Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4344/2023 17.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi X1 şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-486A KOD 30800086 saylı Şəhadətnamədə «X15» barəsində aparılmış qeydin «Əliyeva (Babayeva) Təranə Əli qızma» məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN- 486A KOD 30800086 saylı Şəhadətnaməyə əsasən Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 nömrəli qərarı ilə ərizəçiyə və 8 nəfər ailə üzvlərinə Abşeron rayonu Saray qəsəbəsi ərazisində 0,19 ha torpaq sahəsi ayrılmış və həmin sənəddə ayrılmış torpaq sahəsinin koordinatları göstərilmişdir. Bu sənəddə göstərilən şəxslər onun ailə üzvləri olmaqla X10 onun atası 29 yanvar 2020-ci ildə dünyasını dəyişmişdir. X16 onun anasıdır. X11 onun qardaşı, X20 onun qardaşı oğlu, X10 qardaşı oğlu, X13 onun qardaşının qızıdır. Bu sənədə adı aalınan X15 onların ailə üzvü olmamış və bir təsərrüfatda belə bir şəxs yaşamamışdır. Bu qeyd onlarla bir təsərrüfatda yaşamış Əliyeva(Babayeva) Təranə Əli qızına məxsus olan qeyddir. Belə ki, onlarla bir təsərrüfatda Əliyeva(Babayeva) Təranə Əli qızı da olmuş və o onun qardaşı Rzabalanın həyat yoldaşı olmaqla 12 iyun 2003-cü ildə dünyasını dəyişmişdir. Təranəni hamı «Tura» kimi çağırdığı üçün şəhadətnaməyə də adı bu cür daxil edilmiş və soyadı həyat yoldaşının soyadı ilə yazılsa da atasının adı da səhvən «Süleyman qızı» kimi qeyd olunmuşdur. Şəhadətnamədə mərhum T.Əliyeva barəsində qeydlərin düzgün yazılmaması və bu səbəbdən də sənədlərdə yaranmış uyğunsuzluq bir sıra problemlərə səbəb olmuşdur. Belə ki, o və digər mülkiyyətçilər şəhadətnamədən X9 adının çıxarılması ilə bağlı AR DK ƏM DƏDRX 4 saylı ərazi idarəsinə müraciət etmiş, lakin ona ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, onun adının bu sənəddən çıxarılması ilə bağlı məhkəməyə müraciət etməlidir. Daha sonra, ərizəçi X5 ərizəçinin əsl ərizəçi ilə əvəz olunması barədə ərizə verərək bildirmişdir ki, həmin ərizə tərəfdən verilmiş və buna səbəb qeyd edilən sənəddə onun də adının payçı kimi keçməsi olmuşdur. Lakin mərhum Əliyeva (Babayeva) Təranə Əli qızının qanun üzrə 1-ci növbə vərəsəsi kimi oğlu Ərizəçi da vardır ki, gələcəkdə onun bu əmlakda olan payına vərəsə kimi iştirak etmək hüququna malikdir. Buna görə də ərizədə qeyd olunan faktın müəyyən edilməsi ilə bağlı ərizəçi kimi mərhumun oğlu Ərizəçi tanınmalıdır və onun ərizəçi qismində qəbul edilməsinə etiraz etmir. Odur ki, onun ərizəsi üzrə icraatda olan mülki işdə Ərizəçi əsil ərizəçi kimi qəbul edilməsini xahiş etmiş, məhkəmə Ərizəçi əsl ərizəçi kimi tanımışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, ərizəçi X2 əmisidir. Ərizəçinin anası X21r. X15 adında şəxs olmamışdır, tanımır. Təranəni Tura adı ilə çağırırdırlar. Bu səbəbdən ola bilsin ki səhv yazılmışdır. Təranə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ərizəçinin qonşusudur, mehriban qonşuluq münasibətləri olmuşdur. Babayeva Təranəni tanıyırdı. Tura Babayeva adında şəxsi tanırı ümumiyyətlə belə bir şəxs olmamışdır. Ərizəçi 1 bacı 1 qardaşdırlar. Hamısı ailəsi ilə birlikdə yaşayır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -xx.xx.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-486A saylı 30800086 kod nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.19 ha torpaq sahəsi Abşeron rayon Saray qəsəbə sakini X10, X16, X11, X20, X10, X13 və X9 mülkiyyətinə verilmiş və bu barədə 7154 nömrə ilə qeydiyyat aparılmışdır. - 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-00xx-xx/2023 saylı məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.19 ha torpaq sahəsinə dair ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş JN-486A nömrəli şəhadətnamədən X9 adının çıxarılması ilə bağlı 05 iyun 2023-ci il tarixli müraciətə Maraqlı şəxs publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Bildirilmişdir ki, ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş JN-486A nömrəli şəhadətnamədən X9 adının çıxarılması idarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəmüvafiq hesab olunur. - xx.xx.2023-cü il tarixdə X22, X7 və X25 tərəfindən tərtib edilmiş Aktdan görünür ki, qonşuları X4 oğlu X14 14 iyun 1988-ci ildə Babayeva (Əliyeva) Təranə Əli qızı ilə ailə həyatı qurmuş və həmin vaxtdan Təranə Abşeron rayonu Saray qəsəbəsinə gəlin gəlmiş və ölən günə kimi -16 iyun 2003-cü ilədək onlara məxsus evdə yaşamış və qeydiyyatda olmuşdur. Təranəni hamı «Tura» ləqəbi ilə tanımışdır. - Abşeron rayon Saray qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş İV-ЖГ № 418250 nömrəli nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X28 arasında xx.xx.1988-ci ildə rəsmi nikah bağlanmış, arvada Babayeva soyadı verilmişdir. - Abşeron rayon İHB-nın Saray qəsəbə İƏD üzrə İN tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ № 061335 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci ildə vəfat etmişdir. - Abşeron rayon İHB-nın Saray qəsəbə İƏD üzrə İN tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ № 069222 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2003-cü ildə vəfat etmişdir. - Abşeron rayon Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2228 nömrəli arayışdan görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair 486A saylı Şəhadətnamədə Babayeva (Əliyeva) Təranə Əli qızı əvəzinə səhvən X15 yazılmışdır. -2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X11 xx.xx.1959-cu ildə Abşeron rayon Saray qəsəbəsində doğulmuş, arvadı X3, oğlu X20, oğlu X8r. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş nikah haqqında və ölüm haqqında şəhadətnaməni və digər sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin göstərdiyi və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, xx.xx.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-486A saylı, 30800086 kod nömrəli şəhadətnaməyə əsasən, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 nömrəli qərarı ilə 0.19 ha torpaq sahəsinin mülkiyyətçisi qismində Abşeron rayonu, Saray qəsəbə sakini “X15” qeyd edildiyi halda, həmin şəxsin adı Abşeron rayon Saray qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş İV-ЖГ № 418250 nömrəli nikahın bağlanılması haqqında şəhadətnaməyə və Abşeron rayon İHB-nın Saray qəsəbə İƏD üzrə İN tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ № 069222 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, “Babayeva (Əliyeva) Təranə Əli qızı” kimi qeyd edilmişdir. Bu isə “X15”nın “Babayeva (Əliyeva) Təranə Əli qızı” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda, şahid ifadələri ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 nömrəli qərarı ilə “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-486A saylı, 30800086 kod nömrəli, xx.xx.2005-ci il tarixli şəhadətnamədə göstərilən isə “X15”nın “Babayeva (Əliyeva) Təranə Əli qızı” ilə eyni şəxs olması öz təsdiqini tapdığından həmin şəhadətnamənin Babayeva (Əliyeva) Təranə Əli qızına məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin:
76. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.11. maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
308. maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-486A saylı, 30800086 kod nömrəli, xx.xx.2005-ci il tarixli şəhadətnamənin Abşeron rayon Saray qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş İV-ЖГ № 418250 nömrəli nikahın bağlanılması haqqında şəhadətnaməyə və Abşeron rayon İHB-nın Saray qəsəbə İƏD üzrə İN tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ № 069222 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Babayeva (Əliyeva) Təranə Əli qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov