Məhkəmə qərarları › İş №2(012)-4470/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4470/2024

30.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4470/2024 30.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına (abonent kodu **********01930) müdaxilə edilməsi əsası ilə ona əsassız hesablanmış 881 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə yaşayır və həmin ev hazırda mülkiyyətindədir. Binəqədi Rayon Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən 11 noyabr 2022-ci il tarixdə mexaniki sayğac quraşdırılmış və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Aktda əsasən qaz xəttində sayğacda olan qaynaqlı və yivlı birləşmələr təyziq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızmanın aşkar olmaması qeyd olunmuşdur və quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verməsi qeyd edilmişdir.Lakin buna baxmayaraq Binəqədi rayon Qaz İstismar əməkədaşları tərəfindən 31 mart 2023-cü il tarixində ******* nömrəli akt tərtib edilmiş və və aktda əsasən sayğaca baxış keçililməsi, yivli birləşmələrin korroziyaya uğraması, sayğacda istismar müddətində Alarm- 1 rejimi aşkar olunmaması və sayğacın istismara yararsız olmasına görə 1555 manat borc yaranmışdır. Abonent saldosunda hər ay üçün qazdan istifadə limitini və sərfiyyat qeyd olunur. Ödəniş etdikdə ona qarşı tərtib edilmiş qanunsuz borcdan qazdan istifadə etmədən bütün məbləğ tutulmuşdur. Akt əsassız və qanunsuzdur. Elektron qaz sayğacı çöldə yerləşir və akt tərtib olunan zaman o və ailə üzvləri iştirak etməmişdir Quraşdırılan sayğac 4 aydan tez bir müddətdə xarab olub işləməməsi olduqca məntiqsizdir. Borc barədə Cavabdeh əməkdaşları ona məlumat verilməmiş və ASAN Xidmət mərkəzinə gedərək oradan Abonent Saldosunu çıxartmışdır. Abonent Saldosuna əsasən 2023-cü ilin mart ayından bugünə ümumilikdə 674 manat il ərzində ödəniş olunub və hazırda 881 manat borc qalmaqdadır.Bu barədə məlumat verdikdə tərtib olunuş qanunsuz borcun ödənilməsini dəfələrlə ona xəbərdarlıq etmişlər. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli ******* nömrəli təbbi qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus, G4 markalı, 1802AZ**********38 nömrəli qaz sayğacı, Alarm-1 rejimi aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu **********01930) ümumilikdə 881,20 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçı dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus abonentin saldosuna əsasən, İddiaçı (abonent kodu **********01930) ümumilikdə 881,20 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə cavabdeh şirkətin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDKnın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacın yararsız vəziyyətə salınmasına görə iddiaçı heç bir məsuliyyət daşımağından 881 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu **********01930 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına dair əsassız hesablanmış 881 manat məbləğində borcu silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar