Məhkəmə qərarları › İş №2(012)-4630/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4630/2025

14.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4630/2025 14.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «etibarnamənin və torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı müqaviləsinin etibarsızlığı, torpaq sahəsinin mülkiyyətinə qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «etibarnamənin və torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı müqaviləsinin etibarsız edilməsi və torpaq sahəsinin əvvəlki icarədarına qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 saylı Abşeron rayon notariat ofisində xx.xx.2020-ci il tarixində İddiaçı Cavabdeh1 verdiyi ARİİ № 195359 Qeydiyyat №si 7E-8955 etibarnamə əsasında Cavabdeh1 Cavabdeh2 verdiyi AR İİ №si 598098 Reysterdə 7E-788 etibarnaməni və hüquqi nəticələrini xx.xx.2022-ci il tarixindən etibarsız hesab edilməsi, Cavabdeh2 və Cavabdeh1 arasında 2 saylı Abşeron rayon notariat ofisində İddiaçı xx.xx.2013-cü il tarixində icarəsinə verilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyster Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixində verilmiş qeydiyyat №-si **********, reyestr №li **********08 və seriya RX №-si ******* olan çıxarışa əsasən, Abşeron Rayonu, Xirdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsini icarə hüquqlarının Reyestrdə 3M-180 №si ilə qeydə alınmış alqı-satqı müqaviləsi və hüquqi nəticələrinin xx.xx.2022-ci il tarixindən etibarsız hesab edilməsi barədə, Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixində 2 saylı Abşeron rayon notariat ofisində Reysterdə 3M-180 №si ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin Abşeron ərazi İdarəsi tərəfindən Cavabdeh1 oğluna verilmiş cıxarışin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Abşeron rayon notariat ofisində xx.xx.2020 ci il tarixində İddiaçı Cavabdeh1 verdiyi ARİİ № 195359 Qeydiyyat №si 7E-8955 etibarnamə əsasında Cavabdeh1 Cavabdeh2 verdiyi AR İİ №si 598098 Reyster-də 7E-788 etibarnaməni və hüquqi nəticələrini xx.xx.2022 ci il tarixindən etibarsız hesab edilməsi barədə, Cavabdeh2 və Cavabdeh1 arasında 2 saylı Abşeron rayon notariat ofisində İddiaçı xx.xx.2013-cü il tarixində icarəsinə verilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyster Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixində verilmiş qeydiyyat №-si **********, reyster №li **********08 və seriya RX №-si ******* olan çıxarışa əsasən, Abşeron Rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsini icarə hüquqlarının Reysterdə 3M-180 № si ilə qeydə alınmış alqı-satqı müqaviləsi və hüquqi nəticələrini xx.xx.2022-ci il tarixindən etibarsız hesab edilməsi barədə, Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2022 ci il tarixində 2 saylı Abşeron rayon notariat ofisində Reysterdə 3M-180 №si ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsaında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin Abşeron ərazi İdarəsi tərəfindən Cavabdeh1 oğluna verilmiş cıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəqiqləşdirilmiş iddia tələbləri onunla əsaslandırılmışdır ki, təxminən 2012 ci ilin dekabr ayında iş üzrə cavabdeh doğma dayısı Cavabdeh1 vasitəsi ilə əvvəllər tanımadığı (Dayısının dostu) Ziya adlı şəxs vasitəsi ilə 25000 (iyirmi beş min) azn torpaqa görə 5000 (beş min) azn sənədləşməyə görə Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyster Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixində verilmiş qeydiyyat №-si **********, reyster №li **********08 və seriya RX №-si ******* olan çıxarışa əsasən, Abşeron Rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsi xx.xx.2012 ci il tarixindən başlayaraq 2232 saylı icarə müqaviləsi və xx.xx.2013-cü il tarixli 3M/71№li icarə alqı- satqı müqaviləsi üzrə 99 (doxsan doqquz) il müddətinə onun mülkiyyətinə verilmişdir. (Həmin torpaq sahəsi Elmana məxsus olan Ayan MMC-nin torpaq sahəsi və DYP idarəsinin cərimə meydançasının arasındadı) Bu torpağı aldıqdan sonra təxminən 2018-ci il tarixində dayısı Cavabdeh1 ona deyirdi ki “sənin 0.70 ha torpaq sahəsini DYP idarəsi almaq isdəyir ya da yerinə başqa yerdə torpaq təklif edir. Sən mən deməsəm heç kimə nə satma nədə başqa yerdən torpaq təklif etsələr dəyişmə” xx.xx.2020-ci il tarixində my.gov.az elektron hökümət portalına baxış keçirərkən ona məlum olmuşdur ki, onun iştirakı, xəbəri olmadan ona məxsus Əmlak Dövlət Reyster Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixində verilmiş qeydiyyat №-si **********, reyster №li **********08 və seriya RX №-si ******* olan çıxarışa əsasən, Abşeron Rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsi üzərində olan bütün hüquqları X7 verilməsi barədə və həmin etibarnamə əsasında X6 0.70 ha torpaq sahəsi üzərində bütün hüquqların X8 ötürülməsi barədə Bakı şəhəri 31 saylı notariat ofisində AR-İİ № 135206 qeydiyyat Reyster №si 7-E 6345 etibarnamə tərtib olunub. Dərhal 31 saylı notariat kontoruna getdi, oranın rəhbəri X9 ilə görüşdü, vəziyyəti ona dedi. Bu barədə hüquq mühafizə orqanlarına müraciət edəcəyni bildirdi. Hümmətov Ramiz ona bildirdi ki bu əməliyyatı dayısı Elman, onun tanışları Aydın və Vahidin xahişi ilə etdiyni, guya onun xəbəri olduğunu söylədi. O ona etirazını bildirərək oranı tərk etdi. X9 ilə söhbət edib ayrıldıqdan bir necə saat sonra Cavabdeh1 ona zəng edərək onun yanına gəlməsini xahiş etdi. Cavabdeh1 ilə görüşdükdə ona bildirdi ki, X13 və X14 onun dostlarıdı. X9 isə onların dostdur. Belə ki dayısı onlardan xahiş edib ki, bacısı oğlu İddiaçı məxsus 0.70 ha torpaq sahəsini baha qiymətə DYP-idarəsinə satsınlar və yaxud kompensasiya alsınlar, onlar da dayısının xahişini yerə salmayaraq bunu edib. Əgər o şikayət etsə dostları X13, X14, X9 və özü Cavabdeh1 məsuliyyətə cəlb olunacağını bildirdi. Buna görə də heç yerə şikayət etməməyi barədə ona tapşırıq verdi. Bundan əlavə dedi ki, “X9 narahatdı buna görə də sən mənə etibarnamə verməlisən. Guya AR-İİ № 135206 qeydiyyat Reyester №si 7-E6345 etibarnamə üçün qolu mən (Cavabdeh1) çəkmişəm. Bununla yanaşı dedi ki, dostları X13 və X14 torpağı DYP idarəsi ilə danışıb torpağı almaq istəyir ya da yerinə başqa yerdə torpaq təklif edir bu məsələni həll etsinlər. Bundan sonra anasının yaxın qohumları xahiş etdi ki, Elman tutulmasın deyə ona etibarnamə verməlidir ki, guya Bakı şəhəri 31 saylı notariat ofisində həmin etibarnamə vasitəsi ilə guya Elman qol çəkib və torpağı DYP idarəsi ilə razılaşıb satsın və yaxud yerinə başqa torpaq alsın. Həm də dayısı ona deyirdi ki “sənin torpağın kənd təsərrüfatı üçün nəzərdə tutulub sən orda heç nə edə bilməyəcəksən”. Cavabdeh1 onun ona olan etibar inamımdan sui-istifadə edərək aldatma yolu ilə xx.xx.2020 ci il tarixində 1 saylı Abşeron rayon notariat ofisində Cavabdeh1 bütün hüquqları da istifadə hüququna malik olan etibarnaməni ARİİ № 195359 Qydiyyat №si 7E- 8955 etibarnamə verdi. Cavabdeh1 doğma dayısı olduğu üçün bütün mülkiyyətini ona etibar edirdi, bu məqsədlə də digər mülkiyyəti olan “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2010-cu il tarixdən “Schmitz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular, AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavatoru dayıma məxsus olan Ayan MMC-nin ərazisində saxlayırdı. 2022-ci il tarixində o, özünə məxsus olan texnikaları götürmək istəyərkən dayısı ona qaytarmaqdan imtina etdi. Cavabdeh1 onun barədə polisə və digər hüquq mühafizə orqanlarına əsasız yerə şikayətlər verməyə başladı. O özünə məxsus olan texnikaları tam yararlı geri qaytarılması barədə Abşeron Rayon Məhkəməsinə İş №si 2(012)-627/2023 müraciət etdi. Cavabdeh1 ona qarşı pul iddiası vermişdir. Abşeron Rayon Məhkəməsi onun iddasını təmin etmiş, Cavabdeh1 Qalah oğlunun qarşılıqlı iddasını rədd etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-1145/2023 saylı iş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İş №-si 2(102)-4334/2023 saylı iş üzrə Abşeron Rayon Məhkəməsinə İş №si 2(012)-627/2023 qətnaməsini qüvvədə saxlamış (Cavabdeh1 onun başını qatmaq məqsədi ilə müxtəlif vaxtlarda əsassız yerə Polisə şikayətlər verməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasın İş №-si 2(102)-4334/2023 saylı iş üzrə təsdiqini tapmışdır. Bundan sonra Cavabdeh1 anasını qızışdıraraq onu qeydiyyatda olduğu ünvandan çıxarılması üçün anası vasitəsi ilə məhkəməyə müraciət etdi. Anası ilə bu günkü günədək küsülüdür, danışmır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin Hakimi Aytən Novruzovanın (sədirlik edən hakim tərkib üzvü Solmaz Əbilova) icraatında olan cavabdeh olduğum iş üzrə (e-2(005)-2354/20024) iddacının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reysteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı sorğunun cavabı xx.xx.2024-cü il tarixində elektron məhkəmə sisteminə yükləndikdə ona məlum oldu ki, Abşeron Rayonu, Xırdalan şəhəri, ərazisində yerləşən 0.70 ha torpaq sahəsi onun mülkiyyətində deyildir. O, ilk öncə Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyster Xidmətinin Abşeron Ərazi İdarəsinə Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyster Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013- cü il tarixində verilmiş qeydiyyat №-si ********** və seriya RX №-si ******* olan çıxarışa əsasən Abşeron Rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsinin hal-hazırkı mülkiyyətçisi və ondan sonra həmin torpaq sahəsinin kimlər olması barədə müraciət etdi. Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyster Xidmətinin Abşeron Ərazi İdarəsi müraciətinə cavab olaraq bildirdi ki, hal-hazırda qeydiyyat №-si ********** və seriya RX №-si ******* olan çıxarışa əsasən Abşeron Rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsinin mülkiyyətçisi müraciət edən olmadığı üçün heç bir məlumat verə bilməzlər. Onu da qeyd edir ki, my.gov.az elektron portalında qeyd olunan torpaq sahəsi bu günkü tarixədək onun mülkiyyəti kimi qeyd olunub. Araşdırmadan sonra məlum oldu ki. 1 saylı Abşeron rayon notariat ofisində xx.xx.2020- ci il tarixində Cavabdeh1 bütün hüquqlarından istifadə hüququna malik olan etibarnamə (ARİİ № 195359 Qydiyyat №si 7E-8955) vasitəsi ilə xx.xx.2022- ci il tarixində saat 10:36-da Cavabdeh1 tanışı olan şəxs Cavabdeh2 hüquqlarını vermiş (AR İİ №si 598098 Reyster-də 7E-788 verilmə tarixi xx.xx.2022- ci il) və həmin gün də (xx.xx.2022- ci il tarixində saat 10:38-da 2 dəqiqə fərqlə) Cavabdeh2 da Abşeron Rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsini Cavabdeh1 guya 70000 (yetmiş min) AZN-ə satması barədə alqı-satqı müqaviləsi 2 saylı Abşeron rayon notariat ofisin xüsusi notarisu X15 tərəfindən rəsmiləşdirilmişdir (Reysterdə 3M-180 №si ilə qeyd edilib) xx.xx.2022-ci il tarixində Cavabdeh2 və Cavabdeh1 arasında 0.70 ha torpaq sahəsi rəsmiləşdirilərkən ödəniş notarusun bankdakı depozit hesabı ilə deyil, nağd şəkildə aparılmışdır. Cavabdeh1 bacısı oğlu İddiaçı Nurəddin oğluna məxsus olmuş Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixində verilmiş qeydiyyat №-si **********, reyestr №li **********08 və seriya RX №-si ******* olan çıxarışa əsasən, Abşeron Rayonu, Xirdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsini Dələduzluq yolu ilə əvvəlcədən bir qurup şəxslə əlbir olaraq təkrarən yəni İddiaçı Nurəddin oğlunun etibarıdan sui-istifadə etməklə, aldatma yolu ilə və sənəd saxtalaşdırmaqla əmlakını ələ keçirmiş və əmlak hüquqlarını əldə etməsinə dair sübutlar bunlardır.1.) İddiaçı Nurəddin oğlunun xəbəri olmadan X14, X9, X13 və Cavabdeh1 xx.xx.2020-ci il tarixində Bakı şəhəri 31 saylı notariat ofisində onun imzasını saxtalaşdırılmaqla AR-İİ № 135206 qeydiyyat Reyster №si 7-E 6345 etibarnamə tərtib edərək İddiaçı mülkiyyətini ələ keçirməsi. 2.) Cavabdeh1 İddiaçı Nurəddin oğluna məxsus qeyd olunan Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsini nağd pulla almışdısa niyə görə İddiaçı Nurəddin oğlu ilə arasında alqı-satqı müqaviləsi bağlamamış, əksinə Nemətin ona Elmana olan inam etibarından sui-istifadə etməklə, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə 1 saylı Abşeron rayon notariat ofisində xx.xx.2020- ci il tarixində Cavabdeh1 bütün hüquqlarından istifadə hüququna malik olan etibarnamə alması 3.) 1 saylı Abşeron rayon notariat ofisində xx.xx.2020-ci il tarixində Cavabdeh1 bütün hüquqlarından istifadə hüququna malik olan etibarnamə vasitəsi ilə xx.xx.2022-ci il tarixində saat 10:36-da Cavabdeh1 tanışı olan şəxs Cavabdeh2 hüquqlarını vermiş və həmin gün də xx.xx.2022-ci il tarixində saat 10:38-da 2 dəqiqə fərqlə Cavabdeh2 da Abşeron Rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsini Cavabdeh1 guya 70000 (yetmiş min) AZN-ə satması barədə alqı-satqı müqaviləsi sübut edir ki Elman bir başa qeyd olunan torpaqı adına rəsmiləşdirə bilmirdi və buna görə də formal olaraq Raminə hüquqları ötürərək Raminlə öz aralarında alqı - satqı etmişdir. 4.) 2 saylı Abşeron rayon notariat ofisin xüsusi notariusu X15 tərəfindən rəsmiləşdirilmiş (Reyestrdə 3M-180 № si ilə qeyd edilib) xx.xx.2022-ci il tarixində Cavabdeh2 və Cavabdeh1 arasında 0.70 ha torpaq sahəsi rəsmiləşdirilərkən ödəniş notarusun bankdakı depozit hesabı ilə deyil nağd şəkildə aparılmışdır. Burda da 70000 (yetmiş min) AZN formal göstərilmişdir. 5.) xx.xx.2022-ci il tarixində Cavabdeh1 Cavabdeh2 0.70 ha torpaq sahəsi üzərində ötürülmüş hüquqları etibarnaməsi və Cavabdeh2 və Cavabdeh1 arasında müqaviləsi Azərbaycan Respulikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyster baş idarəsi tərəfindən yoxlama aparılmış 2 saylı Abşeron rayon notariat ofisin xüsusi notarisu X15 yol verdiyi qanun pozuntularına görə Notariat haqqında qanun 26-1 ci maddəsinə əsasən xəbərdarlıq edilmişdir. 6.) my.gov.az elektron portalında qeyd olunan torpaq sahəsi bu günkü tarixədək İddiaçı Nurəddin oğlunun mülkiyyəti kimi qeyd olunması İddiaçı Nurəddin oğlunu arxayın salınması üçün nəzərdə tutulub. Beləliklə yuxarıda qeyd olunmuş və baş vermiş hadisələri təhlil etdikdə məlum olur ki Cavabdeh1 bacısı oğlu İddiaçı Nurəddin oğlunun ona olan etibar inamından sui-istifadə etməklə aldadaraq İddiaçı Nurəddin oğluna məxsus olmuş Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyster Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixində verilmiş qeydiyyat №-si **********, reyster №li **********08 və seriya RX №-si ******* olan çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsini aldatma yolu ilə özününküləşdirmişdir. 2 saylı Abşeron rayon notariat ofisin xususi notariusu X15 Azərbaycan Respublikası Konstitusiyası Maddə 79 və Maddə 80 kobudcasına pozmuşdur. 2 saylı Abşeron rayon notariat ofisin xüsusi notarisu X2 Nemət Nurəddin oğluna məxsus olan Abşeron Rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsini dolaysı yolla Cavabdeh1 adına rəsmiləşdirməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339 və 359.1-ci maddələrinin tətbiq edilməməsi və onun Konstitusiyanın 13 və 29-cu maddələrində nəzərdə tutulan mülkiyyət və konstitusiyon hüquqları pozulmuşdur. Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələrdə mülkiyyət hüququ ilə bağlı olan işlər üzrə mülki qanunvericiliyin müvafiq maddələrinin məzmunu, mülki qanunvericiliyin prinsiplərinə uyğun olaraq mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və s. tətbiq edilməlidir. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Beləliklə yuxarıda qeyd olunmuş və baş vermiş hadisələri təhlil etdikdə açıq-aydın görünür ki Cavabdeh1 Abşeron Rayonu Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsini bacısı oğlu İddiaçı Nurəddin oğlunun dayısına olan etibar inamından sui -istifadə edərək öz mülkiyyətinə kecirmişdir. Cavabdeh1 İddiaçı Nurəddin oğlu tərəfindən xx.xx.2020-ci il tarixində 1 saylı Abşeron rayon notariat ofisində ARİİ № 195359 Qeydiyyat №si 7E-8955 etibarnamədən öz xeyrinə istifadə etmişdir. Belə ki, Cavabdeh1 Cavabdeh2 xx.xx.2022-ci il tarixində 2 saylı Abşeron rayon notariat ofisində AR İİ №si 598098 Reyster-də 7E-788 verilmiş etibarnamə üzrə Cavabdeh2 uydurma əqdir ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Bu da Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.2-ci maddəsi nəzərdə tutur ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsız hesab olunur (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri). Beləliklə, Mülki Məcəllənin 337.2, 337.3, 337.4, və 340.1-ci maddələrinin tələblərinə görə predmeti olmayan alqı satqı müqaviləsi etibarlı sayıla bilməz və bağlandığı andan yalan və əhəmiyyətsiz əqd hesab olunmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin məhkəməyə vəsatətlə müraciət edərək 2(012)-4630/2025 saylı iş üzrə cavabdehlər Cavabdeh1 Cavabdeh2 və digər adları qeyd olunan şəxslərin əməlində cinayət tərkibi olduğu üçün xüsusi qərardad çıxarılmasını da xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək rədd olunmasını xahiş etdi və izahatında göstərdi ki, iddia ərizəsində müqavilənin və sair sənədlərun etibarsızlığı üçün heç bir hüquqi əsas yoxdur. Abşeron Rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsinin icarə hüquqları xx.xx.2013-cü il tarixində verilmiş qeydiyyat №-si **********, reyestr №li **********08 və seriya RX № si ******* olan çıxarışa əsasən vaxtilə iddiaçının adına olmuş digər əmlaklar kimi formal olaraq adına rəsmiləşdirilmişdir. Buna dair iddiaçının adına olmuş və sonradan Cavabdeh1 (Ayan MMC-yə) keçrdiyi (qaytardığı) avtomaşınların texniki pasportların surətləri təqdim edilmişdir. İddiaçı Abşeron Rayonu, Xirdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsinin icarə hüquqları ilə bağlı xx.xx.2020-ci ildə verdiyi ARİİ № 195359 Qeydiyyat №si 7E-8955 etibarnaməsi də adına vaxtilə formal olaraq rəsmiləşdirilmiş əmlakların Cavabdeh1 (Ayan MMC-yə) keçirilməsi (qaytarılması) prosesinin davamı idi. 0.70 ha torpaq sahəsinə İddiaçı heç bir aidiyyatı olmamışdır və hazırda da yoxdur. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, 2023-cü ilda İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmlak tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşquların və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavatorun cavabdehin qanunsuz sahibliyindən alınaraq geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı xx.xx.2023-cü il tarixdə ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, nəqliyyat vasitələrinin istifadəyə tam yararlı vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə İddiaçı nümayəndəsi və vəkili Yegane Murtuzayeva izahatında "xxxx" MMC-ə və Cavabdeh1 aid avtomaşınları, eləcə də daşınmaz əmlakları o cümlədən Abşeron Rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsini qaytardığını bildirərək iki ədəd yarımqoşquların və ekskavatorun onalara məxsus olduğunu bildirmişdir. Sonradan həmin işə Sumqayıt Apellyasiya Məhkəməsində (2(105)-1145/2023 nömrəli) baxılanda yenə də eyni məzmunda izahat vermişdir. Bundan başqa Abşeron Rayon Məhkəməsində 3(012)-1963/2024 nömrəli, 3(012)-177/2024 nömrəli, 3(012)997/2025 nömrəli, Sumqayıt Apellyasiya Məhkəməsində 3(105)-567/2024 nömrəli və 3(105)-163/2025 nşmrəli işlərə baxılanda İddiaçı özü iştirak etmiş və həmin işlərdə izahatlarında "xxxx" MMS-yə və Cavabdeh1 aid avtomaşınları, eləcə də daşinmaz əmlakları o cümlədən Abşeron rayonu, Xirdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsini qaytardığını bildirərək iki ədəd yarımqoşquların və ekskavatorun onalara məxsus olduğunu bildirmişdir. Xahiş edir ki, hazırda icraatınızda olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı etibarnamənin, alqı-satqı müqaviləsinin, çıxarışın və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(012)-4630/2025 saylı mülki iş üzrə iddia müddəti ilə bağlı ərizəni tətbiq edərkən 2(012)-627/2023 saylı mülki işdə keçirilmiş məhkəmə iclası və ondan sonra keçirilmiş digər məhkəmə iclaslarında yuxarıda göstərilən izahatları nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılsın. Cavabdeh1 məhkəməyə digər ərizələrlə də müraciət edərək hazırki işə iddia müddətinin tətbiq edilməsini və İddiaçı vicdansızcasına əsassız iddia qaldıraraq onun vaxtını aldığı üçün ondan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən xeyrinə min manat tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin vəkili-nümayəndəsinin izahatlarını, dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, eləcə də məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymətləndirməklə, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən təqdim edilmiş xx.xx.2022ci il tarixində 2 saylı Abşeron rayon notariat ofisində 3M-180 № reyster nömrəli müqaviləyə dair surətləri lazımi qaydada təsdiq olunmuş notariat icraatına baxış keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2013-cü il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»na əsasən dövlət mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.70 ha torpaq sahəsi icarə müqaviləsi və icarə hüququnun alqı-satqı müqaviləsi ilə İddiaçı məxsusdur. -İddiaçı tərəfindən 1 saylı Abşeron rayon notariat ofisində xx.xx.2020-ci il tarixində Cavabdeh1 bütün hüquqlarından istifadə hüququna malik olan etibarnamə əsasında xx.xx.2022-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində Cavabdeh1 etibarnamə üzrə səlahiyyətləri Cavabdeh2 ötürmüşdür. (AR İİ №si 598098 Reyestr-də 7E-788) -Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixində 2 saylı Abşeron rayon notariat ofisində Reyestrdə 3M-180 № si ilə qeydə alınmış torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 guya 70000 (yetmiş min) AZN-ə satmışdır. Müqaviləni İddiaçı əvəzinə xx.xx.2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. -ünvan 2 ünvanında qeydiyyatda olan X4 xx.xx.2022-ci il tarixdə 1 saylı Abşeron rayon notariat ofisində imzası təsdiq edilmiş **********311 saylı ərizəsindən görünür ki, o **********08 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı Nurəddin oğlunun icarəsinlə olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerleşen 0,70 ha torpaq sahesi üzərində olan icarə hüququnun satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipotekaya (girova) qoyulmasına heç bir etirazı yoxdur. -Abşeron rayon İcra Hakimiyyətinin notariat kontorlarına və İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 ünvanladığı xx.xx.2022-ci il tarixli A-5-091/2022 saylı məktubundan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti vətəndaş İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №li çıxarışla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerleşen icarəsində olan 0,70 ha torpaq sahəsi üzərindəki icarə hüququnun kənd təsərrüfatı təyinatla torpaq sahələrinin kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli rolu olduğunu və ərzaq təhlükəsizliyi baxımından müstəsna əhəmiyyə kəsb etdiyini nəzərə alaraq həmin torpaqdan təyinatı üzrə istifadə edəcəyi təqdirdə qanuna müvafiq olaraq alqı-satqı yolu ilə Cavabdeh1 satılmasına etiraz etmir. -1 saylı Abşeron rayon notariat ofisində xx.xx.2020-ci il tarixində Cavabdeh1 bütün hüquqlarından istifadə hüququna malik olan etibarnamədən (ARİİ № 195359 Qeydiyyat №si 7E-8955) görünür ki, Abbasov X5 rayonu 1 saylı notariat ofisində qeyd edilən torpaq sahəsi üzərində sərəncam vermək və digər səlahiyyətləri ona etibar etmisdir. Etibarnamə 20 il müddətinə verilmiş və etibarnamədə səlahiyyətləri başqa şəxsə verilə bilər qeyd edilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, «Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2013-cü il tarixli çıxarışına əsasən dövlət mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.70 ha torpaq sahəsi icarə müqaviləsi və icarə hüququnun alqı-satqı müqaviləsi ilə sizə məxsus olmuşdur. Sizin adınızdan xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində Aydın Qarayevə verilən etibarnamə əsasında sonuncu xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 31 saylı notariat ofisində həmin torpaq sahəsi ilə bağlı icarə hüququ üzrə sərəncam verməyi və digər səhaliyyətləri Vahid Əsgərova, sonuncu xx.xx.2020-ci il tarixdə etibar edilmişi etibar etmə qaydasında yenidən səlahiyyətləri A.Qarayevə ötürmüşdür. (etibarnamə xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüşdür) A.Qarayev Bakı şəhəri 31 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə sizin adınızdan qeyd edilən torpaq sahəsi üzərində icarə hüquqlarını V.Əsgərova satmış, daha sonra xx.xx.2020-ci il tarixdə sizin və V.Əsgərovun ərizələri əsasında həmin müqavilə ləğv olunmuşdur (Bakı şəhəri 31 saylı notariat ofisindəki notariat hərəkətlərini sabiq notarius Ramiz Hümmətov aparmışdır). Daha sonra xx.xx.2020-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisində siz qeyd edilən torpaq sahəsi üzərində sərəncam vermək və digər səlahiyyətləri Cavabdeh1 etibar etmisiniz. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində Cavabdeh1 həmin etibarnamə üzrə səlahiyyətləri Cavabdeh2 ötürmüş, sonuncu həmin gün sizin adınızdan qeyd edilən torpağa icarə hüquqlarını 70000 manata Cavabdeh1 satmışdır (xüsusi notarius Günay Məsimova). Qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə müqavilə rəsmiləşdirilərkən ödəniş notariusun bankdakı depozit hesabı vasitəsilə deyil, nağd şəkildə edilmişdir. Qeyd olunan pozuntuya görə xüsusi notarius Günay Məsimovaya “Notariat haqqında” Qanunun 26-1-ci maddəsinə əsasən xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,7 ha torpaq sahəsinin Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-180 reyestr nömreli Torpağın icarə hüquqlarının alqı satqısı müqaviləsi əsasında digər fiziki şəxsin adına icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlat Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı Nurəddin oğlunun adına Xaçmaz rayonu, Şollar qəs. 0,12ha yaşayış məntəqələrinin torpaqları qeydə alınmış, onun adına digər daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə də işin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh2 və Cavabdeh1 arasında 2 saylı Abşeron rayon notariat ofisində Reyestrdə 3M-180 №si ilə qeydə alınmış “Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi” bağlamış və sözügedən torpaq sahəsininin mülkiyyət hüququ iş üzrə Cavabdeh1 mülkiyyətinə keçmişdir. Hal-hazırda İddiaçı Nurəddin oğlu Cavabdeh1 mülkiyyətində olan Abşeron Rayonu, Xirdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsinə dair çıxarışı və bu çıxarışın verilməsinə əsas olmuş özünün Cavabdeh1 verdiyi etibarnamə (ARİİ № 195359 Qeydiyyat №si 7E-8955) əsasında sonuncunun Cavabdeh2 verdiyi AR İİ №si 598098 Reyestr-də 7E- 788 etibarnaməni və onlar arasında xx.xx.2022 ci il tarixində 2 saylı Abşeron rayon notariat ofisində Reyestrdə 3M-180 №si ilə qeydə alınmış alqı-satqı müqaviləsinin qanuniliyini mübahisələndirir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1. maddəsinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1, 324.2, 324.4 və 324.5. maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1. maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2 maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3 maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 351.2. maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3. maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 340.1. maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. 340.2. maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1 maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

404. maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə həmçinin də qeyd edir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə qeyd edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə həmçinin qeyd edir ki, əqdə əsaslanan və ya əqdin etibarsızlığının təsbit olunmasına dair tələblərə baxarkən yalnız formal tələbləri yoxlamaqla kifayətlənməməli, bəyan edilmiş iradənin formalaşmasına əsas olmuş şəraiti, niyyəti, tərəflər arasında müqaviləyə qədərki və sonrakı danışıqları və hərəkətləri nəzərə almalı, mübahisəli hüquq münasibətinə qiymət vermək tələb olunduqda, iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir Beləliklə, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İşin araşdırılmış hallarından məlum olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat №-li xx.xx.2013-cü tarixli **********08 reyestr №-li çıxarışa əsasən İddiaçı Nurəddin oğlunun icarəsində olan Abşeron Rayonu Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixindən başlayaraq 2232 saylı icarə müqaviləsi və xx.xx.2013-cü il tarixli 3M/71№li icarə alqı-satqı müqaviləsi üzrə 99 (doxsan doqquz) il müddətinə onun mülküyyətinə verilmişdir. Tərəflərin izahatlarına əsasən qeyd edilən torpaq sahəsi Cavabdeh1 məxsus olan "xxxx" MMC-nin torpaq sahəsi və DYP idarəsinin cərimə meydancasının arasında yerləşir. İşin materiallarından görünür ki, İddiaçı Nurəddin oğlu xx.xx.2007-ci il tarixdə Bakı şəhəri, 7 saylı notariat ofisində Aydın Qarayevə verilən etibarnamə əsasında sonuncu xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, 31 saylı notariat ofisində həmin torpaq sahəsi ilə bağlı icarə hüququ üzrə sərəncam verməyi və digər səhaliyyətləri Vahid Əsgərova, sonuncu xx.xx.2020-ci il tarixdə etibar edilmişi etibar etmə qaydasında yenidən səlahiyyətləri A.Qarayevə ötürmüş, o da Bakı şəhəri 31 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə İddiaçı Nurəddin oğlunun adından qeyd edilən torpaq sahəsi üzərində icarə hüquqlarını V.Əsgərova satmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunda görünür ki, xx.xx.2020-ci il tarixdə V.Əsgərovun və iddiaçının ərizələri əsasında həmin müqavilə ləğv olunmuş, sözügedən etibarnamə də xx.xx.2020-ci il tarixdə qüvvədən düşmüşdür. İddiaçı Nurəddin oğlu onun adından X7 verilmiş etibarnamə əsasında sonuncu 0.70 ha torpaq sahəsi üzərində bütün hüquqlarin X8 ötürülməsi barədə Bakı şəhəri 31 saylı natariat ofisində xx.xx.2020-ci il tarixdə AR-İİ № 135206 qeydiyyat Reyester №si 7-E 6345 etibarnamə tərtib olunmasını saxta olmasını bildirsə də həmin şəxslərin dayısı, cavabdeh olan Cavabdeh1 dostları olduğu üçün bu barədə heç bir hüquq mühafizə orqanına müraciət etmədiyini göstərmiş, bununla yanaşı xx.xx.2020-ci il tarixində 1 saylı Abşeron rayon notariat ofisində Cavabdeh1 bütün hüquqları da istifadə hüququna malik olan ARİİ № 195359 Qeydiyyat №si 7E-8955 etibarnamə verməsini etiraf etmişdir. İşin materiallarından görünür ki, iddiaçı tərəfindən sözügedən etibarnamə verildikdən 3 gün sonra onun həyat yoldaşı X10 xx.xx.2022-ci il tarixdə 1 saylı Abşeron rayon notariat ofisinə iddiaçı ilə birlikdə gələrək (ərizədəki fotodan onların hər ikisinin fotosu əks edilmişdir) imzaladığı **********311 saylı ərizəsində İddiaçı Nurəddin oğlunun icarəsinlə olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,70 ha torpaq sahəsi üzərində olan icarə hüququnun satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipotekaya (girova) qoyulmasına heç bir etirazı olmamasını göstərmişdir. Məhkəmə qeyd edir ki, X1 ərizəsi hazırda da qüvvədədir, ləğv edilməmiş və hazırki iddianın da predmeti deyildir. İşin materiallarından həmçinin görünür ki, iddiaçı saxta hesab etdiyi, yəni, mübahisəli torpaq sahəsini almamışdan əvvəl xx.xx.2007-ci il tarixdə Bakı şəhəri, 7 saylı notariat ofisində Aydın Qarayevə verdiyi etibarnamə qüvvədə olarkən o, İddiaçı Nurəddin oğlunun ona verilmiş səlahiyyətləri əsasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, 31 saylı notariat ofisində həmin torpaq sahəsi ilə bağlı icarə hüququ üzrə sərəncam verməyi və digər səhaliyyətləri Vahid Əsgərova, sonuncu isə xx.xx.2020-ci il tarixdə etibar edilmişi etibar etmə qaydasında yenidən səlahiyyətləri A.Qarayevə ötürmüşdür. İşin materiallarından daha sonra görünür ki, A.Qarayevə verilmiş səlahiyyətləri özündə əks etdirən etibarnamə qüvvədən düşdükdən sonra, İddiaçı Nurəddin oğlunun yenidən eyni səlahiyyətləri, yəni, qeyd edilən torpaq sahəsi üzərində sərəncam vermək və digər səlahiyyətləri dayısı Cavabdeh1 etibar etməsinə dair xx.xx.2020-ci il tarixində ona 20 il müddətinə etibarnamə vermiş və etibarnamə ilə səlahiyyətləri başqa şəxsə verilə bilməsini də göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının saxta hesab etdiyi, lakin saxtalığı heç bir aidiyyatı orqanın qərarı ilə təsdiq olunmamış etibarnamə və onun hüquqi nəticələri hazırda qüvvədə deyildir, eləcə də hazırki işin iddia predmeti olmadığı üçün həmin etibarnamə ilə əlaqədar məsələlərə dair iddiaçının dəlillərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, İddiaçı Nurəddin oğlunun bu sənədlərlə mülkiyyətinin ələ keçirməsinin qarşısının alınmasını göstərsə də, özü tərəfindən 1 saylı Abşeron rayon notariat ofisində xx.xx.2020-ci il tarixində dayısı olan Cavabdeh1 verdiyi AR İİ № 195359 Qeydiyyat №si 7E-8955 etibarnamənin və onun hüquqi nəticələrini də 5 ildən sonra eyni əsaslarla mübahisələndirir və etibarnamənin də əsasən könüllü olaraq verməməsinə, aldadılmasına istinad edir. Məhkəmə konkret olan iddia tələbləri üzrə ilk növbədə 1 saylı Abşeron rayon notariat ofisində xx.xx.2020-ci il tarixində İddiaçı Cavabdeh1 verdiyi sözügedən etibarnamə əsasında sonununcunun Cavabdeh2 verdiyi AR İİ №si 598098 Reyestr-də 7E- 788 etibarnamənin qanuniliyinə hüquqi qiymət verilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır Məhkəmə hesab edir ki, iddiaçının bu hissə üzrə etibarnamənin qanunsuz olmasına dair izahatı özü-özlüyündə tələbinin əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə işin faktiki aradırılmış halları baxımından qeyd edir ki, iddiaçının cavabdeh olan dayısı Cavabdeh1 ilə aralarında şəxsi müstəvidə mübahisələrin olması faktı aşkardır və bu tərəflərin izahatları ilə yanaşı, işdə olan qanuni qüvvəsini almış məhkəmə aktları ilə də təsdiq olunur. Həmin qanuni qüvvəsini almış qərardan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayısı Cavabdeh1 təsisçisi və direktoru olduğu "xxxx" MMC-də direktor müavini vəzifəsində çalışmış, xx.xx.2009-cu il tarixdən “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2010-cu il tarixdən “Schmitz” markalı 10-ZG045 dövlət qeydiyyat nişanlı yarımqoşqular, AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator onun mülkiyyətində olmuş, bu texnikaların kimə məxsus olmasına dair uzun sürən məhkəmə çəkişmələri baş vermişdir. Məhkəmə hazırki mübahisəyə məhz yuxarıda sadalanan qanunvericilik normalarının tətbiqi baxımından yanaşılmalı olmasını qeyd etməklə bərabər hesab edir ki, iddiaçının dayısı olan cavabdehə olan inam etibarıdan sui-istifadə etməklə, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə 1 saylı Abşeron rayon notariat ofisində ondan xx.xx.2020-ci il tarixində sonuncuya bütün hüquqlarından istifadə hüququna malik olan etibarnamə almasının aldatma yolu ilə baş verməsini sübut edə bilməmişdir. Məhkəmə bu konkteksdə qeyd edir ki, yuxarıda sadalanan maddi normalarının məzmununa əsasən “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Bu əsasla əqdin mübahisələndirilməsi yalnız şəxsin məhz əqd bağlanması məqsədilə aldadıldığı, həmçinin aldatma nəticəsində bağlanmış əqdin onun aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxsdə (şəxslərdə) səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onun (onların) bu fikirə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Lakin iş materiallarından görünür ki, iddiaçı aldanma ilə bağlı heç bir mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. Məhkəmə daha sonra qeyd edir ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: -Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; -Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; -Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Həmçinin məhkəmə qeyd edir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (m. 337.3.). Bu əqdlər forma və məzmun tələblərinə riayət olunmadan bağlanmış, uydurma və yalan əqdlər hesab olunurlar (düzələ bilməyən etibarsızlıq). Hazırki işə münasibətdə mübahisələndirilən etibarnamə və əqdin forma və məzmun tələblərinə riayət olunmuşdur. Odur ki, əhəmiyyətsizliyin digər əsasları (uydurma və yalan) nəzərdən keçirilə bilər. Uydurma əqd zamanı tərəflərin real hüquq münasibətlərinə girmək və həqiqi hüquqi nəticə yaratmaq məqsədləri olmur. Əqd yalnız görünüş yaratmaq məqsədilə bağlanır. Uydurma əqdin əlaməti – real icranın olmamasıdır. Yalnız bir tərəfin vicdansız niyyəti əqdin uydurma olması üçün əsas təşkil etmir. Uydurma əqdin tərəfləri başqalarının gözündə bağladıqları əqdin «qanuni» olması görüntüsünü yaratmaq üçün onun bütün formal tərəflərinə əməl edirlər. Adətən uydurma əqdin məqsədi – kreditorlardan əmlakı gizlətmək və ya digər şəkildə aktivlərin itirilməsinə yol verməmək olur. Məsələn, əmlakından məhrum olmaq istəməyən borclu onu bağışlama, alqı-satqı və s. əqd üzrə qohumunun və ya başqa şəxsin adına rəsmiləşdirir. Başqa sözlə, uydurma əqd zamanı hər iki tərəf eyni mənafedən çıxış edir və vahid məqsəd güdür. Uydurma əqd başqa əqdi pərdələyə və yalan əqdin elementlərini özündə əks etdirə bilər. Məsələn, tərəflər vəsaitlərin köçürülməsi barədə razılığa gəliblər, ancaq bilirlər ki, bu baş verməyəcək. Burada əvəzli əqd əvəzsiz əqdi pərdələyir. Göründüyü kimi, əqdin uydurma olması üçün hər iki tərəfin də bunun üçün birbaşa niyyəti olmalı, onların hər ikisi də eyni mənafedən çıxış etməli və real (hüquqi) nəticə gözlənilməməlidir. Yəni, əqd ancaq kağız üzərində rəsmiləşdirilmiş vəziyyətdə qalmaqla icra olunmur. Uydurma əqd, bir qayda olaraq, onda iştirak edən tərəflərdən birinin mənafeyi baxımından (əmlakı mümkün gələcək bölgüdən yayındırmaq, borc öhdəliyi üzrə tutmanın gələcəkdə əmlaka yönəldilməsinin qarşısını almaq məqsədilə) bağlanır. Göstərilən hallar hazırki işdə müəyyən olunmur, ona görə də bağlanmış əqdin uydurma əqd olması nəticəsinə gəlmək mümkün deyildir. Həmçinin də məhkəmə qeyd edir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanan əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020 və xx.xx.2021-ci il tarixli qərarları). Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı). Yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu MM-nin 340.2- ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Göstərilən hallar da hazırki münasibətlərdə müəyyən olunmur. Məhkəmə daha sonra qeyd edir ki, qanunvericiliyə görə mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka dair sahiblik, istifadə və sərəncam hüquqları elementlərindən, hissələrindən ibarətdir və bu hüquqların hər hansı birinin həyata keçirilməsi mütləq şəkildə digər hüquqlardan asılıdır. Mülkiyyət hüququnun tərkib elementi olan istifadə və sahiblik hüquqlarının pozulması, artıq, sərəncam hüquqlarının da daxil olduğu mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Lakin məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı mülkiyyətçi olaraq, həyat yoldaşının da etiraz etmədiyi torpaq sahəsi üzərindəki səlahiyyətləri dayısı olan cavabdehə hər hansı niyyətlə, özünün təbirincə deyilsə torpağa görə kompensasiya alınması məqsədi ilə verilməsini sübut edə bilməmişdir. Məhkəmənin qənaətinə görə belə bir niyyəti olmuş olsa idi etibarnamə verilməsindən və onun da əsasında alqı-satqı müqaviləsinin bağlanmasına qədər olan müddət ərzində cavabdehdən buna dair hər hansı formada tələbinin olmaması, aralarında bununla əlaqədar yazışmalar (sms, vatsap yazışmaları) olmaması bu dəlilin də əsassız olmasını bir daha təsdiq edir. Məhkəmə cavabdeh tərəfin qeyd edilən etibarnamənin verilməsinin səbəbinin təkcə qeyd edilən torpaq sahəsinin deyil, digər əmlakların da özünün və "xxxx" MMC-nin (direktoru və təsisçisi Cavabdeh1) vəsaiti hesabına vaxtilə yanında işləyən bacısı oğlu, İddiaçı adına formal olaraq rəsmiləşdirdirməklə, sonuncunun da cavabdehin tələbi ilə başqa əmlaklar kimi həmin torpaq sahəsini də geri qaytarması ilə bağlı olmasına dair dəlillərini inandırıcı sayır. Cavabdeh tərəfin bu dəlilləri təkcə izahatları ilə deyil, həm də elektron sistemlə təqdim edilmiş İddiaçı adına olmuş çoxsaylı, müxtəlif markalı avtomaşınların texniki pasportların məzmunları ilə təsdiq olunur. (avtomaşınlar İddiaçı tərəfindən "xxxx" MMC-nin adına keçirilməklə Cavabdeh1 qaytarılmışdır,) Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən etibarnamənin cavabdehə verilməsi onun vaxtilə formal olaraq adına rəsmiləşdirilmiş əmlakların "xxxx" MMC-nin adına keçrilməsi (Cavabdeh1 qaytarılması) prosesinin davamı olmasına dair dəlilləri cavabdehin iddiaya olan etirazın əsası kimi istinad etdiyi hallarla tam uzlaşır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından İddiaçı iddiası üzrə öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Beləliklə də məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Cavabdeh1 Abşeron Rayonu, Xirdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsini bacısı oğlu İddiaçı Nurəddin oğlunun ona olan etibarından, inamından sui-istifadə edərək öz mülkiyyətinə kecirməsi, başqa sözlə, cavabdehin iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcısı olmaması, mülkiyyətində olan torpaq sahəsinə dair aldatma və digər qanunsuz yollarla etibarnamə almasını təsdiq edən əsaslar hazırkı işdə mövcüd deyildir. Məhkəmə iddiaçının xx.xx.2022-ci il tarixində Cavabdeh2 Abşeron Rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsini Cavabdeh1 guya 70000 (yetmiş min) AZN-a satması barədə alqı-satqı müqaviləsinin özünün birbaşa qeyd olunan torpağı adına rəsmiləşdirə bilməməsi və buna görə də formal olaraq Cavabdeh2 hüquqları ötürərək sonuncu ilə öz aralarında alqı-satqı etməsinə dair dəlili ilə bağlı qeyd edir ki, bu dəlil iddianın təmin olunması üçün ona görə əsas yaratmır ki, işin araşdırılmış həqiqi halları məhkəməyə bu qənaətə gəlməyə kifayət qədər əsas vermişdir ki, iddiaçının özünün və həyat yoldaşının Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.70 ha torpaq sahəsi ilə bağlı Cavabdeh1 qanuni əsaslarla verdikləri etibarnamə əsasında o faktiki olaraq həmin torpaq üzərində bütün hüquqlarını cavabdehə (dayısına) könüllü olaraq verməklə faktiki olaraq torpağı bir növ onun özünə qaytarması üçün hüquqi zəmin yaratmışdır. Məhkəmədə bu qənaətin bir daha formalaşmasına etibarnamənin müddətinin 20 il göstərilməsi və etibarnamə üzrə səlahiyyətlərin də başqa şəxsə ötürülməsinin mümkünlüyünün qeyd edilməsi də öz təsirini göstərmişdir. Başqa sözlə, etibarnamə hər hansı konkret niyyətlə verilsə idi, orada bu niyyətlə bağlı səlahiyyət, müəyyən qısa müddət və etibarnamə üzrə səlahiyyətlərin də başqa şəxsə ötürülməməsinin qeyd edilməsi, ən əsası isə həyat yoldaşının mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı razılıq ərizəsinin olmaması halında iddiaçının dəlilləri müəyyən mənada inandırıcı görünə bilərdi. Belə ki, yalnız bu halda verilmiş etibarnamə əsasında torpaq üzərində hər hansı digər formada özgəninkiləşdirilmə aparıla bilməzdi və hazırki mübahisə yaranmazdı. İşin materiallarından da görünür ki, qeyd edilən etibarnamə ilə mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanana, eləcə də hazırki iddia qaldırılana qədər olan müddət ərzində iddiaçının torpaq sahəsi ilə bağlı cavabdehlə aralarında heç bir mübahisə, anlaşılmamazlıq olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh ona verilmiş qanunvericiliyin tələbləri baxımından qanuni sayılan sənədlər əsasında mübahisəli torpaq sahəsi üzərində öz mülahizəsinə əsasən sərəncam verməyə tam səlahiyyətli olduğu üçün torpağın öz adına rəsmiləşdirilməsi (qaytarılması) prosesi zamanı müəyyən nöqsanlara yol verilsə də (bununla bağlı notarus barədə tədbirlər görülmüşdür) bu hal yuxarıda sadalanan və hüquqi qiymət verilən işin faktiki halları baxımından iddianın təmin edilməsi üçün əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə xüsusilə qeyd etməyi zəruri sayır ki, hazırkı mübahisənin yaranmasına (yəni, iddiaçının və yoldaşının könüllü olaraq, heç bir təzyiq və ya təhdid olmadan qanuni əsaslarla etibarnamələr verildiyi halda hazırkı əsassız iddianın qaldırması) tərəflərin qohum olmaqla aralarında yaranmış şəxsi münasibətlərdə də bir növ münaqişəli (qərəzli) vəziyyətinin mövcudluğu da istər-istəməz öz təsirini göstərmişdir. Belə ki, iddiaçı iddia tələbinin əsaslandırılması ilə bağlı izahatında cavabdeh olan dayısının ona məxsus texnikaları bilərəkdən keçən müddət ərzində təhvil verməməsini və bunun da digər uzun sürən məhkəmə çəkişmələrinin predmeti olmasını, mübahisənin hələ də başa çatmamasını xüsusilə vurğulamış, cavabdeh tərəf isə iddiaçının 2017-ci ilədək olan dövrə qədər onun həyat şəraiti ilə bağlı ona dayısı kimi təmənnasız olaraq bütün şəraitləri yaratmasını, işlərində dəstək olmasını, bir sözlə hər formada köməkliklər göstərməsinə baxmayaraq özünün adına formal rəsmiləşdirilmiş əmlakların bəzilərini cavabdehə qaytarsa da, bəzilərini isə qaytarmaq əvəzinə, özününkiləşdirməklə əsassız mübahisələr yaratmasını və iddialar qaldırmasını göstərmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı).” Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından, təqdim etdiyi dəlilləri sübut olunmadığından iddiası əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iddiaçının xüsusi qərardad çıxarılmasına dair vəsatətinə qiymət verərək hesab edir ki, araşdırma zamanı cavabdehlər Cavabdeh1 Cavabdeh2 əməllərində cinayət tərkibi olması kimi hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin cavabdehin iddiaçının cərimə olunması və hazırkı mübahisəyə iddia müddətinin tətbiqinə dair ərizələri ilə bağlı qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmayaraq əsassız olsa da, hüququnun pozulmasını iddia etməklə məhkəmə müdafiə hüququndan istifadə etməsi onun Azərbaycan Respublikasının MPM-nin 120-ci maddəsinin tələbləri baxımından cərimə olunması üçün məqbul deyildir və iddia əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlindiyi üçün iddia müddətinin tətbiqinə dair ərizənin dəlillərinin qiymətləndirilməsinə zərurət qalmamışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun: - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Mülki Prosessual Məcəllənin; -217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «etibarnamənin və torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı müqaviləsinin etibarsızlığı, torpaq sahəsinin mülkiyyətinə qaytarılması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar