Məhkəmə qərarları › İş №2(012)-4389/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4389/2024

28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4389/2024 28.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991 -ci il tarixli, 6/387 nömrəli qərarına əsasən ona ayrılmış, 39 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 842 D saylı bağ sahəsinə dair B/S nömrəli orderin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6/387 nömrəli qərarına əsasən 39 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 842 D saylı bağ sahəsi B/S nömrəli orderlə sahibliyinə və istifadəsinə verilmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6/387 nömrəli qərarında adı rus dilində X8 oqlı (Сафаров Тохуд Баба оглы), 39 nömrəli bağ tikinti kooperativinin verdiyi B/S nömrəli orderdə isə adı X6 qeyd edilmişdir. Ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6/387 nömrəli qərarına əsasən 39 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 842 D saylı bağ sahəsinə dair B/S nömrəli orderdə adına düzəliş edərək “Ərizəçi” qeyd edilməsini və bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli imtina məktubu göndərərək, hüquq müəyyənedici sənəd də adının düz olmadığını və oderdə düzəliş edilməsinin idarənin fəaliyyət istiqamətlərinə aid olmadığını bildirmişdir.Ona görə də, həmin bağ sahəsinin ona məxsus olması faktını müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AZE Seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1952-ci ildə Abşeron rayonu Novxanı kəndində anadan olmuşdur. İş materiallarında İE № 921757 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1952-ci ildə Abşeron rayonu Novxanı kəndində anadan olmuşdur. X2,anası X1r. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6/387 nömrəli qərarına əsasən 39 nömrəli bağ tikinti kooperativi nəzdinə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 842 D saylı bağ sahəsinə dair X3 adına verilmiş B/S order idarənin arxivində mövcuddur. İş mareriallarında olan Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Novxanı bağlar sahəsindəki 39 nömrəli kooperativin B/S nömrəli orderindən görünür ki, X5 xx.xx.1991-ci il tarixli, 6/387 nömrəli qərarına əsasən Novxanı bağlar sahəsində 39 nömrəli bağ tikinti kooperativi nəzdinə 0.12 hektar torpaq sahəsi olan 842 D saylı bağ ayrılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, Ərizəçi adı orderdə səhv olaraq X6 olaraq göstərilmiş, lakin ərizəçinin adı şəxsiyyət vəsiqəsində Ərizəçi olaraq qeyd edilmişdir. Bu uyğunsuzluq ərizəçiyə mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən məhkəmə hesab edir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991 -ci il tarixli, 6/387 nömrəli qərarına əsasən ona ayrılmış, 39 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 842 D saylı bağ sahəsinə dair B/S nömrəli orderinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991 -ci il tarixli, 6/387 nömrəli qərarına əsasən ona ayrılmış, 39 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 842 D saylı bağ sahəsinə dair B/S nömrəli orderinin AZE Seriyalı, 0******* saylı, xxxxxxx FİN №-li şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar