Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4421/2020 21.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, DTXK-nin Abşeron rayon Şöbəsinin xx.xx.2005-ci il tarixdə verdiyi JN-1750B, KOD 30800118 qeydiyyat nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə digər şəxslərin adlarının digər şəxslərin adlarının yanlışlıqla, əsası olmadan mülkiyyətçi kimi qeyd olunması və həmin torpaq sahəsinin Çıxarış sənədi almaq üçün X1 həmin torpaq üzərində yeganə mülkiyyət sahibi hüququna malik olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə baxır. Eyni zamanda həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, ərizəçilər mübahisənin həll edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ərizədə göstərilənlərlə bağlı yazılı şəkildə müraciət etməmişdir. Belə ki, ərizəçi ilk olaraq lazımi sənədin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli, lakin həmin xidmətdən imtina cavabı alınarsa məhkəməyə müraciət emək hüquqlarından istifadə etməlidirlər. Göründüyü kimi ərzəçilər tərəfindən MPM-nin 308-ci maddəsinin şərtləri nəzərə alınmamışdır. Ona görə də məhkəmə iddianın yol verilməzliyinə görə ərizənin qəbulundan imtina etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Odur ki, ərizəçilərə aidiyyatı üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 308,310-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizənin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizəçilərə ərizələrindəki məsələ ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4421/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4421/2020
21.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver