Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4350/2023 25.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cıı il tarixli. ******* nömrəli nömrəli aktın ləğv edilməsi və 8164.80 (səkkiz min yüz altmış dörd) manat, 0.80 qəpik məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış, abonent kodu **********0063 olan qaz sayğacı iddiaçıya məxsusdur. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, iddiaçının xəbəri olmadan evin sayğacına baxış keçirilmiş, sayğaca kənar müdaxilə olunduğuna görə ******* saylı akt tərtib edilmişdir. Beləliklə, tirilmiş qaza görə 8164.80 (səkkiz min yüz altmış dörd) manat, 0.80 qəpik məbləğində cərimənin ödənilməsi öhdəsinə qoyulmuşdur. Cavabdeh əməkdaşları tərəfindən mənzilin sayğacına baxış keçirilərkən onun və ailə üzlərinin xəbəri olmamış, heç bir məlumat verilməmişdir. Son zamanlar Cavabdeh əməkdaşlarının bu qanunsuz hərəkətləri mütəmadi hal almışdır. Cavabdeh tərəfindən iddia olunan nöqsan tamamilə əsassızdır, heç bir həqiqəti əks etdirmir. Yaşadıqları mənzilə məxsus qaz sayğacına nə iddiaçı nə də ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Sayğac həyəlyani sahədən xaricdə quraşdırılmışdır, ətrafından yüzlərlə insan keçir. “AZƏRİQAZ" İstehsalat Birliyinin əməkdaşları tərəfindən qeyd edilmiş nöqsan və barəsində tərtib edilmiş akt tamamilə əsassızdır. “AZƏRİQAZ" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilməsi və barəsində tətbiq edilmiş 8164.80 (səkkiz min yüz altmış dörd) manat, 0.80 qəpik məbləğində cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi bə göstərdi ki, evdə yaşayış olmur, işi ilə əlaqədar evdə bir ay olur. Azəriqaz tərəfindən sayğacdan kənar qazdan istifadə edildiyi aşkar edilmişdir. Aktda həddən artıq çox məbləğ yazılmışdır. Azəriqazın əməkdaşı kimi bir nəfər ondan əlavə 11 nəfər qazın çəkilməsi üçün onları aldadaraq qeyri-rəsmi əlaqə yaratmışdır. Hazırda həmin şəxs barəsində araşdırma gedir. Ona bildirilmişdir ki, sayğac quraşdırılacaqdır. Sonradan Azəriqaza məlumat vermiş, qaz sayğacı qanuni şəkildə quraşdırılmışdır. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Azəriqazın əməkdaşları tərəfindən kənar xətt aşkar edilmiş, fotoşəkillər də çəkilmişdir. Cavabdeh tərəfindən etirafedici ərizə də vardır ki, həmin məbləği ödəyəcəkdir. Hazırda iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassızdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, abonentin yaşadığı ünvanda Zenner markalı, G-4 tipli, **********452 nömrəli sayğac cərimə koduna sayğacın quraşdırılması səbəbindən quraşdırılmışdır. Cərimə 8164.80 manat. - Abonent kodu **********00063 olmaqla, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu, Masazır kəndi ünvanına xx.xx.2023-cü il tarixdə Zenner G-4T Smart tipli **********452 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ- 4)(1/1). Aktlara əsasən hesablanmış, abonentin 04/2023-cü ilə olan borcu 475,20 manat, 05/2023-cü il tarixə olan borcu 406,08 manat, 08/2023-cü ilə aid olan borcu 8164,80 manat göstərilmişdir. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı aktlardan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin qeydiyyatsız təbii qazdan istifadə etməsi, sayğacdan kənar qaz xətti aşkar olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır. - Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, kombinin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 40608 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci il tarixli, ******* saylı akt olmuşdur. - Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 3960 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci il tarixli, ******* saylı akt olmuşdur. - Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, iddiaçı tərəfindən qaz xəttinə kənar xətt vasitəsilə qoşulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın smart tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatı əsasında iddiaçıya məxsus sayğacın onun evdən kənarda quraşdırılması öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının etirafı əsasında abonentin “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, qaz sayğacından qeydiyyatsız istifadə etməsi, yəni, qaz xəttinə kənar qoşulması müəyyən olunmuşdur. Mülki iş materiallarına əlavə olunmuş tələbnamədən göründüyü kimi, qaz sayğacından qeyri-qanuni istifadə edilməsi Cavabdeh İB-nin nümayəndələrinin texniki baxışı nəticəsində təsdiq olunmuş və bu barədə aktlar tərtib edilərək iddiaçıya cərimə hesablanmışdır. İddiaçı hazırda, Cavabdeh İB-nin nümayəndələri tərəfindən hesablanmış, qanunsuz və əsassız olduğunu iddia etdiyi 8164.80 (səkkiz min yüz altmış dörd) manat cərimə borcunun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər və iddiaçının izahatı əsasında öz təsdiqini tapmış və bu barədə abonentə təbii qazdan istifadə qaydalarının pozulması barədə tələbnamə tərtib edilərək xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 360 gün (12 ay) müddəti, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 60 gün (2 ay) müddəti,üçün cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təbii qazdan istifadə qaydalarının tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq vətəndaşın vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını həyata keçirməlidir. Lakin göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən abonentin evinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, abonentin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması barədə tələbnamələrdə hesablamalar 360 gün və 60 gün hesablansa da iddiaçı tərəfindən həqiqətəndə abonentin göstərilən müddətlərdə qazdan qeyri-qanuni istifadə etməsini sübuta yetirilməmişdir. Belə ki, digər aktlarda 30 gün qazdan istifadə hesablansa da xx.xx.2022-ci il tarixli, ******* saylı akta 360 gün (12 ay) müddət, xx.xx.2023-cü il tarixli, ******* saylı akta 60 gün (2 ay) hesablanmışdır ki, məhkəmə hesab edir ki, bu işin araşdırılan hallarına uyğun deyildir və sübut olunmur. Ona görə də məhkəmə həmin hər iki aktı 30 gün hesablanmasını işin faktiki hallarına uyğun olmaqla məqsədə müafiq hesab edir. Bununla belə, abonentin təbii qazdan qeyriqanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə sadə riyazi hesablama üsulu ilə pul vəsaitini aşağıdakı kimi hesablayır xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq hesablanmış 40608 m3 (1.2x24x360=10368, 3.5x24x360=30240 ; 40608x0.12=4872.96 manat) 4872.96 manat edir ki, bu 30 gün hesabı ilə hesablandıqda (1.2x24x30=864m3, 3.5x24x30=2520m3; 864+2520=3384m3; 3384x0.12m=406.08m ) 406.08 manat edir. xx.xx.2023-cü il tarixli, ******* saylı saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq, 7920 m3 (1.2x24x60=1728m3, 3.5x24x60=5040m3, 0.8x24x60=1152m3; 1728+5040+1152=7920m3; 7920m3x0.12m=950.4 m) 950.4 manat edir ki, bu 30 gün hesabı ilə hesablandıqda (1.2x24x30=864m3, 3.5x24x30=2520m3, 0.8x24x60=576m3; 864+2520+876=3960m3; 3960m3x0.12m=475.2 m) 475.2 manat edir. xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq 3960 m3 (1.2x24x30=864m3, 3.5x24x30=2520m3, 0.8x24x30=576m3; 864+2520+576=3960m3; 3960x0.12=475.2m) 475.2 manat edir. xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq 3960m3 (1.2x24x30=684m3, 3.5x24x30=2520m3, 0.8x24x30=576m3, 684+2520+576=3960m3) 3960x0.12=475.2m) 475.2manat edir. xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq, 3960m3 (1.2x24x30=684m3, 3.5x24x30=2520m3, 0.8x24x30=576m3, 684+2520+576=3960m3) 3960x0.12=475.2m) 475.2 manat edir. xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq, 3960m3 (1.2x24x30=864m3, 3.5x24x30=2520m3, 0.8x24x30=576m3, 684+2520+576=3960m3) 3960x0.12=475.2m) 475.2 manat edir. xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnaməyə uyğun olaraq 3384m3 (1.2x24x30=864m3, 3.5x24x30=2520m3, 864+2520=3384m3; 3384x0.12=406.8) 406.8 manat edir. Bundan sonra həmin tələbnamələrə uyğun hesablanmış pul vəsaitləri ümumilikdə cəmi (406.8+475.2+475.2+475.2+475.2+475.2+406.8=3189.6 manat) 3189.6 manat edir. Beləliklə məhkəmə sadə riyazi hesablama yolu ilə hesablayaraq hesab edir ki, iddiaçı Azəriqaza 3189.6 manat borcu vardır. Həmin məbləğ 8164.80 manatdan çıxılmalı və qalan 4975.2 manat iddiaçının abunə hesabından silinməlidir. Eyni zamanda Məhkəmə qeyd edir ki, Abunə saldosunda cavabdehə aktlar üzrə 06/2023-cü ildə 328.32 və 07/2023-cü il tarixdə 181.44 manat pul hesablansa da cavabdeh tərəfindən həmin aktlar məhkəməyə təqdim edilmədiyindən və borclar cavabdeh tərəfindən sübut edilmədiyindən həmin tarixlər üçün hesablanmış pul vəsaitləri əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 69.75 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 4975.2 (dörd min doqquz yüz yetmiş beş manat iyirmi qəpik) manat borc abonent kodu **********00063 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 69.75 manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov