Məhkəmə qərarları › İş №2(012)-442/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-442/2021

23.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-442/2021 23.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X4, Cavabdeh vəkili-nümayəndəsi X1 iştirakları ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə 23 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X7 iddianı müdafiə edərək izahatında bildirdi ki, xxxxsı” ASC-nin cəlb olunduğu məhkəmə prosesi zamanı məlum olmuşdur ki, X8 ASC ilə Cavabdeh arasında 23 dekabr 2009-cu il tarixdə iki ədəd mənzil alğı-satqısı müqaviləsi imzalanmışdır. Müqavilələrin şərtlərinə əsasən “Akkord” Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226.6 kv/m olan mənzil və Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina, 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191.3 kv/m olan mənzilləri Cavabdeh satır, sonuncu isə həmin mənzillərin dəyərini ödəyir. Qeyd olunan müqavilələrlə bağlı araşdırma apararkən məlum olmuşdur ki, tərəflər arasında imzalanmış müqavilələrə görə Cavabdeh “Akkord”a hər hansı ödəniş etməmiş, xidmət göstərməmiş və ya mal-material verməmişdir. Halbuki, Cavabdeh ilk zamanlar iddiasında bildirmişdir ki, qeyd olunan müqavilələrə görə “Akkord”a ödəniş etmişdir. Akkord həmin ödənişlərin təsdiq edən sənədləri (qəbz, çeki və s.) istədikdə isə hər hansı sənəd təqdim edə bilməmişdir. Nəzərə alsaq ki, cavabdehin iddia etdiyi məbləğ kifayət qədər yüksəkdir, bu zaman həqiqətən ödəniş edilmiş olsaydı onu təsdiq edən sənədlər cavabdehə və ya “Akkord"da olmalı idi. Sonradan isə cavabdeh, “Akkord-a xidmət göstərdiyini iddia etmiş, lakin bununla bağlı da hər hansı rəsmi sənəd təqdim edə bilməmiş, habelə həmin sənədlər “ Akkord-da da aşkar olunmamışdır. Araşdırma zamanı o da məlum olmuşdur ki, “xxxx” şirkətinin (əldə olunan məlumata əsasən xxxx şirkətinin adı sonradan dəyişdirilərək “xxxx" MMC adlandırılmışdır) “Akkord”-a borcu olmuş və həmin borcun əvəzində xxxx şirkəti "Akkord”a bir neçə mənzil vermişdir. Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina, 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 kv/m olan mənzil və Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina, 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 kv/m olan mənzillər də daxil olmaqla “Akkord” un xxxx şirkətindən aldığı mənzillər X3 adına rəsmiləşdilmişdir. Məlumat üçün bildiririk ki, Cavabdeh “xxxx” MMC- nin direktorudur. “Akkord”un xxxx şirkətindən aldığı mənzillərin adma rəsmiləşdirildiyi X6 ilə “xxxx” MMC ilə arasında 505032 manat məbləğində borc münasibətləri mövcud olmuşdur. Qeyd edilən borc barter təsdiq formasında öz əksini tapmışdır. X3 “xxxx” MMC-yə olan 505032 manat borcu adıçəkilən mənzillərin hər ikisinin ümumi dəyəri 417900 manat müəyyən edilməklə həmin mənzillərlə əvəzləşdirilmişdir. Lakin mənzillər “xxxx” MMC-nin adına yox, onun direktoru olan Cavabdeh adına sənədləşdirilmişdir. Ən maraqlısı ondan ibarətdir ki, Cavabdeh “xxxx” MMC-yə qarşı Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, “09.01.2010-cu il tarixdə xxxx MMC ilə arasında (Cavabdeh ilə) bağlanmış müqavilə əsasında MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsindəki 226,6 kv.metr ölçülü, 5 otaqlı 70 nömrəli mənzil əldə etmişdir. Mənzilin həmin müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulmuş 135960 mani məbləğində qiyməti ödənilmiş və iddiaçıya (Cavabdeh) pulun ödənilməsini təsdiq edən qəbz cavabdeh MMC-nin möhürü və direktorunun imzası ilə təsdiq edilmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından bir neçə il sonra mənzil iddiaçıya təhvil verilmişdir. “09.01.2010-cu il tarixdə xxxx MMC ilə arasında (Muxtarzadə Zülfüqa ilə) bağlanmış müqavilə əsasında MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsindəki 191.4 kv.metr ölçülü, 4 otaqlı 54 nömrəli mənzil əldə etmişdir. Mənzilin 114800 manat məbləğində qiyməti iddiaçı (Cavabdeh) tərəfindən ödənilmiş və ona (Cavabdeh) həmin gün pulun ödənilməsini təsdiq edən qəbz maliyyə arayışı verilmişdir. Həm müqavilə, həm də pulun ödənilməsini təsdiq edən qəbz cavabdeh MMC-nin (,xxxx) möhürü və direktorunun imzası ilə təsdiq edilmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından bir müddət sonra mənzil iddiaçıya təhvil verilmişdir (Xətai Rayon Məhkəməsinin 19.07.2018-ci il tarixli 2(01 D- 1586/2018 saylı qətnaməsi 1 ci səhifə)”. Göründüyü kimi, Muxtarzadə Zülüfqar eyni mənzillərə görə həm də xxxx MMC ilə müqavilə bağladığını, ödəniş etdiyini və maliyyə arayışını aldığını iddia etmişdir. Onu da bildirir ki, Akkord ilə Cavabdeh arasında bağlanmış müqavilələri Akkord adından departament direktoru imzalamış və müqavilədə olan möhür Akkordun əsas möhürü olmamış, departamentin möhürü olmuşdur. Departament direktorunun bu müqaviləni imzalamaq üçün səlahiyyətinin olub-olmamasını təsdiq edən hər hansı sənəd (etibarnamə, və s.) aşkar olunmamışdır. Qeyd olunanlardan aydın olur ki, “Akkord”la Cavabdeh arasında bağlanmış müqavilələr uydurma əqdlərdir, çünki bu müqavilələri bağlamaq üçün heç bir əsası olmamış və qarşı tərəf “Akkord”a hər hansı ödəniş etməmiş və ya xidmət göstərməmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi X2 məhkəmədə izahatında və məhkəməyə ünvanlandığı iddia ərizəsinə etirazda göstərdi ki, “xxxx” ASC-nin iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, “xxxxsı” ASC iddia ərizəsində göstərir ki, guya iş üzrə tərəflər arasında bağlanmış 23.12.2009-cu il tarixli 10985 nömrəli və 23.12.2009-cu il tarixli 10984 nömrəli mənzillərə dair bağlanmış alğı-satqı müqavilələri uydurma əqdlərdir, həmin müqavilələrin bağlanması üçün heç bir əsas olmamış, müqavilələr üzrə cavabdeh ASC-yə hər hansı məbləğdə ödənişlər etməmiş, xidmət göstərməmişdir. İddiaçının bu dəlilləri ilə bağlı qeyd edir ki, ünvan 2 ünvanda yerləşən 1-2 saylı çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsindəki sahəsi 226,6 kv.m olan 5 otaqlı 70 nömrəli mənzilə dair ASC ilə cavabdehin arasında 23.12.2009-cu il tarixli 10985 nömrəli müqavilə, eyni ünvanda yerləşən çoxmənzilli yaşayış binanın 13-cü mərtəbəsindəki sahəsi 191.3 kv.m olan 4 otaqlı 54 nömrəli mənzilə dair bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə ASC tərəfindən qeyd edilən mənzillərin müqavilə bağlandığı vaxtdan 12 ay müddətində cavabdehə təhvil vermək, cavabdeh tərəfindən isə mənzillərin dəyərini ASC- yə ödəmək barədə öhdəliklər götürmüşlər. Cavabdehə tərəfindən müqavilə şərtlərinə uyğun olaraq 70 nömrəli mənzilin dəyərini təşkil edən 226600 manat, 54 nömrəli mənzilin dəyərini təşkil edən 191300 manat məbləğində pul ASC-yə ödənilmişdir. Bununla bağlı ASC tərəfindən cavabdehə notarial qaydada təsdiq edilmiş maliyyə arayışları verilmişdir. Lakin ASC müxtəlif bəhanələrlə, müqavilədə göstərilən müddətlərdən uzun müddət keçməsinə baxmayaraq mənzilləri cavabdehə təhvil verməkdən yayınmışdır. Bu səbəbdən cavabdeh tərəfindən ASC-yə qarşı 2018-ci ildə “mənzillərin alğı-satqı haqqında müqaviləyə əsasən ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbi barədə” iddia irəli sürülmüşdür. Həmin iddia ərizəsi əsasında başlanmış mülki iş hal-hazırda Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Hazırda isə iddiaçı ASC hər iki müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş pulların cavabdehə qaytarılmaması üçün müqavilələri yalan əqd adı ilə etibarsız hesab edilməsini məhkəmədən tələb edir. Halbuki, həmin müqavilələr mülki qanunvericiliyin tələblərinə cavab verən müqavilələrdir və onların etibarsız və ya əhəmiyyətsiz hesab edilməsi üçün hər hansı əsas yoxdur. İddiaçı ASC-nin iddia ərizəsində adları qeyd edilən, lakin iddia ərizəsində tərəf kimi qoyulmayan “xxxx” MMC, “xxxx”xxxx“Yol Tikinti Nəqliyyat Servıs MMC hazırda etibarlılığı mübahisələndirilən müqavilələr üzrə tərəf deyillər və həmin müqavilələrə hər hansı aidiyyəti olmayan şəxslərdir. Bundan başqa, bildirir ki, iddiaçı, hazırki iddianı irəli sürmək üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik kəsici müddəti ötürmüşdür. Belə ki, hazırki ış üzrə iddia predmeti olan hər iki müqavilə cavabdehlə iddiaçı arasında 23.12.2009-cu il tarixdə bağlanmışdır. Həmin müqavilələri etibarsız hesab edən iddiaçı müqavilələr bağlandığı vaxtdan 28.08.2020-ci il tarixədək müqavilələrin etibarlılığını məhkəmə qaydasında mübahisələndirməmişdir. Bundan başqa, həmin müqavilələr üzrə tərəfimdən ödənilmiş pul vəsaitinin geri tələb edilməsi barədə iddia ərizəsi 2018-ci ildə Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir. Qeyd edilən iddia Xətai Rayon Məhkəməsinin 07.03.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmişdir. Sonradan mülki iş bir neçə dəfə apelyasiya və kassasiya instansiya məhkəmələrinin baxış predmeti olmuş və iddiaçı həmin instansiyalarda nümayəndələri vasitəsi ilə təmsil olunmuşdur. Başqa sözlə desək, ASC-nin 23.12.2009-cu il tarixli müqavilələrin mövcudluğundan məlumatı olmuşdur. Lakin nədənsə iddiaçı keçən müddət ərzində həmin müqavilələrin etibarlılığını məhkəmə qaydasında mübahisələndirməmişdir. Göründüyü kimi iddiaçı cavabdehə qarşı irəli sürdüyü iddia üzrə qanunvericilikdə nəzərdə tutulmuş bir illik kəsici müddəti üzürlü səbəb olmadan ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İddiaçının hazırki iş üzrə müqavilənin etibarsızlığına dair iddia qaldırmaq hüququ 23.12.2009-cu il tarixdə yaranmış, 23.12.2010-cu il tarixdə isə müddət bitmişdir. Ona görə də iddiaçının hazırda göstərilən hüquqdan yararlanması qeyri-mümkündür. Hesab edir ki, müqavilələrin etibarsızlığına dair mübahisələr üzrə bir illik kəsiçi müddət iddiaçı tərəfindən ötürülmüşdür. Bu isə iddiaçının iddiasının rədd edilməsi üçün əsasdır. Göründüyü kimi, iddiaçı ASC-nin mənə qarşı irəli sürdüyü iddia tələblərinin hər bir halda təmin edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən xxxxsı” ASC Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbi barədə” iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 23 dekabr 2009-cu il tarixli, 10984 saylı mənzilin alğı-satqısı müqaviləsindən görünür ki, satıcı «xxxx» ASC Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 kv/m olan mənzili alıcı Cavabdeh satmağı, alıcı Cavabdeh isə mənzilin dəyərini satıcı «xxxx» ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə sözügedən mənzilin dəyəri 226600 manat müəyyən edilmişdir. İş materiallarında olan 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin alğı-satqısı müqaviləsindən görünür ki, satıcı «xxxx» ASC Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 kv/m olan mənzili alıcı Cavabdeh satmağı, alıcı Cavabdeh isə mənzilin dəyərini satıcı «xxxx» ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə sözügedən mənzilin dəyəri 191300 manat müəyyən edilmişdir. İş materiallarında olan «xxxx» ASC tərəfindən verilmiş 23.12.2009-cu il tarixli maliyyə arayışlarından görünür ki, Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 kv/m olan mənzilin ümumi dəyəri olan 226600 manat və Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 kv/m olan mənzilin ümumi dəyəri 191300 manat pul tam ödənilmişdir və heç bir borcu yoxdur. İş materiallarında olan Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-991/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh «xxxx» ASC-dən 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin alğı-satqı müqavilələrinə əsasən ödənilmiş 417900 manat pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasoya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8905/2019 saylı, 01.08.2019-cu il tarixli qərardadından görünür ki, «xxxx» ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-991/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh «xxxx» ASC-yə qarşı “mənzillərin alğı-satqı müqavilələrinə əsasən ödənilmiş pul vəsaitinin tutulması” barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri, şahidləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb,təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, əqdin etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən müddətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Lakin, işin müəyyən edilmiş faktiki hallarından görünür ki,iddiaçı «xxxx» ASC mübahisə predmeti olan 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar