Məhkəmə qərarları › İş №2(012)-4458/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4458/2025

02.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4458/2025 02.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi X11, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yaşayan Maraqlı şəxs Ərizəçi Qəyyumluq və Himayəçilik Komissiyasına ərizə ilə müraciət edərək bildirmişdir ki, eyni ünvanda yaşayan qohumu xx.xx.1988-ci il təvəllüdlü X6 İ dərəcəli gözdən əlil, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə ümumi xəstəlikdən əziyyət çəkir və kənar şəxslərin qulluğuna ehtiyacı var. Şağan qəsəbəsi, N.Məmmədov küçəsi, ev 7A ünvanda qeydiyyatsız olaraq yaşayır. İllərlə müalicə almasına baxmayaraq, bir nəticəsi olmur. Psixi qüsurunun nəticəsi olaraq xəstə öz hərəkətlərinin mənasını dərk etmir. Daima kənar şəxslərin nəzarətinə ehtiyacı vardır. Əmək qabiliyyətsizdir. Gülsüm Səlimxanovanın gündəlik qulluğunu Maraqlı şəxs icra edir. Xəstə hərəkətsiz və anlaqsız olduğuna görə onun üzərində qəyyum təyin olunmasına ehtiyac duyulur. Bu məqsədlə Maraqlı şəxs Gülsüm Səlimxanovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, lakin onun şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə mücaiət edə biləcək şəxslərin çevrəsinə daxil olmaması səbəbindən ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır. Maraqlı şəxs hazırda öhdəsində olan Gülsüm Səlimxanovanın vəziyyətinin ağır olmasını bildirərək onun üzərində qəyyum təyin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə Ərizəçi Qəyyumluq və Himayəlik Komissiyasının sədri Rəşad Qubatov Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunaraq xx.xx.1988-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X14 ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, Gülsüm Səlimxanova onun yaxın qohumu – xalasının qızıdır. Gülsüm Səlimxanova İ qrup əlilliyi olan şəxs, həmçinin ruhi xəstədir və hazırda onunla birlikdə yaşayır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və bu səbəbdən də təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İİ 254697 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə kəllənin bərk əzilməsi səbəbindən Sumqayıt şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 159 nömrə ilə qeyd edilmişdir. -AZ-İ 636000 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə ürəyin xroniki işemik xəstəliyi səbəbindən Sumqayıt şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1190 nömrəsi ilə qeyd edilmişdir. -Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 55/446 saylı həkimpsixiatr komissiyasının rəyindən görünür ki, X4 “qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə ağır dərəcəli əqli gerilik” diaqnozu qoyulmuşdur. -AR Səhiyyə Nazirliyi ambulator kitabçadan 124603 saylı çıxarışdan görünür ki, X4 “F72.1 - qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə ağır dərəcəli əqli gerilik” diaqnozu qoyulmuşdur. -Azərbaycan Respunlikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X6 müddətsiz əlildir, OU - Horizontal nistaqm. Tor qişanın total qopması. Fəsadlı katarakta. OD – Xarici çəplik diaqnozu ilə İ dərəcə əlillik statusunu daşıyır. Orqanizmin funksiyalarının pozulması 90 % təşkil edir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2025-ci il tarixli, 3235 saylı rəyindən görünür ki, X3 “Ağır dərəcəli əqli gerilik” müəyyən edilmişdir. X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 onda müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. -Abşeron RPŞ QvŞV bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olan X1 rayonu, Xırdalan şəhəri, İlham Cəfərov küçəsi, ev 57A ünvanda qeydiyyatdadır. Məhkəmədə müəyyən edilmişdir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olan X6 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar