Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-441/2023 27.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakıilə İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi, borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaz idarəsinin işçiləri tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli aktın ləğv olunması, həmin akt əsasında ona əsassız hesablanmış 525,33 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, təxminən 2015-ci ildən Abşeron rayonu, Saray qəsəbəsi, Qasım bəy Zakir küçəsində yerləşən fərdi evdə ailə üzvləri ilə birlikdə evdə yaşayır, 2022-ci ilin fevral ayında sayğacdan qaz sızdığını görüb bununla bağlı 104 qəza xidmətinə zəng edərək məlumat vermiş, qaz idarəsinin işçiləri oraya gələrək heç bir sənədləşmə aparmadan sayğacı mexaniki sayğac ilə əvəz etmişlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə onun evinə gəln qaz axımı dayandırılmış, bununla bağlı qaz idarəsinə müraciət etmiş, oradan ona yaranmış borcla əlaqədar qaz axımının dayandırılması bildirilmişdir. Sonradan qaz idarəsinin işçiləri tərəfindən onun barəsində akt tərtib edildiyini öyrəndikdən sonra məhkəməyə müraciət etdiyini, ona hesablanmış 525,33 manat pulun əsassız olduğunu bildirdi və məhkəmədən borcun silinməsinə dair iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı tərəfindən onlara müraciət olunduğu üçün qaz sayğacı dəyişdirilmi, köhnə sayğac sayğac müayinə edilməsi üçün laboratoriyaya göndərilmiş, oradan verilmiş rəydə sayğacın daxilində olan plasmas borunun deşilmiş vəziyyətdə olması qeyd olunmuş, bu səbəbdən iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Qasım bəy Zakir küçəsində yerləşən fərdi evə quraşdırılmış abonent kodu **********11002 olan 1802A**********329 saylı sayğaca baxış keçirilən zaman həmin sayğacın plasmas çıxış borusuna müdaxilə nəticəsində sındığı aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsi, Qasım bəy Zakir küçəsində yerləşən fərdi evə (abonent kodu **********11002) məxsus ******* saylı, xx.xx.2022-ci il tarixli akta görə 518,40 manat ziyan hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi, borcun silinməsi, mənəvi ziyana görə pul vəsaitinin tutulması»tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində abonent kodu **********11002 olan, Abşeron rayonu, Saray qəsəbəsi, Qasım bəy Zakir küçəsində yerləşən fərdi evə əsassız olaraq ******* saylı, xx.xx.2022-ci il tarixli akt əsasında 518,40 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X3 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın istehlakçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə işin faktiki hallarından görünür ki, sayğacın daxilində olan plasmas borunun deşilmiş vəziyyətdə olması barədə ******* saylı, xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsinə əsas laboratoriyaya rəyi olmuş və qeyd olunan akt yalnız sayğacdakı qüsurla bağlı olan halı müəyyən etdiyindən,məhkəmə iddia tələbinin ******* saylı, xx.xx.2022-ci il tarixli aktın ləğv olunması hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Qasım bəy Zakir küçəsində yerləşən fərdi evə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 518,40 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********11002 olan, Abşeron rayonu, Saray qəsəbəsi, Qasım bəy Zakir küçəsində yerləşən fərdi evə quraşdırılmış qaz sayğacına görə ******* saylı, xx.xx.2022-ci il tarixli akt üzrə hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat cərimə silinsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-441/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-441/2023
27.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver