Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4346/2023 25.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4 (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) hüquqi faktın müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4 (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-1170A saylı, 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Fin xxxxxxx3 olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1, Fin xxxxxxx olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi4, Fin 5OQS5WE olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3, Fin xxxxxxx olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi2, AZ-İ seriyalı 372386 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən X2 və AZ-İ seriyalı 273206 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən X4 məxsus olması faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəməyə ünvanlanmış hazırki ərizə ərizəçilər qismində göstərilən Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4 tərəfindən imzalansa da, ərizəyə ərizəçilərin X1 və X3 yaxın qohumu olması barədə sənəd əlavə edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4 (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçilərə geri qaytarılmalıdır. Ərizəçilərə izah olunsun ki, ərizənin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Ərizəçi3 xx.xx.2023-cü il tarixdə ********** saylı mədaxil qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi3, Ərizəçi1 xx.xx.2023-cü il tarixdə ********** saylı mədaxil qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi1, Ərizəçi2 xx.xx.2023-cü il tarixdə ********** saylı mədaxil qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduqları 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi2, Ərizəçi4 xx.xx.2023-cü il tarixdə ********** saylı mədaxil qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduqları 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi4 qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçilər Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4 (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi3 xx.xx.2023-cü il tarixdə ********** saylı mədaxil qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi3, Ərizəçi1 xx.xx.2023-cü il tarixdə ********** saylı mədaxil qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi1, Ərizəçi2 xx.xx.2023-cü il tarixdə ********** saylı mədaxil qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduqları 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi2, Ərizəçi4 xx.xx.2023-cü il tarixdə ********** saylı mədaxil qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduqları 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi4 qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-4346/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4346/2023
25.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver