Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4434/2024 18.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının təsdiq olunmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 21 avqust 1999-cu il tarixli, 10 saylı qərarı ilə Şamaxı rayonu, Şirvan kəndi ərazisində yerləşən təyinatı üzrə fərdi yaşayış evi tikmək üçün ayrılmış və sahəsi 700.04 kv.m olan, X9 kitabında 14 iyul 2009-cu il tarixdə 26 nömrə ilə uçota alınmış A № 081192 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədinin xx xxxx 1962-cı il tarixdə Ermənistan SSR, Krasnoselo rayonunda anadan olmuş və ünvan 1 ünvanında pasport qeydiyyatında olan ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, xx xxxx 1962-ci il tarixdə Ermənistan SSR, Krasnoselo rayonunda anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Bildirmək istəyir ki, Şamaxı rayonu, Şirvan kəndi ərazisində yerləşən mərhum X3 məxsus olmuş torpaq sahəsinin və fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına köməklik göstərilməsi barədə iş üzrə maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ərizəsinin icrasından imtina edilmişdir. İmtinanın məzmunu aşağıdakılardan ibarətdir: “Ərizənizə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mərhum X3 məxsus Şamaxı rayonu, Şirvan kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsinin 0.07 ha hissəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına torpaq sahəsinin planı və ölçüsü sənədi işlənilmişdir. Evin həyətyanı torpaq sahəsi mübahisəli olduğuna görə sizin ərizənizin icrası mümkün olmamışdır.” Bildirmək istəyir ki, mərhum X5 onun anasıdır. 17 yanvar 1997-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra ondan miras qalmış Şamaxı rayonunun Şirvan kəndində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi üzrə vergi ödənişləri daim tərəfindən ödənilmiş və həmin daşınmaz əmlak tərəfindən faktiki qəbul edilmiş və hazırda da təyinatı üzrə istifadə edilməkdədir. Yuxarıda da qeyd etdiyi kimi iş üzrə maraqlı şəxs imtina məktubunda mərhum anasına məxsus olan 0.20 ha torpaq sahəsinin 0.07 ha hissəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. Qeyd etmək istəyir ki, qeyd olunan torpaq sahəsinin planı və ölçüsü sənədi onun adına, yəni Ərizəçi adına işlənilmişdir. Lakin sözügedən sənəddə soyadı səhvən “Tağıyev” əvəzinə “Qarayev” olaraq qeyd edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Belə ki, ona məxsus olan bütün hüquqmüəyyənedici sənədlərdə soyadı “Tağıyev” olaraq qeyd edilmişdir. Lakin sözügedən torpaq sahəsinin planı və ölçüsü sənədində soyadı səhvliklə “Qarayev” olaraq qeyd edilmişdir. Odur ki, göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcədə şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin məcəllənin 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmədə şahid qismində ifadəsi alınmış X12 göstərmişdir ki, o, Ərizəçi ilə həmyerli, eyni zamanda qonşudur. Ərizəçi 1989-cu ildən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayır. Ərizəçinin anası X5 da orada yaşamış və 1997-ci ildə vəfat etmişdir. Odur ki, ərizəçinin soyadı Tağıyev olduğunu bilir və təsdiq edir. Məhkəmədə şahid qismində ifadəsi alınmış X11 göstərmişdir ki, o, Ərizəçi ilə qonşudur, eyni zamanda həmyerlidir və ərizəçini 1988-ci ildən tanıyır. Surxayın soyadı Qarayev deyil, Tağıyevdir. Bundan əlavə ərizəçinin mərhum anasından ona həyətyanı torpaq sahəsi qalmışdır, həmin torpaq sahəsi, Şamaxı rayonu, Şirvan şəhərində yerləşir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Şamaxı Rayon Saqiyan KİN tərəfindən verilmiş AZ-İ № 957247 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1997-ci il tarixdə Şamaxı rayonunda vəfat etmişdir. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 178830 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1962-ci ildə Ermənistan SSR, Krasnoselo şəhərində anadan olmuşdur. X2, anası isə X4r. -Azərbaycan Respublikası Şamaxı Rayonu Günəşli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 11 №-li arayışdan görünür ki, X5 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. X1 miras qalmış Şamaxı rayonunun Şirvan kəndində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi üzrə vergi ödənişləri mərhumun oğlu Ərizəçi tərəfindən ödənilmişdir və həmin daşınmaz əmlak mərhumun oğlu Ərizəçi tərəfindən faktiki qəbul etmiş və hal-hazırda onun tərəfindən təyinatı üzrə istifadə edilməkdədir. -Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 081192 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 21 avqust 1999-cu il tarixli, 10 saylı qərarı ilə Şamaxı rayonu, Şirvan kəndi ərazisində yerləşən təyinatı üzrə fərdi yaşayış evi tikmək üçün Qarayev Surxaya sahəsi 700.04 kv.m olan X9 kitabında 14 iyul 2009-cu il tarixdə 26 nömrə ilə uçota alınmış torpaq sahəsi ayrılmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsindən xx.xx.2024-cü il tarixdə Ərizəçi ünvanlanmış bildirişdən görünür ki, 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23- cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Ərizənizə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mərhum X3 məxsus Şamaxı rayonu, Şirvan kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsinin 0.07 ha hissəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına torpaq sahəsinin planı və ölçüsü sənədi işlənilmişdir. Evin həyətyanı torpaq sahəsi mübahisəli olduğuna görə sizin ərizənizin icrası mümkün olmamışdır. Eyni zamanda nəzərinizə çatdırılır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3.cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -Abşeron RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 0******* Seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxx 1962-ci il tarixdə Ermənistan SSR, Krasnoselo şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə iclasında işin araşdırılan hallarına görə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 081192 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 21 avqust 1999-cu il tarixli, 10 saylı qərarı ilə Şamaxı rayonu, Şirvan kəndi ərazisində yerləşən təyinatı üzrə fərdi yaşayış evi tikmək üçün Qarayev Surxaya sahəsi 700.04 kv.m olan X9 kitabında 14 iyul 2009-cu il tarixdə 26 nömrə ilə uçota alınmış torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 081192 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində hüquqi sahibi “Qarayev Surxay” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi” olduğu müəyyən edilmiş, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Ərizəçi hazırda sənədin ona məxsus olması faktının təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hallardan məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 081192 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində mülkiyyəçi “Qarayev Surxay” kimi göstərilmişdir. Lakin Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İV № 178830 saylı doğum haqqında şəhadətnamədən və Abşeron RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 0******* Seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin soyadı, adı və ata adı Ərizəçi kimi göstərilmişdir. Göründüyü kimi torpaq sahəsinin planı və ölçüsündə Surxay Cahangir oğlunun soyadı Qarayev göstərilsə də şahidlərin ifadəsindən və doğum haqqında şəhadətnamədən, şəxsiyyət vəsiqəsindən məlum olur ki, torpaq sahəsinin planı və ölçüsündə Surxay Cahangir oğlunun soyadı yazılarkən şəxsiyyəti təsdiq edən sənədə əsasən Tağıyev deyil, səhvən Qarayev yazılması öz təsdiqini tapır. Bu isə Qarayev Surxayın Ərizəçi ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 21 avqust 1999-cu il tarixli, 10 saylı qərarı ilə Şamaxı rayonu, Şirvan kəndi ərazisində yerləşən təyinatı üzrə fərdi yaşayış evi tikmək üçün ayrılmış və sahəsi 700.04 kv.m olan, X9 kitabında 14 iyul 2009-cu il tarixdə 26 nömrə ilə uçota alınmış A № 081192 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində hüquq sahibi kimi göstərilən “Qarayev Surxay” ın Abşeron RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı AR vətəndaşının şəxsiyyət vəsiqəsinə uyğun olaraq “Ərizəçi ilə eyni şəxs olduğundan, həmin sənədin Ərizəçi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 21 avqust 1999-cu il tarixli, 10 saylı qərarı ilə Şamaxı rayonu, Şirvan kəndi ərazisində yerləşən təyinatı üzrə fərdi yaşayış evi tikmək üçün ayrılmış və sahəsi 700.04 kv.m olan, X9 kitabında 14 iyul 2009-cu il tarixdə 26 nömrə ilə uçota alınmış A № 081192 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində hüquq sahibi kimi göstərilən “Qarayev Surxay” ın Abşeron RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı AR vətəndaşının şəxsiyyət vəsiqəsinə uyğun olaraq “Ərizəçi ilə eyni şəxs olduğundan, həmin sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4434/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4434/2024
18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver