Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-458/2021 13.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən tərtib olunmuş 10 aprel 2017-ci il tarixli ******* saylı, 27 oktyabr 2017-ci il tarixli ******* saylı, 04 dekabr 2017-ci il tarixli ******* saylı, 24 yanvar 2018-ci il tarixli ******* saylı, 28 fevral 2018-ci il tarixli ******* saylı, 03 iyun 2019-cu il tarixli ******* saylı, 31 iyul 2019-cu il tarixli ******* saylı, 30 avqust 2019-cu il tarixli ******* saylı, 30 sentyabr 2019-cu il tarixli ******* saylı, 30 oktyabr 2019-cu il tarixli ******* saylı, 29 noyabr 2019-cu il tarixli ******* nömrəli, 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı, 30 mart 2020-ci il tarixli ******* saylı və 21 aprel 2020-ci il tarixli ******* saylı aktların etibarsız hesab edilməsi və həmin aktlar əsasında əsassız yazılmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinə əlavə və dəyişiklik edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən 10.04.2017-ci il tarixli ******* nömrəli aktla 540 manat, 20.10.2017ci il tarixli ******* nömrəli aktla 115.20 manat, 04.12.2017-ci il tarixli ******* nömrəli aktla 207.20 manat, 24.01.2018-ci il tarixli ******* nömrəli aktla 790.40 manat, 27.02.2018-ci il tarixli ******* nömrəli aktla 201.60 manat, 03.06.2019-cu il tarixli ******* nömrəli aktla 165.60 manat, 31.07.2019-cu il tarixli ******* nömrəli aktla 32.40 manat, 30.08.2019-cu il tarixli ******* nömrəli aktla 32.40 manat, 30.09.2019-cu il tarixli ******* nömrəli aktla 32.40 manat, 30.10.2019-cu il tarixli ******* nömrəli aktla 32.40 manat, 29.11.2019-cu il tarixli ******* nömrəli aktla 133.20 manat, 30.12.2019-cu il tarixli ******* nömrəli aktla 295.20 manat, 30.01.2020-ci il tarixli ******* nömrəli aktla 295.20 manat, 13.02.2020-ci il tarixli ******* nömrəli aktla 295.20 manat, 30.03.2020-ci il tarixli ******* nömrəli aktla 295.20 manat, 21.04.2020-ci il tarixli ******* nömrəli aktla 196.80 manat və 2019-cu ilin aprel-may ayları üçün 21,60 manat olmaqla, cəmi 3682 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Abşeron rayonu Hökməli kəndində yaşayır. Yaşadığı ərazidə hər vətəndaş kimi o da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Lakin Cavabdeh Abşeron Xidmət Sahəsinin əməkdaşları Abşeron rayonu Hökməli kəndində yerləşən ona məxsus olan evə müxtəlif illərdə və aylarda baxış keçirmiş və sayğacdan kənar təbii qazdan istifadə edilməsini əsas gətirərək onun iştirakı və məlumatı olmadan cavabdeh təşkilat tərəfindən 10 aprel 2017-ci il tarixli ******* saylı, 27 oktyabr 2017-ci il tarixli ******* saylı, 04 dekabr 2017-ci il tarixli ******* saylı, 24 yanvar 2018-ci il tarixli ******* saylı, 28 fevral 2018-ci il tarixli ******* saylı, 03 iyun 2019-cu il tarixli ******* saylı, 31 iyul 2019-cu il tarixli ******* saylı, 30 avqust 2019-cu il tarixli ******* saylı, 30 sentyabr 2019-cu il tarixli ******* saylı, 30 oktyabr 2019-cu il tarixli ******* saylı, 29 noyabr 2019-cu il tarixli ******* saylı, 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı, 30 mart 2020-ci il tarixli ******* saylı və 21 aprel 2020-ci il tarixli ******* saylı aktlar tərtib olunmuş və həmin aktlarda guya sayğacdan kənar təbii qazdan istifadə edilməsi göstərilmişdir. O, bundan xəbər tutandan sonra onlara məsələnin nədən ibarət olmasını soruşduqda onlar yenə ona istifadə etdiyi sayğaca onun tərəfindən müdaxilə olunduğunu bildirmişlər. O, sayğaca heç bir müdaxilə olunmadığını bildirmişdir. Belə ki, həmin evdə yaşadığı vaxta qədər Cavabdeh Abşeron Xidmət Sahəsinin əməkdaşı olan nəzarətçilər qaz sayğaclarına davamlı olaraq baxış keçirmişlər. Belə olan halda əsassız olaraq Cavabdeh tərəfindən mübahisəli aktlar tərtib edilmiş və həmin aktlarda guya sayğacdan kənar əlavə xətdən istifadə edilməsi göstərilmiş, bunun nəticəsində isə itirilmiş qazın bərpası məqsədi ilə onun borcunun olması göstərilmişdir. Həmin aktlar cavabdeh tərəfindən onun məlumatı və iştirakı olmadan tərtib olunmuş və onun tərəfindən həmin aktlara imza edilməmişdir. Əlavə olaraq, o, bu günə kimi istifadə etdiyi təbii qazın dəyərini hər ay davamlı olaraq ödəmişdir. Qeyd olunanlara əsasən, qaz sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsa da onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Bundan əlavə, həmin evə quraşdırılmış qaz sayğacı evdən kənarda quraşdırılmış və sayğac heç bir qoruyucu örtüklə örtülməmişdir. Mübahisəli aktlar tərtib olunan zaman iştirakı təmin edilməmiş və həmin aktdan onun sonradan məlumatı olmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş mübahisəli aktlar əsassız olduğu üçün etibarsız hesab olunmalıdır. Belə ki, həmin aktlara əsasən guya ki, onun tərəfindən qaz xəttinə qanunsuz qoşulma faktı olmuş və həmin faktı cavabdehin nümayəndələri aşkar etmişlər. Halbuki, o, yaşadığı evi qaz təchizatı ilə təmin etmək üçün müqavilə bağlamış və cavabdehin regional satış departamenti tərəfindən onun evinin girişində smart qaz sayğacı quraşdırmaqla ona **********09560 abonent kodu verilmişdir. Həmin xətt və abonent kodu üzrə də tərəfindən qaz istehlak olunmuşdur. Digər tərəfdən, aktların tarixlərindən göründüyü kimi, cavabdeh 2017-ci ildə 3 dəfə, 2018-ci ildə 2 dəfə ardıcıl 2 ay və 2019-cu ilin iyun ayından 2020-ci ilin aprel ayınadək ardıcıl 11 dəfə yoxlama keçirmişdir və akt tərtib edilmişdir. Lakin bu faktlarla bağlı hər hansı bir tədbir görülməmişdir. Əslində isə, məsələ başqa idi. Hər dəfə qaz nəzarətçisi gəldikdə onun sayğacının hesablanmasında problem olduğu deyilmiş və ona hesabına sayğacın təmir edilməsi təklif edilmişdir. O isə öz növbəsində sayğaca xarici mexaniki xəsarət yetirilmədiyindən buna onun cavabdeh olmadığını bildirmişdir. Hər dəfə də nəzarətçi əlindəki sifariş blankını dolduraraq yeni sayğacın gətiriləcəyini bildirmişdir. Göründüyü kimi, Qaydalar qaz sayğacında zədələnmə baş verdiyi aşkar olunduğu halda ilk növbədə zədələnmə üzrə təqsir müəyyən edilməli, daha sonra isə həmin zədələnmənin aradan qaldırılması üçün tədbirlər görülməli idi. Yəni, ən azından qaz sayğacının dəyişdirilməsi barədə ona bildiriş verilməli idi. Cavabdehin nümayəndələri isə bu problemi həll etmək əvəzinə, həqiqətə uyğun olmayan akt tərtib etməklə problemlərini istehlakçının - yəni onun üzərinə atmağa çalışırlar. Eyni zamanda, cavabdeh tərəfindən tərtib edilən aktlarda qaz sayğacının zədələnməsi halı göstərilməmiş, belə zədələnmənin onun tərəfindən edildiyi müəyyən edilməmiş, aşkar etdikləri iddia etdikləri əlavə qaz xəttinin onun evində istifadə edildiyi heç bir dəlillə sübutu gətirilməmiş, akt tərtib edilərkən onun və hal-şahidlərinin iştirakı təmin edilməmişdir. Bundan başqa, cavabdeh tərtib etdiyi aktda hər dəfə müxtəlif rəqəmlər üzrə 3660,4 manat maddi zərər, 2019-cu ilin aprel-may ayları üçün 21,6 manat əlavə sərfiyyat müəyyən etməklə cəmi 3682 manat borc hesablamışdır. Lakin sayğacın göstəriciləri nəzərə alınmadığı təqdirdə həmin borcun hansı sərfiyyat üzrə, bu sərfiyyatın hansı metodika ilə hesablandığı, bu metodikanın hansı normativ-hüquqi aktla təsdiq edildiyi müəyyən edilməmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.10.2021-ci il tarixli 10/4956 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 28.07.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 10 aprel 2017-ci il tarixli ******* saylı, 27 oktyabr 2017-ci il tarixli ******* saylı, 04 dekabr 2017-ci il tarixli ******* saylı, 24 yanvar 2018-ci il tarixli ******* saylı, 28 fevral 2018-ci il tarixli ******* saylı, 03 iyun 2019cu il tarixli ******* saylı, 31 iyul 2019-cu il tarixli ******* saylı, 30 avqust 2019-cu il tarixli ******* saylı, 30 sentyabr 2019-cu il tarixli ******* saylı, 30 oktyabr 2019-cu il tarixli ******* saylı, 29 noyabr 2019-cu il tarixli ******* saylı, 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı, 30 mart 2020-ci il tarixli ******* saylı və 21 aprel 2020-ci il tarixli ******* saylı aktlardan görünür ki, abonentə məxsus Abşeron rayonu Hökməli qəsəbəsi ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına baxış zamanı abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə dəymiş ziyanın hesablanması qərara alınmış, aktlar tərtib edilərkən abonent tərəfindən imza edilməkdən imtina edilməsi barədə qeydiyyat aparılmışdır. -Azəriqaz İB-nin 10.04.2017-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddətinin 90 gün hesabat aparılması və hesablanmış məbləğin cəmi 2700 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq 10.04.2017-ci il tarixli ******* saylı akt olmuşdur. -Abonentin saldosundan görünür ki, abonent kodu **********09560 olan ünvan 2 ünvanında 21.04.2020-ci il tarixdə Natek Enerji G4 Mexanika tipli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), Samovar (1/1), Qızdırıcı radiator peçi (1/1), 2017-ci il üçün 862.40 manat, 2018-ci il üçün 992 manat, 2019-cu il üçün 723.60 manat, 2020-ci il üçün 1082.40 manat borc müəyyən edilmişdir. -Cəlilabad RPŞ tərəfindən verilmiş 17.02.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rəcəbov X5 rayonu Həsənli kəndində qeydiyyatdadır. Məhkəmə iddia tələbini araşdırarkən aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Konstitutsiyasının (bundan sonra Konstitutsiya adlanacaq): 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş Qazdan istifadə Qaydalarına (bundan sonra - Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Qaydaların 3.2.7-ci bəndinə əsasən, qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməlidir. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qərarın 3.1.3. bəndinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu qərarın 3.1.7. bəndinə əsasən isə qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qərarın 4.8. bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qərarın 5.2. bəndinə əsasən isə Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Smart-kart tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Qərarın aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarınm tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlamalı olduğu halda vəzifə borcunu yerinə yetirməmişdir. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıqlar vaxtında aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2020-ci il tarixli 10/3569 saylı rəyindən görünür ki, mülki iş materialında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma texniki cəhətdən mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.10.2021-ci il tarixli 10/4956 saylı rəyindən görünür ki, baxış zamanı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 57 mm-lik polad qaz borusunun üzərində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.10.2021-ci il tarixli 10/4956 saylı rəyini əsas sübut növü kimi götürərək hesab edir ki, iddiaçının Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 57 mm-lik polad qaz borusunun üzərində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) aşkar edilmədiyi halda Azəriqaz İB-nin əməkdaşları tərəfindən əsassız olaraq təbii qazdan qeyri-qanuni istifadə edilməyə görə 10 aprel 2017-ci il tarixli ******* saylı, 27 oktyabr 2017ci il tarixli ******* saylı, 04 dekabr 2017-ci il tarixli ******* saylı, 24 yanvar 2018-ci il tarixli ******* saylı, 28 fevral 2018-ci il tarixli ******* saylı, 03 iyun 2019-cu il tarixli ******* saylı, 31 iyul 2019-cu il tarixli ******* saylı, 30 avqust 2019-cu il tarixli ******* saylı, 30 sentyabr 2019-cu il tarixli ******* saylı, 30 oktyabr 2019-cu il tarixli ******* saylı, 29 noyabr 2019-cu il tarixli ******* saylı, 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı, 30 mart 2020-ci il tarixli ******* saylı və 21 aprel 2020-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Eyni zamanda, İddiaçı adına olan abonent saldosundan görünür ki, iddiaçıya tərtib olunmuş yuxarıda qeyd edilmiş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən cəmi 3660.40 manat borcun hesablandığı müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq edilən, yuxarıda bəhs edilən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib edildiyi və aktda hal şahidlərinin iştirakının təmin olunmadığı müəyyən olunmuşdur ki, bu isə həmin aktların qüsurlu tərtib edilməsinin göstəricisidir. Belə ki, akt hər hansı bir faktın təsdiq edilməsi üçün hal şahidlərinin iştirakı ilə imzalanan sənəddir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Belə ki, həmin aktlar hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Həmçinin, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını istisna edir. Göründüyü kimi, bütün bunlar iddiaçının sayğaca müdaxilə edərək qeyri-qanuni təbii qazdan istifadə olunmasını tamamilə inkar edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.10.2021-ci il tarixli 10/4956 saylı rəyinə əsasən, baxış zamanı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 57 mm-lik polad qaz borusunun üzərində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədiyindən məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel qiymətləndirib, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən qaz sayğacına qanunsuz olaraq qoşulmadığı təqdirdə cavabdehin nümayəndələri tərəfindən iddiaçı barəsində Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən sayğacdan qeyri-qanuni istifadə edildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməməklə bununla bağlı mötəbər sübutların təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin: 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş abonent saldosuna əsasən iddiaçıya 2017-2020-ci illər üçün hesablanmış borc məbləği 3660.40 manat olmaqla hesablanmış, iddiaçı isə iddia tələbində əlavə olaraq 2020-ci ilin aprel və may ayları üçün 21.60 manat borcun silinməsini də tələb etdiyi halda həmin borcun nəyə əsasən hesablanmasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Bu səbəbdən də məhkəmə 21.60 manat borcun silinməsi hissəsində iddia tələbləri ilə razılaşmır. Bu səbəbdən də, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh X6 tərəfindən sayğaca görə tərtib edilmiş 10 aprel 2017-ci il tarixli ******* saylı, 27 oktyabr 2017-ci il tarixli ******* saylı, 04 dekabr 2017-ci il tarixli ******* saylı, 24 yanvar 2018-ci il tarixli ******* saylı, 28 fevral 2018-ci il tarixli ******* saylı, 03 iyun 2019-cu il tarixli ******* saylı, 31 iyul 2019-cu il tarixli ******* saylı, 30 avqust 2019-cu il tarixli ******* saylı, 30 sentyabr 2019-cu il tarixli ******* saylı, 30 oktyabr 2019-cu il tarixli ******* saylı, 29 noyabr 2019-cu il tarixli ******* saylı, 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı, 30 mart 2020-ci il tarixli ******* saylı və 21 aprel 2020-ci il tarixli ******* saylı aktlara əsasən hesablanmış 3660.40 manat borc məbləği abonent kodu **********09560 olan İddiaçı hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinə görə cəmi 204 (iki yüz dörd) manat ekspertiza xərci bərabər hissələrdə olmaqla tərəflərin hər birinə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh X6 tərəfindən sayğaca görə tərtib edilmiş 10 aprel 2017-ci il tarixli ******* saylı, 27 oktyabr 2017-ci il tarixli ******* saylı, 04 dekabr 2017-ci il tarixli ******* saylı, 24 yanvar 2018-ci il tarixli ******* saylı, 28 fevral 2018-ci il tarixli ******* saylı, 03 iyun 2019-cu il tarixli ******* saylı, 31 iyul 2019-cu il tarixli ******* saylı, 30 avqust 2019-cu il tarixli ******* saylı, 30 sentyabr 2019-cu il tarixli ******* saylı, 30 oktyabr 2019-cu il tarixli ******* saylı, 29 noyabr 2019-cu il tarixli ******* saylı, 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı, 30 mart 2020-ci il tarixli ******* saylı və 21 aprel 2020-ci il tarixli ******* saylı aktlara əsasən hesablanmış 3660.40 (üç min altı yüz altmış manat qırx qəpik) manat borc məbləği abonent kodu **********09560 olan İddiaçı məxsus abunə hesabından silinsin. Aparılmış ekspertiza tədqiqatlarına görə 102 (yüz iki) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarına görə 102 (yüz iki) manat X2 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov