Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4649/2021 18.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin 20.02.2017-ci il tarixli 008274 saylı, 09.08.2017-ci il tarixli 010397 saylı, 14.12.2017-ci il tarixli 089135 saylı, 01.06.2018-ci il tarixli 108113 saylı, 20.08.2018-ci il tarixli 109897 saylı aktlarının etibarsız hesab edilməsi və əlavə sərfiyyata görə əsassız olaraq hesablanmış 1448,48 manat pulun və sayğaca görə 2635,11 manat qalıq borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Belə ki, o, yaşadığı mənzilin kommunal ödənişlərini vaxtıvaxtında, heç bir gecikmə olmadan ödəməyinə baxmayaraq cavabdeh tərəfindən ona 2635,11 manat qalıq borc və əlavə sərfiyyata görə isə 1448.48 manat əlavə borc hesablanmışdır. "xxxx" ASC-nin nümayəndələri tərəfindən yaşadığı evldə aparılan yoxlama zamanı guya sayğaca kənar müdaxilə olunaraq əlavə xətt qoşulması aşkar edilmiş və müvafiq aktlar tərtib edilmişdir. Bildirir ki, cavabdeh tərəfindən elektrik enerjisi sərfiyyatına görə hesablanmış borcun araşdırılması üçün o, Azərbaycan Respublikası Energetika Nazirliyinə 20.05.2021-ci il tarixdə müraciət etmiş, müraciətinə Enerji X1nin Sumqayıt filialında baxılaraq müvafiq araşdırma aparılmışdır. Belə ki, müraciəti əsasında aparılmış araşdırmalara görə cavabdeh "xxxx" ASC tərəfindən ona 20.02.2017-ci il tarixli 008274 saylı akta əsasən itirilmiş enerjinin bərpası məqsədilə araşdırılma aparılaraq 6653 kVts (dəyəri 465,71 manat), 09.08.2017-ci il tarixli 010397 saylı akta əsasən 1552 kVts (dəyəri 170,72 manat), 14.12.2017-ci il tarixli 089135 saylı akta əsasən 3607 kVts (dəyəri 360,77 manat), 01.06.2018-ci il tarixli 108113 saylı akta əsasən 2328,48 kVts (dəyəri 256,13 manat), 20.08.2018-ci il tarixli 109897 saylı akta əsasən 1774,08 kVts (dəyəri 195,15 manat) elektrik enerjisi sərfiyyatı əlavə edilmişdir. X2 Agentliyi tərəfindən aparılan müvafiq araşdırmalar nəticəsində məlum olmuşdur ki, cavabdeh tərəfindən aktlar tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin müddəaları pozulmuş, yəni yuxarıda qeyd edilən aktlar tərtib olunarkən hal şahidlərinin iştirakı təmin olunmamışdır. Buna görə də hesab edir ki, "xxxx" ASC tərəfindən yazılan borc əsassızdır və akt etibarsız sayılmaqla həmin borc məbləği silinməlidir. Belə ki, ona məxsus həmin ünvanda sayğaca onun tərəfindən heç bir müdaxilə olunmamışdır. Aktda yazılanlar tamamilə yalandır və həqiqəti əks etdirmir. Cavabdehin nəzarətçiləri tərəfindən akt sonradan idarələrində tərtib edilmiş, bununla Qanunun tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, onun həyat yoldaşı sürücü işləməklə evdə olmur, oğlu isə hərbi akademiyada təhsil alır. Sözügedən evdə o, özü tək yaşayır, özü müəllimə işlədiyindən saat 6-da evə gəlir. Beləliklə də, təkbaşına şəkildə onun özü tərəfindən qoşulması mümkün deyildir. Onun tərtib olunmuş aktlardan həmçinin, məlumatı da olmamışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X6 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərişıq ASC ilə abonent İddiaçı arasında 07.01.2021-ci il tarixli 305053 saylı elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmışdır. İddiaçı ona məxsus olan evə quraşdırılmış elektrik sayğacına kənar xətt vasitəsilə daxil olmuşdur. Azərişıq ASC-nin nümayəndələri tərəfindən buna dair 20.02.2017-ci il tarixli 008274 saylı, 09.08.2017-ci il tarixli 010397 saylı, 14.12.2017-ci il tarixli 089135 saylı, 01.06.2018-ci il tarixli 108113 saylı, 20.08.2018-ci il tarixli 109897 saylı aktlar tərtib olunmuş və həmin aktlara əsasən kənar xəttin ləğv olunması qərara alınmışdır. Həmçinin, həmin aktlar əsasında da iddiaçıya 2635.11, manat borc və əlavə sərfiyyata görə isə 1448.48 manat borc hesablanmışdır. Həmin borc məbləğləri də iddiaçı tərəfindən ödənilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: -Azərişıq ASC ilə abonent İddiaçı arasında bağlanmış 07.01.2021-ci il tarixli 305053 saylı elektrik enerjisinin alqı-satqısına dair müqavilənin surətindən görünür ki, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə Elektrik enerjisindən istifadə qaydalarını rəhbər tutmuşlar. -Azərişıq ASC-nin bildirişindən görünür ki, abonent kodu **********01646 olan İddiaçı qalıq borc olaraq 2635.11 manat hesablanmışdır. -Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 20.02.2017-ci il tarixli 008274 saylı aktdan görünür ki, İddiaçı məxsus olan evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğac sxemindən kənar xətt daxil olması müəyyən olunmuşdur. -Azərişıq ASC-nin 23.02.2017-ci il tarixli aktından görünür ki, abonent kodu **********01646 olan İddiaçı məxsus evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğac sxemindən kənar xətt daxil olması müəyyən olunmuş, 2.2 kvt x (0.7) x 24 saat x 180 gün = 6653 kvts, kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Aktın tərtib olunmasına əsas 20.02.2017-ci il tarixli 008274 saylı akt olmuşdur. -Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 09.08.2017-ci il tarixli 010397 saylı aktdan görünür ki, İddiaçı məxsus olan evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğac sxemindən kənar xətt daxil olması müəyyən olunmuş, kənar xətt giriş kabel izolyasiyası pozularaq çəkilmişdir. -Azərişıq ASC-nin 10.08.2017-ci il tarixli Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarının surətindən görünür ki, abonent kodu **********01646 olan İddiaçı məxsus evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğac sxemindən kənar xətt daxil olması müəyyən olunmuş, kənar xətt giriş kabel izolyasiyası pozularaq çəkilmişdir. 1.54 kvt x (0.7) x 24 saat x 60 gün = 1552 kvts, kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Aktın tərtib olunmasına əsas 09.08.2017-ci il tarixli 010397 saylı akt olmuşdur. -Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 14.12.2017-ci il tarixli 089135 saylı aktdan görünür ki, İddiaçı məxsus olan evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğac sxemindən kənar xətt daxil olması müəyyən olunmuş, kənar xəttin ləğv olunması qərara alınmışdır. -Azərişıq ASC-nin icra vərəqəsindən görünür ki, abonent kodu **********01646 olan İddiaçı məxsus evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğac sxemindən kənar xətt daxil olması müəyyən olunmuşdur. 3607-900=2707, 2707 x 0.11= 297.77 manat, 900 x 0.07 = 63 manat borc hesablanmışdır. Aktın tərtib olunmasına əsas 14.12.2017-ci il tarixli 089135 saylı akt olmuşdur. -Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 01.06.2018-ci il tarixli 108113 saylı aktdan görünür ki, İddiaçı məxsus olan evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğac sxemindən kənar xətt daxil olması müəyyən olunmuş, kənar xətdən axan yük ampermaşa vasitəsilə ölçülmüş, kənar xəttin ləğv olunması qərara alınmışdır. -Azərişıq ASC-nin icra vərəqəsindən görünür ki, abonent kodu **********01646 olan İddiaçı məxsus evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğac sxemindən kənar xətt daxil olması müəyyən olunmuş, 256.13 manat borc hesablanmışdır. Aktın tərtib olunmasına əsas 01.06.2018-ci il tarixli 108113 saylı akt olmuşdur. -Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 20.08.2018-ci il tarixli 109897 saylı aktdan görünür ki, İddiaçı məxsus olan evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğac sxemindən kənar xətt daxil olması müəyyən olunmuş, kənar xətdən axan yük ampermaşa vasitəsilə ölçülmüş, kənar xəttin ləğv olunması qərara alınmışdır. -Azərişıq ASC-nin icra vərəqəsindən görünür ki, abonent kodu **********01646 olan İddiaçı məxsus evə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğac sxemindən kənar xətt daxil olması müəyyən olunmuş, 195.15 manat borc hesablanmışdır. Aktın tərtib olunmasına əsas 24.08.2018-ci il tarixli 109897 saylı akt olmuşdur. -Azərişıq ASC-nin abunə haqqında sənədindən görünür ki, abunə kodu **********01646 olan İddiaçı məxsus ünvan 2 ünvanına yerləşdirilmiş elektrik sayğacına cəmi 3825.45 manat borc hesablanmışdır. -Energetika Nazirliyi Enerji X1 Sumqayıt Filialının İddiaçı ünvanlandığı 17.06.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı tərtib edilmiş aktlarla bağlı Qaydaların 8.35-ci bəndinə əsasən (Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər) məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. -Abşeron RPŞ tərəfindən verilmiş 24.12.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abasova X4 rayonu Hökməli qəsəbəsi A.Əhmədov küçəsi 9 saylı evdə qeydiyyatdadır. “Elektrik enerjisindən istifadə Qaydalarının: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenegetika haqqında, “Energetika haqqında Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentləri ilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı məxsus evə quraşdırılmış elektrik sayğacına görə abonent tərəfindən əlavə xətt yolu ilə qoşulması nəticəsində elektrik sayğacından istifadə qaydaları pozulmuş, sonuncu barəsində Azərişıq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş 20.02.2017-ci il tarixli 008274 saylı, 09.08.2017-ci il tarixli 010397 saylı, 14.12.2017-ci il tarixli 089135 saylı, 01.06.2018-ci il tarixli 108113 saylı, 20.08.2018-ci il tarixli 109897 saylı aktlara əsasən 2635.11 manat borc və əlavə sərfiyyata görə 1448.48 manat borc hesablanmışdır. Hazırda, iddiaçı həmin aktların ləğv edilərək aktlar əsasında hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. İddia tələbindən göründüyü kimi, iddiaçı iddia ərizəsində barəsində tərtib olunmuş aktların etibarsız hesab edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iddiaçı tərəfindən elektrik xəttinə qanunsuz qoşulması nəticəsində həmin aktların tərtib edildiyini bildirmişdir. Məhkəmə, mülki iş materiallarında olan aktlara hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş aktlar tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus elektrik sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, həmin aktlar tərtib olunması zamanı Elektrik enerjisindən istifadə Qaydalarının tələblərinə riayət edilməyərək iddiaçının və iki nəfər hal şahidinin iştirakı təmin edilmədən tərtib olunmuş, mülki iş materiallarına əlavə olunmuş 01.06.2018ci il tarixli 108113 saylı aktda isə iddiaçının “İmtina etdi” barədə qeyd aparılsa da, həqiqətən də həmin aktın iddiaçının iştirakı təmin olunmaqla aktı qəbul etməkdən imtina etməsi nəticəsi kimi tərtib olunması məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən sübuta yetirilməmiş, nə də, iddiaçı tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmuşdur. Göründüyü kimi, tərtib olunmuş aktlar natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktların qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının sübut üçün göstərdiyi aktlar qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa həmin aktda sayğaca kənar müdaxilə müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını istisna edir. Göründüyü kimi, bütün bunlar iddiaçının sayğaca müdaxilə edərək qeyri-qanuni elektrik enerjisindən istifadə olunmasını tamamilə inkar edir. Belə ki, Elektrik enerjisindən istifadə Qaydalarının 8.33. bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə 20.02.2017-ci il tarixli 008274 saylı, 09.08.2017-ci il tarixli 010397 saylı, 14.12.2017-ci il tarixli 089135 saylı, 01.06.2018-ci il tarixli 108113 saylı, 20.08.2018-ci il tarixli 109897 saylı aktlarla bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği yuxarıda qeyd olunan aktlar əsasında elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş həmin aktları sübut növü kimi qiymətləndirərək nəzərə ala bilər. Lakin yuxarıda da qeyd edildiyi kimi, tərtib olunmuş aktlar natamam şəkildə tərtib olunduğundan, qanunvericiliyin tələblərini əks etdirmədiyindən sübut növü kimi qəbul edilə bilməz, bu səbəbdən də iddia tələbləri bu hissədə təmin edilməməlidir. Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 9.12-ci bəndinə əsasən Enerji X1 üç gün əvvəl rəsmi xəbərdar etməklə, aşağıdakı hallarda istehlakçıya elektrik enerjisi verilişinin tam, yaxud qismən dayandırılmasını enerjitəchizatı müəssisəsindən və (və ya) əsas istehlakçıdan tələb etmək hüququna malikdir: 9.12.2. müəyyən edilmiş elektrik enerjisi sərfi rejimlərini pozduqda; 9.12.3. elektrik enerjisindən israfçılıqla və səmərəsiz istifadə etdikdə; 9.12.4. enerjitəchizatı müəssisəsinin və ya digər istehlakçının elektrik şəbəkəsinə özbaşına elektrikqəbulediciləri qoşduqda, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş göstəricilərdən artıq şəbəkəyə güc qoşduqda. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi tərəfindən iddiaçının elektrik xəttinə qanunsuz olaraq kənar qoşulmasının nədə ifadə olunması sübuta yetirilə bilməmiş, buna dair əsaslı sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçının mənzilindən kənarda quraşdırılmış elektrik sayğacına vaxtaşırı nəzarət etmək cavabdehin vəzifəsidir. Belə ki, Qaydaların 10.9. bəndinə əsasən, enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında abonent tərəfindən 20.02.2017-ci il tarixli 008274 saylı, 09.08.2017-ci il tarixli 010397 saylı, 14.12.2017-ci il tarixli 089135 saylı, 01.06.2018-ci il tarixli 108113 saylı, 20.08.2018-ci il tarixli 109897 saylı aktlar əsasında elektrik enerjisinə qanunsuz olaraq qoşulmaqla elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində hesablanmış 2635.11 manat qalıq borcun iddiaçıya məxsus **********01646 saylı abunent hesabından silinməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının iddia tələbinin 1448.48 manat əlavə sərfiyyata görə borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən həmin borcun nədə ifadə olunması, nəyə əsasən tərtib edilməsinə dair əsaslı sübut təqdim edilməmiş, mülki iş materiallarında olan bildirişdə qeyd olunmuş borc məbləği isə iddiaçı barəsində əlavə sərfiyyata görə hesablanmış borcu əks etdirmədiyindən, cavabdehin nümayəndəsi tərəfindən isə həmin borca dair mötəbər, təkzibolunmaz sübut məhkəməyə təqdim edilmədiyindən, ümumiyyətlə, qeyd olunan borc sübutetmə vəzifəsi daşıyan iddiaçı tərəfindən əsaslandırılmadığından iddia tələbləri bu hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qəərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hiro Balani İspaniyaya qarşı» işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 20.02.2017-ci il tarixli 008274 saylı, 09.08.2017-ci il tarixli 010397 saylı, 14.12.2017-ci il tarixli 089135 saylı, 01.06.2018-ci il tarixli 108113 saylı, 20.08.2018-ci il tarixli 109897 saylı aktlar əsasında abunə kodu **********01646 olan İddiaçı barəsində hesablanmış 2635.11 manat pul vəsaiti abonentin hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 20.02.2017-ci il tarixli 008274 saylı, 09.08.2017-ci il tarixli 010397 saylı, 14.12.2017ci il tarixli 089135 saylı, 01.06.2018-ci il tarixli 108113 saylı, 20.08.2018-ci il tarixli 109897 saylı aktlar əsasında abunə kodu **********01646 olan İddiaçı barəsində hesablanmış 2635.11 (iki min altı yüz otuz beş manat on bir qəpik) manat pul vəsaiti abonentin hesabından silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4649/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4649/2021
18.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver