Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4473/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi vətəndaşlıq vəziyyəti aktında düzəliş edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi vətəndaşlıq vəziyyəti aktında düzəliş edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonunun Digah qəsəbə X15 İcraiyyə Komitəsi tərəfindən qeydə alınmış 05.03.1990-cı il tarixli 08 saylı akt qeydində düzəliş edilərək atası X2 adının “Fizuli” kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 05.03.1990-cı il tarixdə Abşeron rayonunun Digah qəsəbə X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş Xİİİ-ЖГ № 402669 saylı doğum haqqında şəhadətnaməyə əsasən onun xx.xx.1990-cİ il tarixdə anadan olması təsdiq olunur. Lakin həmin doğum haqqında şəhadətnamədə onun atasının adı “Fuzuli”, ona məxsus AA******* saylı şəxsiyyət vəsiqəsində isə atasının adı “Fizuli” kimi qeyd edilmişdir. Halbuki atasına məxsus şəxsiyyət vəsiqəsində və mərhum atasının adına verilmiş ölüm haqqında şəhadətnamədə atasının adı “Fizuli” kimi qeyd edilmişdir. Atası 25.09.2020-ci il tarixdə vəfat etmişdir. Mərhum atasının mülkiyyətində torpaq sahəsi olmuşdur ki, həmin torpaq sahəsini də vərəsə kimi o, mülkiyyətinə keçirmək niyyətindədir. Lakin ona məxsus doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində atasının adı müxtəlif yazıldığından bu hüququnu həyata keçirə bilmir. Belə ki, o, 05.03.1990-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədə dəyişiklik edilərək atasının adının “Fizuli” kimi yazılması xahişi ilə maraqlı tərəf olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin qeydiyyat şöbəsi özünün 27 may 2021-ci il tarixli məktubu ilə ona imtina cavabı verilərək məhkəməyə müraciət etməsi tövsiyə etmişdir. Buna görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də göstərilənlərə əsasən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Mülki iş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5 maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 76.1 və 76.2. maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 62.1. maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, Ərizəçi anasıdır. Ərizəçinin atasının, yəni onun mərhum həyat yoldaşının adı X3r. Mərhum şəxsə məxsus olan sənədlərdə də onun adı “Fizuli” olaraq qeyd olunmuşdur. Lakin qızının doğum haqqında şəhadətnaməsində yanlışlığa yol verilərək ata adı “Fuzuli” kimi, şəxsiyyət vəsiqəsində isə “Füzuli” olaraq qeyd olunmuşdur. Bu səbəbdən də sənədlərdə ata adının düzgün qeyd olunmaması və bu ziddiyyətlərin yaranması qızının müəyyən sənədlər almasında problemlər yaradır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur və ərizəçi, həmçinin onun ailə üzvləri ilə mehriban qonşuluq münasibətləri vardır. Belə ki, ona məlumdur ki, ərizəçinin atasının adı “Fizuli” olduğu halda ərizəçinin sənədlərində ata adının yanlış qeyd edilməsi müəyyən problemlərin yaranmasına səbəb olmuşdur. O ərizəçinin atasının adını Fizuli kimi çağırıldığını görmüşdür və özü də ərzəçinin atasının adının Füzuli deyi Fizuli kimi bilir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 22.06.2021-ci il tarixli 05/Q-839/15 saylı məktubda göstərilmişdir ki, Abşeron rayon Digah qəsəbə icra nümayəndəliyində 03.11.1988-ci ildə tərtib edilmiş 63 saylı doğum haqqında akt qeydində atanın adı “Füzuli” qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi Ərizəçi tövsiyə etmişdir. -Abşeron rayonunun Digah qəsəbə X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 29.10.1987-ci il tarixli İV-ЖГ № 118003 saylı evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X14 29.10.1987-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. -Abşeron rayonunun Digah qəsəbə X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 05.03.1990-cı il tarixli Xİİİ-ЖГ № 402669 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Füzuli qızı xx.xx.1990-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 08 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X5, anası X9r. -Abşeron rayonunun Digah qəsəbə İcra Nümayəndəliyi tərəfindən tərəfindən verilmiş 24.12.1993-cü il tarixli XVİİ-ЖГ № 429467 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10.12.1993-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 47 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X4, anası X9r, şəhadətnamədə “Həsənova” soyadına düzəliş edilərək “Məmmədova” soyadı qeyd edilmiş və həmin düzəliş imza ilə təsdiq edilmişdir. - Maraqlı şəxs tərəfindən verilmiş 16.10.2020-ci il tarixli AZ-İİ № 108631 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 14.10.2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1032 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 08.10.2004-cü il tarixli AZE № 02533567 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Digah qəsəbəsi H.Z.Tağıyev küçəsi 15 saylı evdə qeydiyyatda olmuşdur. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 10.12.1993-cü il təvəllüdlü X10 Azərbaycan Respublikasının vətəndaşıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 05.07.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır və Abşeron rayonu, Digah qəsəbə ərazi dairəsi, Digah qəsəbəsi H.Z.Tağıyev küçəsi 15 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin: 305.1-ci və 305.1.7 maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında baxdığı işlərdən biri də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqındadır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlandırılacaq): 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, xx.xx.1990-cı il tarixdə Abşeron rayonunun Digah qəsəbəsində anadan olmuş və 05.03.1990-cı il tarixdə Abşeron rayonunun Digah qəsəbə X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş Xİİİ-ЖГ seriyalı № 402669 saylı doğum haqqında şəhadətnaməyə əsasən barəsində doğum haqqında akt qeydləri kitabında 08 nömrəli akt qeydi tərtib olunmuş Ərizəçi məxsus olan sənəddə ata adı “X5” olaraq, AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən isə ərizəçinin ata adı “Fizuli” olaraq qeyd edilmişdir. Mövcud ziddiyyətin aradan qaldırılması məqsədilə ərizə ilə Maraqlı şəxsnə müraciət edən ərizəçiyə aidiyyəti şəxslər arasında mübahisənin olması səbəbindən qeydiyyatda düzəlişin məhkəmənin qətnaməsi əsasında aparılması bildirilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuş, hazırda Ərizəçi vətəndaşlıq vəziyyəti aktında düzəliş edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonunun Digah qəsəbə X15 İcraiyyə Komitəsi tərəfindən qeydə alınmış 05.03.1990-cı il tarixli 08 saylı akt qeydində düzəliş edilərək atası X2 adının “Fizuli” kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini, eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin ərizəsində qeyd etdiyi nüanslar, şahid ifadələri və məhkəməyə təqdim olunmuş sənədlər bir-birini tamamlayır və bütün hüquqmüəyyənedici sənədlərdə, yəni 29.10.1987-ci il tarixli İV-ЖГ № 118003 saylı evlənmə haqqında şəhadətnamədə, 24.12.1993-cü il tarixli XVİİ-ЖГ № 429467 saylı doğum haqqında şəhadətnamədə, 16.10.2020-ci il tarixli AZ-İİ № 108631 saylı ölüm haqqında şəhadətnamədə, 08.10.2004-cü il tarixli AZE № 02533567 saylı şəxsiyyət vəsiqəsində, AA ******* saylı, AA ******* saylı şəxsiyyət vəsiqələrində ata adı “Fizuli” olaraq qeyd edildiyi halda, ərizəçiyə məxsus, Abşeron rayonunun Digah qəsəbə X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 05.03.1990-cı il tarixli Xİİİ-ЖГ № 402669 saylı doğum haqqında şəhadətnamədə ata adı “Füzuli” olaraq qeyd edilmişdir. Göründüyü kimi, doğum haqqında akt qeydində ərizəçinin atasının adı düzgün qeyd edilməyərək akt qeydində yanlışlığa yol verilmiş və bu fakt eyni zamanda şahid ifadələri ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Məhkəmə qanunvericiliyin tələblərini və iş materiallarında olan sənədləri qiymətləndirərək belə qənaətə gəlir ki, Ərizəçi atası X2 şəxsiyyətini təsdiq edən AZE seriyalı 02533567 saylı şəxsiyyət vəsiqəsinə əsasən ərizəçinin atasının adının “Fizuli” olması, həmçinin ərizəçinin şəxsiyyət vəsiqəsində də ata adının “Fizuli” olaraq qeyd edilməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə ərizəçinin ərizəsini əsaslı hesab edir və Abşeron rayonunun Digah qəsəbə X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 05.03.1990-cı il tarixli Xİİİ-ЖГ seriyalı № 402669 saylı doğum haqqında şəhadətnamədə düzəliş edilərək ata adının “Fizuli” olaraq yazılması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin:
76. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.11. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu Digah qəsəbəsi X15 İcraiyyə Komitəsi tərəfindən 05.03.1990-cı il tarixdə verilmiş Xİİİ-ЖГ seriyalı № 402669 saylı, 08 nömrəli doğum akt qeydli şəhadətnamədə ata adı qrafasında qeyd olunmuş “Füzuli” adı “Fizuli” adı kimi yazılması müəyyən edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov