Məhkəmə qərarları › İş №2(012)-4579/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4579/2025

27.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4579/2025 27.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********10000 olan sayğaca qanunsuz olaraq hesablanmış 3123,70 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********10000 olan sayğaca qanunsuz olaraq hesablanmış 4583,50 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********10000 olan qaz sayğacı onun mərhum atası X1 adına qeydiyyata alınmışdır. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent kodu **********10000 olan sayğaca xx.xx.2018-ci il tarixdə ******* nömrəli akt, xx.xx.2019-cu il tarixdə ******* nömrəli akt, xx.xx.2020-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş və ümumilikdə, 3123,70 məbləğində dəymiş ziyana görə cərimə hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə fərdi evdə qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar olunması qeyd edilmişdir. Bildirir ki, akta əlavə edilmiş və Cavabdeh əməkdaşları tərəfindən fotodakı sayğacın yerləşdiyi hasar onun fərdi yaşayış evinə aid deyildir. Həmin evin kimə məxsus olması ona məlum deyildir. Cavabdeh əməkdaşları səhvən başqa sayğaca yazılası cəriməni ona yazmışdırlar. Sözügedən akt qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, sözügedən aktdan ödəniş ilə bağlı bildiriş gələrkən onun xəbəri olmuşdur. Cavabdeh yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. O, Cavabdehnə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı şifahi olaraq müraciət etsə də idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bütün bu qeyd etdiklərinə əsasən o, məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin məhkəmə gedişatı zamanı iddia ərizəsində göstərilmiş aktlardan başqa əlavə cərimə aktlarının da mövcud olduğu müəyyən olmuşdur. Onlar iki qardaşdırlar və bir evdə yaşayırlar. Sözügedən ev tikilməmişdən əvvəl həyətə iki sayğac quraşdırılmışdır və həmin sayğaclardan yalnız biri istifadə edilir, digər sayğac isə işlədilməmişdir. Evə quraşdırılmış sayğaclardan biri onun atasının, digəri isə qardaşının adınadır. O, hazırkı iş üzrə sözügedən sayğacdan deyil, evə quraşdırılmış digər sayğacdan istifadə etmişdir. Ancaq onun tərəfindən istifadə edilməyən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən borc yazılmışdır. Bildirir ki, sayğaca borca görə plomb vurulmuşdur. Cavabdeh əməkdaşları səhvən başqa sayğaca yazılmalı olan cəriməni ona yazmışdır. Əlavə olaraq bildirir ki, sözügedən evin çıxarışı yoxdur. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazında və məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onlar iddia tələbini qəbul etmirlər. Belə ki, müxtəlif illərdə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən yerləşən fərdi yaşayış evinin qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi faktları aşkarlanmışdır. Qaz xəttinə qanunsuz qoşulma faktları barədə Sumqayıt RQİİ-nin mütəxəssisləri tərəfindən xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən iddiaçıya 4317 m3 təbii qaz sərfi — 863,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən — 1008 m3 qaz sərfi — 201,60 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akta əsasən — 3996 m3 qaz sərfi — 399,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən — 1944 m3 qaz sərfi — 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 2952 m3 — 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 2952 m3 — 295,20 manat və xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat olmaqla, ümumilikdə, 2544,60 manat dəymiş ziyan məbləği hesablanmış və iddiaçının abonent hesabına daxil edilmişdir. Aktlara görə hesablanmış 2544,60 manat məbləğində borcdan başqa qalan borc məbləği keçmişdən qalan debitor borcdur. Bildirir ki, iddiaçının qeyd etdiyi sayğacın olduğu ünvana yerli baxış keçirilmiş və bir həyətdə iki ev olduğu müəyyən edilmişdir. Hər evin ayrıca abonent kodu və sayğacı vardır. İddiaçının atası mərhum Şakir Məlikovun 2011-ci ildən orada mexaniki sayğacı olmuş və onun 2011-2013-cü illərə kimi 234,20 manat borcu olmuşdur. Daha sonra 10 dekabr 2013-cü ildə həmin ünvana Smart tipli sayğac quraşdırılmışdır. Qarşı tərəfin 2013-2018-ci illər üzrə sayğaca görə 281,20 manat borcu vardır. 01 mart 2018-ci ildə sayğac dəyişilmiş və İtron markalı sayğac quraşdırılmışdır. Əlavə olaraq bildirir ki, iddiaçının təbii qaz sərfiyyatına görə ümumilikdə, 515,40 manat məbləğində borcu vardır. 2018-ci ilin fevral ayında iddiaçının təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi aşkar olunmuşdur. İddiaçının abonə koduna 2018-ci il üzrə 1065 manat, 2019-cu il üzrə 594 manat, 2020-ci il üzrə isə 885,60 manat cərimə yazılmışdır. Qeyd edir ki, sonuncu sayğac 2020-ci ilin aprel ayında dəyişdirilmişdir. X4 adına olan sayğaca görə ümumilikdə, 3062,20 manat borc vardır. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, X2 məxsus olmuş Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış (abonent kodu: **********10000) sayğaca baxış keçirilən zaman sayğacdan kənar qaz xəttinin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, X2 məxsus olmuş Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış (abonent kodu: **********10000) sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar xətt ilə qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 noyabr 2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, X2 məxsus olmuş Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış (abonent kodu: **********10000) sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar və qeyri-qanuni olaraq istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, X2 məxsus olmuş Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış (abonent kodu: **********10000) sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar və qeyri-qanuni olaraq istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 yanvar 2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, X2 məxsus olmuş Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış (abonent kodu: **********10000) sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar və qeyri-qanuni olaraq istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 fevral 2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, X2 məxsus olmuş Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış (abonent kodu: **********10000) sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar və qeyri-qanuni olaraq istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 mart 2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, X2 məxsus olmuş Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış (abonent kodu: **********10000) sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 302559 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 10 iyul 2025-ci il tarixli abonentin saldosundan görünür ki, X2 məxsus olmuş Abşeron rayonu, Hökməli kəndində yerləşən evə (abonent kodu: **********10000) xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə 863,40 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə 201,60 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə 399,60 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə 194,40 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə 295,20 manat olmaqla qeyd edilən aktlara görə cəmi 2544,6 manat məbləğində borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, İddiaçı iddia tələbində Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********10000 olan sayğaca qanunsuz olaraq hesablanmış 4583,50 manat məbləğində cərimə borcunun silinməsini xahiş etmiş, lakin iş materiallarında olan 10 iyul 2025-ci il tarixli abonentin saldosundan göründüyü kimi sözügedən evə, ümumilikdə, 3129,95 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı mərhum atası X2 məxsus olmuş Abşeron rayonu, Hökməli kəndində yerləşən evdə abonent kodu **********10000 olan sayğac üzrə Cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 92 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 863,40 manat məbləğində; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 201,60 manat məbləğində; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında xx.xx.2019-cu il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 399,60 manat məbləğində; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında xx.xx.2019-cu il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 194,40 manat məbləğində; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2020-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 295,20 manat məbləğində; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 295,20 manat məbləğində; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2020-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 295,20 manat məbləğində olmaqla, ümumilikdə 2544,6 manat cərimə hesablanmışdır. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* saylı; xx.xx.2018-ci il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* saylı aktlar Cavabdeh əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktlar tərtib edildiyi zaman X1 iştirakı təmin edilməmiş, akta əlavə edilmiş və Cavabdeh əməkdaşları tərəfindən fotodakı sayğacın yerləşdiyi hasarın istehlakçıya aid olması barədə biri digərini tamamlayan mötəbər sübutlar müəyyən edilməmişdir. Qeyd edilən xüsusatlar Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğac ilə bağlı tərtib edilmiş sözügedən aktların mötəbərliyini şübhə altına aldığından, cavabdeh təşkilatın nümayəndəsi isə iddia tələbinə etirazında və məhkəmə iclasında həmin aktların mötəbərliyinə dair şübhələri aradan qaldıran halları kifayət qədər əsaslandırmamış və məhkəməyə etirazında qeyd edilənlərin həqiqi olmasını təsdiq edən hər hansı mötəbər sübutu təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qeyd etdiyi ünvanda yerləşən evə quraşdırılmış digər sayğaca onunla bağlı tərtib edilmiş aktlar əsasında hesablanmış cərimə borcunun silinməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinin 2(012)-4580/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mövcuddur və bu hal iddiaçının mübahisələndirdiyi aktların mötəbər olmadığını bir daha sübut edir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğac üzrə hazırda təbii qazdan istifadəyə görə yaranmış borc 515,4 manat təşkil edir. Beləliklə, cavabdeh təşkilatın nümayəndəsi xx.xx.2018-ci il tarixli, ******* saylı; xx.xx.2018-ci il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* saylı aktların mötəbərliliyini kifayət qədər əsaslandıra bilmədiyindən, həmçinin iddiaçının mərhum atasına məxsus olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış ümumi borc məbləğini və həmin evdə təbii qazdan istifadəyə görə yaranmış borcun 515,4 manat təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********10000) quraşdırılmış qaz sayğacına görə hesablanmış 3129,95 manat borcdan 515,4 manat saxlanılmaqla, qalan 2614,55 manat borc silinməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 44,96 (qırx dörd manat, doxsan altı qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********10000) quraşdırılmış qaz sayğacına görə hesablanmış 3129,95 manat borcdan 515,4 manat saxlanılmaqla, qalan 2614,55 manat cərimə silinsin. Cavabdehndən 46,14 (qırx altı manat, on dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar