Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-454/2021 17.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X6, Cavabdeh vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 məhrum atası X7 (çıxarış əsasında) miras qalmış əmlak payının yeddi paya bölünməsinə və bacılarına məxsus 3 payı nəzərə almaqla məcburi pay üzrə vərəsəlik hüquqularının 4 payının ona aid tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Belə ki, onlar 4 bacı, 3 qardaş olmuşlar. Atası 2012-ci il tarixdə rəhmətə getmişdir. O və bacısı X18 atası rəhmətə gedənədək mübahisə predmeti olan evdə yaşamışlar. Atası rəhmətə getdikdən sonra qardaşı Cavabdeh ailəsi ilə birlikdə evə köçərək yaşamağa başlamışdır. O və bacıları atasının və anasının yas mərasimlərində də iştirak etmişlər. Qardaşı evə köçdükdən bir neçə il sonra evi öz adına keçirmək üçün cəhdlər etməyə başladı. Belə ki, 2017-ci il tarixdə Cavabdeh 2 dəfə onu aldadaraq notariusa aparmış və evi öz adına keçirməyə çalışmışdır. Cavabdeh atasına məxsus evdə ailəsi ilə birlikdə yaşayır və nə onu, nədəki bacılarını ata evinə getməyə qoymur. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X14 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçının atası X8 adına mülkiyyət hüququna dair ******* RX seriyalı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarış mövcuddur. Həmin çıxarışa əsasən iddiaçı daxil olmaqla beş nəfər ailə üzvləri qeyd edilən yaşayış evində qeydiyyatda olmaqla mülkiyyət hüququna sahibliyi öz təsdiqini tapmışdır, ancaq X19 vəfat etdiyindən sonra yəni, 19.08.2012-ci il tarixdə Cavabdeh müxtəlif yollarla qeyd edilən əmlaka sahib olmağa çalışaraq, həmin ünvanda öz ailəsi ilə yaşayaraq, iddiaçını vərəsəlik hüququndan məhrum edərək, Notariat Kontoruna saxta ərizə verməklə iddiaçının konstitusion dövlət tərəfindən qorunan hüquqlarını pozur. Onu da əlavə etmək istəyir ki, iddiaçı 4 bacı, 3 qardaşdır, hər biri ailəlidir və öz təsərrüfatları məşğul olaraq, ayrı-ayrılıqda yaşayaraq, 3 bacı onlara düşən miras payından iddiaçının xeyrinə imtina edirlər. Onlara məxsus payın iddiaçının adına keçirilməsi labüddür. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi X9 məhkəmədə izahatında bildirdi ki, cavabdeh iddianı qəbul etmir. Belə ki, mübahisəli ev 18.08.2012-ci il tarixdə ******* saylı çıxarışı ilə paylı mülkiyyət şəklində iddiaçının X28, anası Əliyeva Səyyarə, cavabdehin həyat yoldaşı Qəhrəmanova Tahirə və cavabdehin qızı Əliyeva Xədicə arasında paylı mülkiyyətdir. Əliyev Arif 20.08.2012-ci il tarixdə, Əliyeva Səyyarə isə 23.01.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı cavabdehdən atasına məxsus əmlakdan məcburi istəyir, AR MM-nin 1246-cı maddəsində də nəzərdə tutulmuşdur ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Belə ki, məhkəmə iclasında iddiaçı özü də atasının və anasının öldüyü gün yas mərasimində iştirak etdiyini bildirmişdir. Yəni mirasın qəbul etmə müddətini üzrsüz səbəbi ötürmüşdür. İddiaçının atası və anası vəfat etdikləri günə qədər cavabdehin yanında yaşamış və onların dəfn xərclərini çəkmişdir. Hal-hazırda iddianın qaldırma səbəbi isə iddiaçının Cavabdeh və cavabdehin ailəsi ilə olan ədavətdən irəli gəlir. Həmçinin iddiaçı yalnız özü ilə əlaqədar pay hüququnu tələb edə bilər, bacılarına aid pay tələb etmə isə yalnız bacıların özünə məxsusdur. Əliyev Arif və Əliyeva Səyyarədən sonra vərəsə əmlakını faktiki olaraq cavabdeh qəbul etmişdir. Belə ki, iddiaçı ailə qurduqdan sonra köçüb getmiş, ata-anadan qalan miras əmlakını cavabdeh sahib çıxıb, idarə edərək, qulluq etmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X12 ifadəsində bildirdi ki, iddiaçı doğma bacısıdır. X28 2012-ci ildə rəhmətə getmişdir, lakin atası rəhmətə getməzdən əvvəl mübahisə predmeti olan evdə atası ilə anası birlikdə yaşayırdı. Atasının ölümündən sonra qardaşı Cavabdeh ailəsi ilə birlikdə ata evlərinə köçərək yaşamağa başladılar. Hal-hazırda Şahinlə aralarında mübahisə vardır və uzun müddətdir ki, görüşmürlər. Onda olan məlumata görə miras indiyədək bölünməmişdir və öz payını bacısı İddiaçı vermək istəyir. Məhkəməyə şahid qismində cəlb edilmiş X15 ifadəsində bildirdi ki, atası 2012-ci ildə rəhmətə getdikdən sonra Cavabdeh ata evlərinə köçərək yaşamağa başlamışdır. O isə uzun müddətdir ki, ailə quraraq ata evindən köçmüşdür. Atasının rəhmətə getməsindən qısa müddət sonra avto-qəza keçirdiyinə görə başısı qarışıq olmuşdur və bu səbəbdən də vərəsəliyi qəbul etməmişdir. 2 ildir ki, qardaşı Şahinlə aralarında heç bir münasibət yoxdur və o öz payına düşən payı bacısı İddiaçı vermək istəyir. Məhkəməyə şahid qismində cəlb edilmiş X3 ifadəsində bildirdi ki, cavabdeh onun həyat yoldaşıdır və Cavabdehlə 1996-cı il tarixdə ailə həyatı qurmuşlar. O cavabdehlə evləndiyi vaxtdan indiyədək fasiləsiz olaraq ünvan 1 ünvanında yaşayır. O, mübahisə predmeti olan evə köçəndə qaynatası, qaynanası və kiçik baldızı orada yaşayırdılar. Digər baldızları isə ailə həyatı qurmuşdular. Hazırkı ev 8 sotun torpağın içində yerləşir və orada Cavabdeh və o ailəsiylə birlikdə yaşayırlar. Qaynatası və qaynanası həyatta olduqları dövrdə cavabdeh onlara baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs Abşeron rayonu 1 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş seriya RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ümumi sahəsi 0.0899 ha olan ünvan 1 paylı mülkiyyət hüququ üzrə X19, Cavabdeh, İddiaçı, X3, X10 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 18.08.2012-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Abşeron rayonu Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş AZ-İ 558802 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X19 20 avqust 2012-ci ildə Abşeron rayonu, Məmmədli kəndində insult keçirməsi nəticəsində vəfat etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, mübahisə predmeti olan Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsində yerləşən 5 saylı ev 18.08.2012-ci il tarixdə ******* saylı çıxarış əsasında paylı mülkiyyət şəklində iddiaçının atası X19, anası X5,iddiaçının qardaşı,hazırki Cavabdeh, cavabdehin həyat yoldaşı X1, cavabdehin qızı X13 və İddiaçı məxsus olmuş, Əliyev Arif 20.08.2012-ci il tarixdə, Əliyeva Səyyarə isə 23.01.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı cavabdehdən atasına məxsus əmlakdan bacılarına məxsus 3 pay nəzərə alılnmaqla məcburi pay üzrə vərəsəlik hüquqlarının 4 payının ona verilməsini xahiş edir. AR MM-nin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə atasından qalan miras payı qəbul etmədiyindən məhkəmə iddianın təmin olunmasını qeyri-mümkün hesab edir. Bundan başqa iddiaçı bacılarına məxsus pay hüquqlarının da ona verilməsini xahiş etmiş,lakin iddiaçı belə bir subyektiv hüquqa malik olmasının hüquqi əsaslarını əsaslandıra bilmədiyindən məhkəmə hesab edir ki, belə tələb hüququ subyektiv cəhətdən yalnız iddiaçının bacılarına məxsus olduğundan iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı ünvan 1 məhrum atası X7 (çıxarış əsasında) miras qalmış əmlak payının yeddi paya bölünməsinə və bacılarına məxsus 3 payı nəzərə almaqla məcburi pay üzrə vərəsəlik hüquqularının 4 payının ona aid tanınmasına dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-454/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-454/2021
17.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver