Məhkəmə qərarları › İş №2(012)-4398/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4398/2024

05.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4398/2024 05.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın və cərimənin ləğv edilməsi, cərimə aktının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın və cərimənin ləğv edilməsi, cərimə aktının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, elektrik enerjisindən istifadəsi üçün Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7 km, ünvan 1 ünvanına quraşdırılmış sayğaca (**********0037) tərtib edilmiş (cavabdeh "xxxx" ASC-nin Abşeron rayon idarəsi tərəfindən) aktı və həmin cərimədən irəli gələn məbləğin ləğv edilməsi, "xxxx" ASC-nin Abşeron Rayon İdarəsinin cərimə aktı (653298) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, zərurət yarandığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə tərəflərin və ya onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı iddiaçılar dövlət rüsumundan azad edildiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumunun qaytarılması hissəsinə hüquqi qiymət verilməsi zərurəti aradan qalxmışdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın və cərimənin ləğv edilməsi, cərimə aktının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar