Məhkəmə qərarları › İş №2(012)-4344/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4344/2020

24.11.2020 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4344/2020 24.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətiı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 1**-NF-***0464 saylı Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh, İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 1934.78 (min doqquz yüz otuz dörd manat 78 qəpik) manat, xx xxxxxxxx 2020-ci il tarixə faiz borcu üzrə 248.87 (iki yüz qırx səkkiz manat 87 qəpik) manat, xx xxxxxxxx 2020-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna hesabianmış dəbbə pulu (cərimə) üzrə 1.17 (bir manat 17 qəpik) manat, cəmi 2184.82 iki min yüz səksən dörd manat 82 qəpik) manat kredit borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 1**-NF-***0464 saylı kredit müqaviləsinə əsasən ona illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilmiş, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun Banka əsas borc üzrə 1934.78 (min doqquz yüz otuz dörd manat 78 qəpik) manat, xx xxxxxxxx 2020-ci il tarixə faiz borcu üzrə 248.87 (iki yüz qırx səkkiz manat 87 qəpik) manat, xx xxxxxxxx 2020-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1.17 (bir manat 17 qəpik) manat, cəmi 2184.82 (iki min yüz səksən dörd manat 82 qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc Banka qaytarıldığı halda, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Kredit üzrə borc axırıncı dəfə xx.xx.2020-ci il tarixdə cəmi 200 (iki yüz) manat məbləğində ödənilmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı Açıq Səhmdar Cəmiyyətiı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019cu il tarixli, 1**-NF-***0464 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən sonuncuya 18 (on səkkiz) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürmüş, Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən faizlərin hesablanması kreditin Borcalana verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.10-cu bəndinə əsəsan bu müqavilənin 2.4- cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. -xx xxxx 2019-cu il tarixli, 1**-NF-***0464 saylı kredit müqaviləsinə əlavə 1-dən görünür ki, Cavabdeh 3000 (üç min) manat məbləğində verilmiş krediti xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək, 18 ay müddətində, hər ay 197.19 manat ödəməklə, 550.6 manat faiz ödənilməsi şərtilə, cəmi 3550.6 manat ödəməsi barədə tərəflər razılaşmışlar və imzaları ilə təsdiq etmişlər. -Borclu Cavabdeh İddiaçı ASC-nə olan kredit borcu haqqında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh İddiaçı ASC ilə bağladığı xx xxxx 2019-cu il tarixli, 1**-NF-***0464 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə vaxtı keçmiş kredit borcu belədir: kredit məbləği -3000 (üç min) manat, illik faiz dərəcəsi - 22 (iyirmi iki), kreditin götürülmə tarixi - xx xxxx 2019-cu il, kreditin tam qaytarılmalı olduğu tarix- xx.xx.2021-ci il,ödənilmiş əsas borc -1065.22 manat, ödənilmiş faiz borcu 329.78 manat son ödəniş tarixi və məbləği: xx.xx.2020-ci il tarixdə – 200 manat, iddia qaldırılan günə əsas kredit borcu – 1934.78 manat, xx.xx.2020-ci il tarixə faiz borcu 248.87 manat, həmin tarixə dəbbə pulu 1.17- manat, borc üzrə iddia tələbinin məbləği cəmi- 2184.82 manatdır. -Azərbaycan Respublikası DİN-nin BRQMİ-nin MAPS şöbəsi Arayışından və Azərbaycan Respublikası vətəndaşının AA******* - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh-ünvan 1 mən 59- ünvanında qeydiyyatdadır. -İddiaçı ASC-nin PKD/2957 №-li xx.xx.2020-ci il tarixli Cavabdeh ünvanladığı bildirişxəbərdarlıqdan görünür ki, İddiaçı ASC borcalan Cavabdeh cəmi- 2174.82 manat məbləğində borcun olması və həmin borcun ödənilməsini 3 (üç) iş günü ərzində təmin edilməsi bildirilmiş, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. -Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2019-cu il tarixli, **********216400 nömrəli çıxarışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – adlı qurum, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyyata alınmışdır və yenə həmin çıxarışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – adlı qurumun qanuni təmsilçisi X3r. -xx.xx.2009-cu il tarixli 06/06-313/ -saylı İddiaçı ASC-nə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş Bank Lisenziyasından görünür ki, İddiaçı ASC xx.xx.2008-ci il tarixində 253 saylı lizenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. -xx xxxx 2019-cu il tarixli, məxaric orderindən görünür ki, Cavabdeh xx xxxx 2019-cu il tarixdə 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində verilmiş kredit üzrə ödənişi almışdır və məxaric orderi imzalar ilə təsdiq edilmişdir. -xx.xx.2019-xx.xx.2020-ci il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh axırıncı ödənişi xx.xx.2020-ci il tarixdə etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə onun iddiaçıya 2184.82 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda iddia tələbində tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvi qoyulmuşdur. Belə ki, müqavilənin vaxtından əvvəl ləğv edilməsi kredit müqaviləsinin 3.1.5-ci bəndində göstərilmiş şərtlərə uyğundur və iddiaçının müqavilənin ləğvi tələbi əsaslıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və yuxarıda göstərilmiş qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətiı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 1**-NF-***0464 saylı Kredit müqaviləsi ləğv edilməli, Cavabdeh, İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 1934.78 (min doqquz yüz otuz dörd manat yetmiş səkkiz qəpik) manat, faiz borcu üzrə 248.87 (iki yüz qırx səkkiz manat səksən yeddi qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 1.17 (bir manat on yeddi qəpik) manat, cəmi 2184.82 (iki min yüz səksən dörd manat səksən iki qəpik) manat borc məbləği və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 1**-NF-***0464 saylı Kredit Müqaviləsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 1**-NF-***0464 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh, İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə əsas borc üzrə 1934.78 (min doqquz yüz otuz dörd manat yetmiş səkkiz qəpik) manat, faiz borcu üzrə 248.87 (iki yüz qırx səkkiz manat səksən yeddi qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 1.17 (bir manat on yeddi qəpik) manat, cəmi 2184.82 (iki min yüz səksən dörd manat səksən iki qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ümumilikdə 2214.82 (iki min iki yüz on dörd manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar