birgə nikah dövründə qazanılmış əmlak üzərində payların müəyyən edilərək bölünməsi və paya mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyat **********, **********02 reyestr nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmış ünvan 1i ərazisində 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə X9 ½ hissədə payı müəyyən edilmişdir. Bundan sonra X9 adına xx.xx.2020-ci il tarixdə, Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə yeni çıxarış verilmişdir. Hazırda İddiaçı qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə X9 adına xx.xx.2020-ci il tarixdə, Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarışların ləğv edilməsi vəzifəsinin qoyulması, onun adına dövlət reyestrindən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbində İddiaçı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin etibarsızlığını başqa ölkəyə gedəcəyi üçün öz adına torpaq ala bilmədiyini, valideynlərinin adına torpaq almaq üçün cavabdeh X6 5000 manat beh və 10000 manat pul, Cavabdeh2 isə etibarnamə verdiyini, həmin etibarnamə əsasında Cavabdeh2 ünvan 1i ünvanında yerləşən 0,05 ha torpaq sahəsini almasını, mülkiyyətinə keçirməsi ilə əsaslandırmışdır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Lakin iş materiallarına əsasən, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 12 aprel 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcudluğu təsdiq edilməmişdir. İddiaçı qeyd edilən müqavilənin formal olaraq bağlanmasını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə iş materiallarına əsasən müəyyən edilir ki, mənzil Cavabdeh2 mülkiyyətinə keçmiş, Cavabdeh2 torpağın dəyəri olan 10000 manatı ödəməklə torpağa yiyələnmişdir. Bundan başqa, həmin torpaq sahəsinin Cavabdeh2 ilə X9 birgə nikah dövründə qazanılmış əmlak üzərində paylarının müəyyən edilməsinə dair Abşeron rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə qətnamə qəbul edilərkən, iddiaçı maraqlarına toxunan şəxs kimi həmin qətnaməyə dair narazılığını bildirməmiş, qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilərək, tərəflərin həmin əmlak üzərində ½ pay hüquqları təmin olunmaqla adlarına müvafiq olaraq çıxarışlar verilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 6.1. maddəsinə əsasən, mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.5. müqavilələr azadlığı. 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericilikdən göründüyü kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipindən çıxış edərək məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırki mülki iş üzrə də mülki iş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin tərəfləri Cavabdeh1 və Cavabdeh2 çıxış etməklə, həmin müqavilə Sumqayıt şəhər “ASAN xidmət” mərkəzinin notariusu Ə.İ.Bünyadov tərəfindən 4Ə/1292 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah edilməklə informasiya sisteminə daxil edilmişdir. Göründüyü kimi, hazırki müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflərin qarşılıqlı iradə ifadəsi nəticəsi kimi bağlanmışdır. Mülki Məcəllənin: 152.1.-152.4. maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. İddiaçı iddia tələbində cavabdehin onun etibarından sui-istifadə edərək alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsini öz adına özəlləşdirdirərək aldadıldığını bildirmişdir ki, məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin: 339.2. maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Mülki Məcəllənin 339.2ci maddəsinin məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: • Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; • Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; • Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı). Məhkəmə qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad edərək qeyd edir ki, tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olaraq bağlanmış xx.xx.2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas olan faktlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı cavabdehlə alqı-satqı müqaviləsi bağlayarkan onun aldadılmasını, iddia tələbində mübahisəli torpaq sahəsinin onun valideynlərinin deyil, cavabdehin öz adına bağlanmasını iddia etməklə cavabdehin bağladığı müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, torpaq sahəsi barəsində aldadıldığını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, məhkəmə araşdırması zamanı əqdin etibarsız hesab edilməsinə əsas olan hallar, yəni, iddiaçının iradə ifadəsinin zədələndiyi hallar öz təsdiqini tapmamışdır. Cavabdeh Hüseynli (Hüseynova) İradə Adil qızının vəkili-nümayəndəsi Nümayəndə kəsici müddətin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilir ki, «... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... «. Həmçinin məhkəmə qeyd edir ki, kəsici müddətin tətbiqi üçün də qanunverici konkret hal müəyyən etmişdir. Belə ki, hazırki iş üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, kəsici müddətin başlanma anı qanunvericiliklə dəqiq müəyyən edilmişdir ki, bu şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən etibarən bir il ərzində həyata keçirilə bilər. Hazırki halda, İddiaçı bu halı hansı müddətdə müəyyən etdiyi məhkəmə araşdırması zamanı aşkara çıxarılmamış, Hüseynli (Hüseynova) İradə Adil qızının vəkili-nümayəndəsi Nümayəndə kəsici müddətin tətbiqi barədə ərizəsinə hər hansı bir sübutlarını əlavə etməmişdir. Belə olan halda, hazırki iddia tələbinə bir illik kəsici müddətin tətbiq edilməsinə lüzum yoxdur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X7 Haqqında» X1 və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqnıda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X7 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx.xx.2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation tubüs) etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında deyilir ki, «... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir». Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X7” haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirib və qanunun tələblərini rəhbər tutub hesab edir ki, İddiaçı cavabdehlər Hüseynli (Hüseynov) Abbas Həbib oğluna, Cavabdeh1, Hüseynli (Hüseynova) İradə Adil qızına qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Hüseynli (Hüseynov) Abbas Həbib oğluna, Cavabdeh1, Hüseynli (Hüseynova) İradə Adil qızına qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar