Məhkəmə qərarları › İş №2(012)-461/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-461/2024

02.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-461/2024 02.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, JN - 1170A saylı, 30800118 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin FİN xxxxxxx3 AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1, FİN xxxxxxx AZE ******** seriyalı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi4, FİN 5OQSWE AZE ******** seriyalı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3 və FİN xxxxxxx AZE ******** seriyalı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 12 iyun 2023-cü il tarixli müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə cavab verilmiş və aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-502A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin adı, soyad və ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, JN-1170A nömrəli şəhadətnamədə hüquq sahibləri “X6”, “Əbdürəhimov Ərizəçi1”, “X7”, “Əbdürəhimov Ağasəyid Ərizəçi1 oğlu”, “Əbdürəhimova Sevinc Ərizəçi1 qızı” və “Əbdürəhimova Arifə Ərizəçi1 qızı” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə, arayış və ölüm haqqında şəhadətnamədə müvafiq olaraq “X11”, “Ərizəçi1”, “Ərizəçi2”, “Ərizəçi4”, “Abdurəhimova Sevinc Ərizəçi1 qızı” və “X8” kimi qeyd edildiyi aşkar edilmişdir. O, yəni Ərizəçi3 X22 ilə aralarındakı nikah Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2019-cu il tarixdə 283 nömrəli akt qeydi ilə Abşeron rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. Həmçinin, şəhadətnamədə göstərilən hüquq sahiblərindən X8 xx.xx.2009-cu il tarixdə, X12 isə xx.xx.2008-ci ildə vəfat etmişlər. Hüquq sahibinin ad, soyad və ata adına dəyişiklik və düzəlişlərin aparılması idarənin səlahiyyətləri xaricində olduğu üçün Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizə qalan hissədə saxlanılmaqla, qətnamə qəbul edilərkən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “X4” aid hissədə AZ-İ № 273206 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən X9, “Əbdürəhimova Arifə Ərizəçi1 qızına” aid hissədə isə AZ-İ № 372386 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, onun şəxsiyyət vəsiqəsində soyad yoxdur, Ərizəçi1 olduğu halda, torpağa dair şəhadətnamədə soyad kimi Əbdürəhimov qeyd olunmuşdur. Məhkəmə iclasında Ərizəçi3 ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, o, ailə həyatı qurduqdan sonra ərinin soyadını götürmüşdür. Onun qızılıq soyadı Abdurəhimova olduğu halda, Əbdürəhimova kimi qeyd olunmuşdur. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, qeyd olunan şəhadətnamədə onun həm adı, həm də soyadı səhv yazılmışdır. Məhkəmə iclasında Ərizəçi4 ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, şəhadətnamədə onun adı Ağasəyid kimi qeyd olunmuş, lakin şəxsiyyət vəsiqəsində adı Ağasəiddir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, ərizəçiləri uzun illərdir ki, tanıyır. Onlar qonşudurlar. Ərizəçi3 qızlıq soyadı Əbdürəhimova olmuş, ailə həyatı qurduqdan sonra soyadı Əliyeva olmuşdur. Elmira xanımı isə Nazilə adı ilə tanımışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, ərizəçilər onun qonşularıdır. Sevincin soyadı Əbdürəhimova olmuş, nikah bağladıqdan sonra Əliyeva soyadını götürmüşdür. Elmira xanımı isə Nazilə deyərək çağırmışlar. Elmiranın soyadını dəqiq bilmir. Məhkəmə ərizəçilərin izahatlarını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: - Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİİ № 012553 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 atası Habil Məmmədsəid oğlu, anası X11 olmaqla xx.xx.1956-cı ildə anadan olmuşdur. - Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 1629/2023 saylı arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 atası Habil Mammedsaid oğlu, anası X13 olmaqla xx.xx.1967-ci ildə anadan olmuşdur. -Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 831/2023 saylı arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X22 və Abdurəhimova Sevinc Ərizəçi1 qızı 26 avqust 2008-ci ildə 24 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlanandan sonra arvada Əliyeva soyadı verilmişdir. -Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 oktyabr 2019-cu il tarixli, AZ-İ № 338146 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X22 ilə Ərizəçi3 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 283 nömrəli qeydiyyat aparılmışdır. Nikah pozulduqdan sonra arvada Əliyeva soyadı verilmişdir. - Abşeron RİHB-nın Novxanı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 fevral 2008-ci il tarixli, AZ-İ № 273206 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2008-ci ildə ölmüşdür. - Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 dekabr 2009-cu il tarixli, AZ-İ № 372386 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu ildə ölmüşdür. Ərizəçilərin notarial qaydada təsdiq olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, həmin şəxslərin adları AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi1, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi4, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi3, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi2dır. -“Torpağın mülkiyyətə verilməsi”nə dair JN-1170A saylı, 30800118 kod nömrəli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 28 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.15 ha torpaq sahəsi Abşeron rayonu, Novxanı kənd sakinləri X2, Əbdürəhimov Ərizəçi1, X3, Əbdürəhimov Habil Ərizəçi1 oğlunun, Əbdürəhimov Ağasəyid Ərizəçi1 oğlunun, Əbdürəhimova Sevinc Ərizəçi1 qızının və Əbdürəhimova Arifə Ərizəçi1 qızının mülkiyyətinə verilmişdir. -4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin adı, soyad və ata adına münasibətdə uyğunsuzluq olduğu, JN-1170A nömrəli şəhadətnamədə hüquq sahibləri “X6”, “Əbdürəhimov Ərizəçi1”, “X7”, “Əbdürəhimov Ağasəyid Ərizəçi1 oğlu”, “Əbdürəhimova Sevinc Ərizəçi1 qızı” və “Əbdürəhimova Arifə Ərizəçi1 qızı” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə, arayış və ölüm haqqında şəhadətnamədə müvafiq olaraq “X11”, “Ərizəçi1”, “Ərizəçi2”, “Ərizəçi4”, “Abdurəhimova Sevinc Ərizəçi1 qızı” və “X8” kimi qeyd edildiyi aşkar edilmişdir. Məhkəmə ərizəçilərin izahatlarını, şahid ifadələrini, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-1170A saylı, 30800118 kod nömrəli şəhadətnaməyə əsasən, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 28 nömrəli qərarı ilə 0.15 ha torpaq sahəsinin mülkiyyətçilər qismində Abşeron rayonu, Novxanı kənd sakinləri “X6”, “Əbdürəhimov Ərizəçi1”, “X7”, “Əbdürəhimov Ağasəyid Ərizəçi1 oğlu”, “Əbdürəhimova Sevinc Ərizəçi1 qızı” və “Əbdürəhimova Arifə Ərizəçi1 qızı” qeyd edildiyi halda, həmin şəxslərin adları AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi1, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi4, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi3, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi2, AZ-İ № 273206 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən X11, AZ-İ № 372386 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən X1 qeyd edilmişdir. Bu isə “Əbdürəhimov Ərizəçi1”nun “Ərizəçi1”, “X7”nın “Ərizəçi2”, “Əbdürəhimov Ağasəyid Ərizəçi1 oğlu”nun “Ərizəçi4”, “Əbdürəhimova Sevinc Ərizəçi1 qızı”nın Əliyeva (Abdurəhimova) Sevinc Ərizəçi1 qızı, “X6”nın “X11”, “Əbdürəhimova Arifə Ərizəçi1 qızı”nın isə “X8” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda, şahid ifadələri ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 28 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1170A saylı, 30800118 kod nömrəli şəhadətnamədə göstərilən “Əbdürəhimov Ərizəçi1”nun “Ərizəçi1”, “X7”nın “Ərizəçi2”, “Əbdürəhimov Ağasəyid Ərizəçi1 oğlu”nun “Ərizəçi4”, “Əbdürəhimova Sevinc Ərizəçi1 qızı”nın Əliyeva (Abdurəhimova) Sevinc Ərizəçi1 qızı, “X6”nın “X11”, “Əbdürəhimova Arifə Ərizəçi1 qızı”nın isə “X8” ilə eyni şəxslər olması öz təsdiqini tapdığından həmin şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Əliyeva (Abdurəhimova) Sevinc Ərizəçi1 qızına, X9 və X5 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin:

76. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.11. maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.

308. maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 28 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1170A saylı, 30800118 kod nömrəli şəhadətnamənin AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi1, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi2, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Əliyeva (Abdurəhimova) Sevinc Ərizəçi1 qızına, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi4, AZ-İ № 273206 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən X9 və AZ-İ № 372386 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar