Məhkəmə qərarları › İş №2(012)-4519/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4519/2021

05.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4519/2021 05.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, JN-1099A nömrəli, kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1i ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə dair JN-1099A nömrəli, kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsinə müraciət etmiş, sözügedən qurumun 16.03.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin ad, soyad və ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi “Ərizəçi1 Mirzəağa oğlu”, “Ərizəçi2 Ramil qızı” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi1”, “Ərizəçi2” kimi qeyd edildiyi aşkar edilmişdir. Bu səbəbdən də, JN-1099A nömrəli, Kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının məhkəmə qaydası ilə müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi2 digər Ərizəçi1 ərizəsini müdafiə edərək onun izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5 maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 76.1 və 76.2. maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 62.1. maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 05.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, ərizəçi X3 bacısıdır. Digər Ərizəçi2 isə qardaşının gəlinidir. 16.01.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-1099A saylı 30800118 kod nömrəli şəhadətnaməyə əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0.08 ha sahəsi olan fərdi yaşayış evi ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Lakin sənədə əsasən qardaşının və qardaşının gəlininin ata adları yanlış olaraq qeyd edilmişdir. Belə ki, X3 atasının adı “Mirzağa” olduğu halda sənəddə “Mirzəağa” kimi qeyd edilmişdir. Çünki ona məxsus şəxsiyyət vəsiqəsində də atasının adı “Mirzağa” kimi qeyd edilmişdir. Həmçinin, Ərizəçi2 atasının adı “Kamil” olduğu halda sənəddə “Ramil” kimi qeyd edilmişdir. 05.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş İmaməliyeva Sevinc Əlikövsər qızı ifadəsində bildirmişdir ki, o, ərizəçi X3 qızıdır. Digər Ərizəçi2 isə qardaşının yoldaşıdır. Onlar bir evdə ailə kimi yaşayırlar. 16.01.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-1099A saylı 30800118 kod nömrəli şəhadətnaməyə əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0.08 ha sahəsi olan fərdi yaşayış evi ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Lakin sənədə əsasən atasının və gəlinlərinin ata adları yanlış olaraq qeyd edilmişdir. Belə ki, X3 atasının adı “Mirzağa” olduğu halda babasının adı sənəddə “Mirzəağa” kimi qeyd edilmişdir. Həmçinin, Ərizəçi2 atasının adı “Kamil” olduğu halda sənəddə “Ramil” kimi qeyd edilmişdir. Məhkəmə ərizəçilərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -27.04.1951-ci il tarixli ИE № 551479 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1951-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 29 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. -Abşeron rayonu Novxanı kənd Sovetliyi tərəfindən verilmiş 18.05.1973-cü il tarixli İİ- ЖГ № 299855 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.1973-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 20 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X18, anası X2r. -16.01.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-1099A saylı 30800118 kod nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu Novxanı kəndində yerləşən 0.08 ha sahəsi olan fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Abşeron rayon Novxanı kənd sakini Ərizəçi1 Mirzəağa oğlunun, X6, X5, Ərizəçi2 Ramil qızının, X8, İmaməliyeva Sevinc Əlikövsər qızının mülkiyyətinə verilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının Novxanı kəndi İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11.12.2020-ci il tarixli 1268 saylı arayışından görünür ki, JN-1099A kod 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 Mirzəağa oğlu yazılmış, əslində Ərizəçi1 olmalıdır. Düzəliş AZE № 0******* şəxsiyyət vəsiqəsinə əsasən yazılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X15 ünvanlanmış 16.03.2021-ci il tarixli **********11 saylı bildirişdən görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən Ərizəçi1 və başqalarına məxsus 0.08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 11 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş JN-1099A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, şəhadətnamədə hüquq sahibi ardıcıl olaraq “Ərizəçi1 Mirzəağa oğlu”, “Ərizəçi2 Ramil qızı” göstərilsə də, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1”, “Ərizəçi2” kimi qeyd edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının Novxanı kəndi İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23.09.2021-ci il tarixli 884 saylı arayışından görünür ki, Ərizəçi1 ünvan 1i Ə.Abuzərov küçəsi 83 saylı evdə yaşayır. -Abşeron RPŞ tərəfindən 24.05.2005-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş görünür ki, Ərizəçi1 ünvan 1ində qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən 05.05.2010-cu il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 ünvan 1ində qeydiyyatdadır. Məhkəmə, ərizəçilərin izahatını, şahid ifadələrini, eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçilərin göstərdikləri və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, 16.01.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-1099A saylı 30800118 kod nömrəli şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli qərarı ilə 0.08 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağının verildiyi mülkiyyətçilər qismində Abşeron rayon Novxanı kənd sakinləri “Ərizəçi1 Mirzəağa oğlu” və “Ərizəçi2 Ramil qızı” qeyd edildiyi halda həmin şəxslərin adları 24.05.2005-ci il tarixli AZE 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi1”, 05.05.2010-cu il tarixli AZE 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi2” kimi qeyd edilmişdir. Bu isə, “Ərizəçi1 Mirzəağa oğlu”nun “Ərizəçi1” və “Ərizəçi2 Ramil qızı”nın “Ərizəçi2” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda şahid ifadəsi ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1099A saylı 30800118 kod nömrəli 16.01.2006-cı il tarixli şəhadətnamədə göstərilən “Ərizəçi1 Mirzəağa oğlu”nun “Ərizəçi1” və “Ərizəçi2 Ramil qızı”nın “Ərizəçi2” ilə eyni şəxslər olması öz təsdiqini tapdığından, Torpağın mülkiyyətə verilməsinə dair JN-1099A saylı 30800118 kod nömrəli 16.01.2006-cı il tarixli şəhadətnamənin 24.05.2005-ci il tarixli AZE 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi1”na, 05.05.2010cu il tarixli AZE 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin:

76. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.11. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.

308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1099A saylı 30800118 kod nömrəli 16.01.2006-cı il tarixli şəhadətnamənin 24.05.2005-ci il tarixli AZE 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi1”na, 05.05.2010-cu il tarixli AZE 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar