Məhkəmə qərarları › İş №2(012)-44/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-44/2022

24.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-44/2022 24.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı1, onun vəkili Vəkil1, Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, X6, İddiaçı2, X15 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Mehdiabad Bələdiyyəsi) qarşı qanunsuz inşa olunmuş hasarın və tikililərin sökülməsi ümumi istifadədə olan yolun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 24 may 2022-ci il tarixdə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X6, İddiaçı2, X26 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Mehdiabad Bələdiyyəsi) qarşı qanunsuz inşa olunmuş hasarın və tikililərin sökülməsi ümumi istifadədə olan yolun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, X6, X11, X15 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1429 ha. torpaq sahəsinə gedən Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi üçün inşa edilmiş hasarın cavabdehlərin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX saylı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1429 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı1 adına qeydiyyatdan keçmişdir. Həmin çıxarışda hüquq sahibləri kimi İddiaçı1 ailə üzvləri X4, İddiaçı2, X15 da adları göstərilmişdir. Belə ki, həmin torpaq sahəsi İddiaçı1 və adları qeyd olunan ailə üzvlərinin ümumi birgə mülkiyyətdədir. Qeyd edilən torpaq sahəsi alınan zaman qarşısında alınan zaman ümumi istifadədə olan yol olmuşdur. Həmin yol sonradan zəbt olunaraq cavabdehlərin torpaq sahələrinə qatılmış, bununla da iddiaçıların əsas yola olan çıxışı qanunsuz olaraq bağlanmışdır. İddiaçıların mülkiyyətlərində olan torpaq sahəsindən maneəsiz istifadə etmək hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Mübahisələndirilən yol Bələdiyyənin balansında olan torpaq sahələrinə aiddir və həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdehlər tərəfindən həmin yolun zəbt olunması qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı1, onun vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək, əsassız və qanunsuz olduğundan rədd edilməsini xahiş etdi. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda bağlanan alqı-satqı müqaviləsi yolu ilə torpaq sahəsini aldıqdan təxminən bir neçə ay sonra torpaq sahəsinə baxış keçirərkən müəyyən olmuşdur ki, qonşuluqda olan torpaq sahəsinin mülkiyyətçisi X27, Məmmədova Hicran Sahib qızı və X18 ona məxsus olan torpaq sahəsinin bir hissəsinin hasarını sökərək öz həyətinə qatmışdır. Aralarında olan mübahisə məhkəmədən kənar həll olunmadığından, həmin şəxslərə qarşı torpaq sahəsinin boşaldılması tələbi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsi 30 aprel 2015-ci il tarixli 2(012)-233/2015 saylı qətnaməsi ilə iddiası təmin edərək cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və ona təhvil verilməsi qərara almışdır. Bundan sonra qətnamədən narazı qalan cavabdeh tərəf Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsi cavabdehin şikayətini qismən təmin edərək, Seriya RX ******* saylı **********37 reyestr nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin cənub tərəfdən 180 kv.metr sahəsinin boşaldılaraq ona təhvil verilməsini qət etmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 21 dekabr 2017-ci il tarixli 2(105)-166/2016 saylı qətnaməsinin 4-cü səhifəsində ekspert rəylərinə istinadən ətraflı izah edilib ki. həm onun, həm də cavabdehin torpaq sahəsinin koordinatları uyğun gəlmir. Lakin cavabdehlər tərəfindən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin cənub tərəfdən 180 kv.metrinin cənub tərəfindən tutulduğu müəyyən edilmişdir. Sonra cavabdeh Sumqayıt Apellyasiya məhkəməsinin 21 dekabr 2017-ci il tarixli 2(105)- 166/2016 saylı qətnaməsindən Kassasiya şikayəti verdi. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli 2(102)-9533/17 saylı qərarı ilə Sumqayıt Apellyasiya məhkəməsinin 21 dekabr 2017-ci il tarixli 2(105)-166/2016 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin yekun qərarından sonra Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəmə qərarı icra olunmuşdur. Məhkəmə qərarı icra olunan zaman hazırkı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 bundan xəbərləri olmuşdur, heç bir münasibət bildirməmişlər. Qanuni istifadəsində olan torpaq sahəsindən qanuni əsaslarla istifadə edir. İddiaçıların ona qarşı qanunsuz tikilinin sökülməsinə dair iddia ərizəsi tamamilə əsassızdır. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 nümayəndəsi X28 iddianı qəbul etməyib təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında 3-cü şəxsin nümayəndəsi X19 izahatında bildirdi ki, iddiaçılara məxsus torpaq sahəsi pay torpaqları, cavabdehlərə məxsus torpaq sahələri isə bələdiyyə torpaqlarıdır. Mübahisəli torpaq sahəsi bələdiyyə torpaqlarıdır, həmin torpaq sahəsinin əvvəllər yol olması barədə məlumatı yoxdur. Digər tərəflər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.1429 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı1, X4, İddiaçı2, X15 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 628 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********38 reyestr nömrəsi ilə X9 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2010-cu il tarixli Torpaq sahəsinin bağışlanma müqaviləsinin surətindən görünür ki, X20 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 586 nömrəli arayışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli Reyestr nömrəsi **********38, Qeydiyyat nömrəsi ********** Çıxarış əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,10 ha torpaq sahəsini Cavabdeh2 mülkiyyətinə vermişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.1 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmışdır. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin məktubundan görünür ki, Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2088-ci il tarixli 03 saylı qərarı ilə X21 alqı-satqı qaydasında Abşeron rayonu X5 Fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən sahibkarlıq tikinti məqsədilə 0,855 ha torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.855 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********03 reyestr nömrəsi ilə X16 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 139 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2008-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, X16 adından etibarnamə əsasında X3 rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.855 ha torpaq sahəsindən 0.10 ha torpaq sahəsini 8280 manata X1. xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin Bağışlama Müqaviləsindən görünür ki, X2 rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsini X24 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.1 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X24 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, X31 Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.855 ha torpaq sahəsindən 0.10 ha torpaq sahəsini 18000 manata Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-4196/2018 saylı qətnaməsinin surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, Seriya RX ******* saylı Çıxarışa əsasən Cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsi mülkiyyət hüquqlarının həyata keçirilməsinə İddiaçı1 müdaxiləsi qanunsuz hesab edilməsi, Cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsinin hasarlarının sökülməsi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsi İddiaçı1 qadağan edilməsi, Cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsində İddiaçı1 tərəfindən inşa edilmiş qazanxana İddiaçı1 hesabına sökülməsi, İddiaçı1 vurulmuş zərərin əvəzi kimi 751 manat alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-1927/2019 saylı qətnaməsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-4196/2018 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-665/2020 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-233/2015 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, Daşınmaz Əmlakın dövlət reyestrindən 04 iyun 2014-cü il tarixli, Seriya RX ******* saylı **********37 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi boşaldılaraq ona təhvil verilməsi və həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililər cavabdehlər X8, X17, Məmmədova Hicran Sahib qızının və X10 hesabına sökülməsi qət edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(105)-166/2016 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli, 2(012)- 233/2015 saylı qiyabi qətnaməsi – Seriya RX ******* saylı **********37 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh1 mülkiyyətdə olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi hissəsində dəyişdirilməsi, Seriya RX ******* saylı **********37 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh1 mülkiyyətdə olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin cənub tərəfdən 180 kv.metr hissəsi boşaldılaraq ona təhvil verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-9533/2017 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2100 saylı ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, RX seriyalı, ******* saylı xx.xx.2014-cü il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh2 məxsus 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən naturada Cavabdeh2 faktiki istifadə vəziyyəti ilə 0.0498 ha hissəsinin öz yerində olduğu müəyyən olundu. Qərardadın ikinci sualı üzrə: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, RX seriyalı, ******* saylı xx.xx.2014-cü il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı1 və q. məxsus 0,1429 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən naturada faktiki istifadə vəziyyəti ilə 0,0425 ha hissəsinin öz yerində olduğu müəyyən olundu. Qərardadın üçüncü-dördüncü sualları üzrə: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, iddiaçılar və cavabdeh tərəfində faktiki istifadə vəziyyətinə əsasən mübahisə olunan yolun mövcud olmadığı müəyyən olundu. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannamə”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddəsinin mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir və qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin araşdırılan hallarına əsasən müəyyən edilir ki, iddiaçıların onlara məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.1429 ha torpaq sahəsinə gedən yolun cavabdehlər tərəfindən zəbt olunması müəyyən edilmir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyindən də göründüyü kimi tərəflər məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən naturada faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq vardır. İddia tələbinin əsaslı olması hər hansı sübutla təsdiq olunmur. Bundan başqa, iddiaçıların torpaq sahələrinə giriş-çıxış yolu vardır, onlar oradan da yol kimi istifadə edirlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, X4, İddiaçı2, X15 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Mehdiabad Bələdiyyəsi) qarşı qanunsuz inşa olunmuş hasarın və tikililərin sökülməsi ümumi istifadədə olan yolun açılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, qeyd edilən iddia tələbi üzrə dövlət rüsumu 10 manat iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Eyni zamanda, iş üzrə 50 manat məbləğində ekspertiza xərci və 311 manat mütəxəssisə rəy verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 311 manat məhkəmə xərci vardır ki, iddia təmin edilmədiyindən həmin xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, X4, İddiaçı2, X15 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Mehdiabad Bələdiyyəsi) qarşı qanunsuz inşa olunmuş hasarın və tikililərin sökülməsi ümumi istifadədə olan yolun açılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçılar İddiaçı1, X6, İddiaçı2 və X13 50 manat məbləğində ekspertiza xərcinə görə pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu və 311 manat mütəxəssisə rəy verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 311 manat məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar