Məhkəmə qərarları › İş №2(012)-4310/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4310/2021

16.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4310/2021 16.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 16 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-2030, KOD 30800118 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanında yerləşən 0.21 ha torpaq sahəsi JN-2030, KOD 30800118 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ərizəçi mülkiyyətinə verilmişdir. Ərizəçi sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən qurumun 17.06.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, dövlət aktında göstərilən hüquq sahibinin ad, soyad və ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, torpağa mülkiyyətə hüququna dair dövlət aktında hüquq sahibi “X3” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bu səbəbdən də JN- 2030, KOD 30800118 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktının məhkəmə qaydası ilə müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X5 ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etmədi. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri Kirov rayonu (hazırki Binəqədi rayonu) Novxanı kənd sovetliyi tərəfindən 11 fevral 1964-cü il tarixdə verilmiş AZ seriyalı 568151 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında Hacıbala İskəndər oğlu, ana qrafasında X6 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 11 fevral 1964-cü il tarixdə qeyd edilmişdir. Mülki işin materiallarında olan AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə ünvan 1ində anadan olmuşdur. Mülki iş materiallarında olan 25.07.2003-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-2030, KOD 30800118 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 21.06.2003-cü il tarixli 3M/-445 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0,21 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli, **********47 nömrəli məktubdan görünür ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-2030 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən hüquq sahibinin ad, soyad və ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-2030 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibi “X3” göstərildiyi halda, etibarnamədə “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, 25.07.2003-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-2030, KOD 30800118 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin xx xxxxxx 1964-cü il tarixdə anadan olmuş Ərizəçi məxsusdur, lakin texniki səhvə yol verilərək torpağa mülkiyyət hüququna dair şəhadətnamədə onun məlumatları X1 yazılmışdır.Ona görə də, məhkəmə iş materiallarında olan və məhkəmə baxışı zamanı araşdırılmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 25.07.2003-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-2030, KOD 30800118 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin xx xxxxxx 1964-cü il tarixdə anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25.07.2003-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-2030, KOD 30800118 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin xx xxxxxx 1964-cü il tarixdə anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar