Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4423/2022 12.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı əmək haqqı, kompensasiya, maddi və mənəvi zərərə görə pul, habelə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı əmək haqqı, kompensasiya, maddi və mənəvi zərərə görə pul, habelə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, əmək haqqı borcu üzrə 512,41 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4 və 5-ci bəndlərinə müvafiq olaraq, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) faktiki hesablaşma günü daxil olmaqla 1025 manat kompensasiyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, onun işgüzar nüfuzunu ləkələyən və işə düzəlməsinə ciddi əngəl olan xx.xx.2022-ci il tarixli xxxxxxx000900 saylı əmək müqaviləsi bağlanması ilə bağlı saxta bildirişin və xx.xx.2022-ci il tarixli xxxxxxx0009X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı saxta bildirişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-gov.az elektron portalından silinməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulması, elektron sistemə barəsində həqiqətə uyğun olmayan məlumatlar yerləşdirməklə, cavabdehin onun işgüzar nüfuzunu qəsdən ləkələyərək, işə düzəlməsinə faktiki mane olduğu üçün Əmək Məcəlləsinin 290-cı maddəsinin tələbinə uyğun olaraq, dəymiş maddi zərərin əvəzi olaraq 742,80 manat və mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, həmçinin mediasiya prosesinin aparılması üçün ödənilmiş 50 manat rüsumun və 7 manat rabitə xərclərinin və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddia tələbi bir neçə cavabdehə qarşı verilsə də, onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməmişdir. Digər tərəfdən, İddiaçı cavabdehlərə qarşı qaldırdığı tələblər dəqiq deyildir. Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh1 MMC-nin hüquqi ünvanı isə ünvan 2ir. Göründüyü kimi, cavabdehlərin rəsmi qeydiyyatda olduğu ünvanın Abşeron rayonu ərazisinə aidiyyəti olmadığından iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir və şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə görə və MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı əmək haqqı, kompensasiya, maddi və mənəvi zərərə görə pul, habelə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4423/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4423/2022
12.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver