Məhkəmə qərarları › İş №2(012)-4615/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4615/2022

24.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4615/2022 24.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq ona yazılmış 518,40 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, ünvan 1ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********09050 olan qaz sayğacından istifadə edir. 15-16 yanvar 2022-ci il tarixdə yaşadığı evə gələrkən istifadə etdiyi qaz sayğacına Cavabdeh əməkdaşları tərəfindən baxış keçirildiyini görmüş və nə baş verdiyini soruşmuş, əməkdaşlar isə ona guya sayğaca müdaxilə olduğunu bildirmişlər. Bundan sonra 17 yanvar 2022-ci il tarixdə istifadə etdiyi qaz sayğacının telefonla video görüntüsünü çəkmişdir. Beləliklə, 19 yanvar 2022-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən istifadə etdiyi qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Daha sonra o, yeni quraşdırılmış qaz sayğacına smart kartın aktivləşdirilməsi üçün “Asan” Kommunalın Abşeron filialına yaxınlaşmışdır. Ona guya əvvəlki qaz sayğacına onun müdaxilə etdiyi və bu səbəbdən də ona 1200 manat cərimə yazıldığı bildirilmişdir. Daha sonra o, bununla bağlı qaynar xəttə zəng etmiş və uzun araşdırmalardan sonra ona səhvən həmin cərimənin yazıldığını bildirmişlər. Beləliklə, səhvən ona yazılmış 1200 manat cərimə silinmişdir. Təxminən 2022-ci ilin may ayında smart karta pul yükləyərkən kartdan əlavə pul tutulduğunu görmüş, bunula bağlı qaynar xəttə zəng etmiş və ona 518,40 manat cəriməsinin olduğu bildirilmişdir. Qeyd edir ki, cərimənin yazılması barədə ona heç bir sənəd təqdim edilməmişdir. Uzun mübahisələrdən sonra o, həmin sənədi əldə edə bilmişdir. Beləliklə, səhvən ona 1200 manat cərimə yazılıb silindikdən sonra, yenidən ona heç bir əsas olmadan 518,40 manat cərimə yazılmışdır. O bu cərimənin yazılması ilə razı deyildir. Heç bir əsası olmadan sözügedən cərimənin yazılması onun bir vətəndaş kimi hüquqlarının pozulması deməkdir. Bu səbəbdən də Cavabdeh tərəfindən əsassız olaraq ona yazılmış 518,40 manat cərimə borcu məhkəmə qaydasında silinməlidir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddiaçının izahatıyla eyni məzmunlu izahat verdi. Cavabdeh nümayəndəsi X4 məhkəmədə izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, xx.xx.2022-ci ildə abonentin iştirakı ilə sayğac yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac laboratoriyaya göndərilmiş və rəydə sayğacın üzərindəki plombun zədəli olduğu və rənginin fərqli olduğu aşkar edilmişdir. Cavabdeh hesab edir ki, plomb ya zədələnmiş, ya da dəyişdirilmişdir. Zədə sayğacın xaricindədir. Cavabdeh tərəfindən sayğacdakı qüsur üzrə xx.xx.2022-ci il tarixli akt üzrə iddiaçıya 518,40 manat cərimə hesablanmışdır. Odur ki, o, əsassız olduğundan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən evə quraşdırılmış abonent kodu **********09050 olan sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombun rəngi qoruyucu örtüyünün rəngindən fərqli olduğu və ətrafının zədəli olduğu aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən evə (abonent kodu **********09050) məxsus 02.2022-ci il tarixinə 518,40 manat ziyan hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində abonent kodu **********09050 olan, ünvan 1i ünvanında yerləşən evə xx.xx.2022-ci tarixli, ******* saylı akt tərtib edilərək əsassız olaraq 518,40 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X5 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın istehlakçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan əlavə məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın istehlakçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 1i ünvanında yerləşən evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 518,40 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********09050 olan, ünvan 1i ünvanında yerləşən evinə quraşdırılmış qaz sayğacına görə hesablanmış 518,40 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar