Məhkəmə qərarları › İş №2(012)-4420/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4420/2022

18.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4420/2022 18.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1569,60 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evdə ailəsiylə birlikdə yaşayır. Hazırda yaşadığı ünvana xx.xx.2021-ci il tarixdə qaz sayğacı quraşdırılmışdır. Onun xəbəri olmadan barəsində ******* saylı, 31 mart 2021-ci il tarixli və ******* saylı, 30 iyun 2021-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlara görə guya mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Nəticədə ona 1569,60 manat məbləğində cərimə borcu yazılmışdır. Onun bu hadisədən uzun müddət xəbəri olmamışdır. Daha sonra o, sayğaca pul yükləyən zaman ödənilən puldan tutulmalar olduğunu görmüşdür. Ona görə də qaz idarəsinə yaxınlaşmışdır. Orada ona məlum olmuşdur ki, göstərilən akt tərtib edilmiş və ona 1569,60 manat məbləğində cərimə borcu hesablanmışdır. Lakin bu hallar həqiqəti əks etdirmir. Onlarda sayğacdan kənar qazdan istifadə olmamışdır. Eyni zamanda bildirir ki, qarşı tərəfin məhkəməyə təqdim etdiyi fotoşəkillərdəki, ev ona məxsus olsa da, sayğacdan çıxan rezin borunun onun evinə getdiyini aşkar etmək mümkün deyildir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. İddiaçı özü də, izahatında fotoşəkillərdəki mənzilin ona məxsus olduğunu etiraf etmişdir. Məhkəməyə təqdim edilən fotoşəkillər GPS aparatı ilə çəkilmiş və fotoşəkillərdə evin koordinatları öz əksini tapmışdır. İddiaçı barəsində xx.xx.2021-ci il tarixdə ilk akt tərtib edilmiş və 856,70 manat cərimə hesablanmışdır. İkinci akt isə xx.xx.2021ci il tarixdə tərtib edilərək, 684 manat cərimə hesablanmışdır. Cərimə hesablanarkən 90 günlük orta sərfiyyat müddəti əsas götürülmüşdür. Həmçinin o, məhkəmə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbinin əsasını iddiaçının uydurmasına əsasən, guya Cavabdeh İB-nin əməkdaşları tərəfindən ona qanunsuz və əsassız olaraq 1569,60 manat məbləğində cərimə borcunun yazılması və bu əsasla da həmin borcun silinməsi xahişi təşkil edir. Bildirir ki, iddia ərizəsi tamamilə əsassızdır. Uydurma əsaslara söykənən tələb təmin edilə bilməz. Belə ki, ‘Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən sayğacsız qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmişdir. Daha sonra həmin aktlar əsasında itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanaraq “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur (buna dair fotoşəkillər iş materiallarında mövcuddur). Buna baxmayaraq, iddiaçı məhkəmədə səhv təsəvvür yaradaraq, vurduğu ziyanın silinməsinə çalışır. Belə ki, ilk öncə iddiaçı məhkəməyə özü tərəfindən imzalanmamış iddia ərizəsi təqdim etmək istəmiş, lakin tərəfimizdən bu hal aşkarlanmış və müvafiq olaraq ərizə məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır. Həmin iş üzrə, yəni 2(012)-2015/2022 saylı mülki iş (sədrlik etmiş hakim C.Səfiyeva) üzrə iddia tələbi 1900 manat təşkil etmişdir. Daha sonra iddiaçı yenidən özü tərəfindən imzalanmış iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gələrək bu dəfə 1569,60 manat pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi hər iki iş üzrə iddia tələbi fərqlidir. Buna baxmayaraq, hər iki iddia ərizəsinin mətni isə eynidir. Bu hal onu göstərir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə digər tərəfdən onun həm 2(012)-2015/2022 saylı mülki işə baxılan zaman təqdim etmək istədiyi, həm də bu iş üzrə təqdim etmək istədiyi sübutlar, konkret olaraq Birliyin əməkdaşlarının baxış keçirilməsinə dair iddiaçının dili ilə desək sənədlər, qaz xəttinin çəkilməsinə dair müvafiq sənədlərdən başqa heç nə deyil, yəni smeta-layihə sənədləridir və s. Beləliklə, iddia tələbində qeyd olunan və silinməsi xahiş edilən məbləğ Cavabdeh İB-nə iddiaçı tərəfindən vurulmuş ziyandır və hesablanmış ziyanın silinməsinin hər hansı hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən abonent kodu **********05966 olan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən abonent kodu **********05966 olan sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 1569,60 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən abonent kodu **********05966 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2021-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 885,60 manat cərimə edilmiş, həmçinin xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2021-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 684 manat cərimə edilmişdir. İddiaçı 1569,60 manat əsassız cərimə olunduğunu, həmin cərimənin silinməsini xahiş etsə də, özünün izahatından başqa digər sübut təqdim etmədiyindən, cavabdeh təşkilat tərəfindən təqdim edilən fotoşəkillərin mötəbərliyini şübhə altına alan hər hansı bir mötəbər sübut müəyəyn edilmədiyindən, məhkəmə iddiaçının izahatına tənqidi yanaşmışdır.Lakin, cavabdeh təşkilatın nümayəndəsi 1569,60 manat cərimənin hesabat müddətinin 90 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (885,60 : 3 = 295,20 manat və 684 : 3 = 228 manat, cəmi 523,20 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********05966 olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 1569,60 manat borcdan 523,20 manat saxlanılmaqla, qalan borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci bəndiı əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən səxs qaz qurğusu sahibinə dəvmis ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********05966 olan, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 1569,60 manat borcdan 523,20 manat saxlanılmaqla, qalan borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar