Məhkəmə qərarları › İş №2(012)-468/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-468/2025

27.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-468/2025 27.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, X6bnın katibliyi ilə, İddiaçı və digər iddiaçı Nümayəndəsi İddiaçı1, İddiaçı2, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və Nümayəndə (maraqlı şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi) Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və Nümayəndə (maraqlı şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi) Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Quba Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən cavabdeh X11 verilmiş xx.xx.2024-cü il tarixli, 2V-422 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli, 2V-499 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********57 reyestr nömrəli çıxarışa əsasən, ümumi paylı mülkiyyətdə olan Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 1.2680 ha bağ və ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********56 reyestr nömrəli çıxarışa əsasən 2.0256 ha əkin sahəsindən ataları X34 düşən paya onların vərəsəlik hüququ üzrə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra, İddiaçı1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Quba Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən X11 verilmiş xx.xx.2024cü il tarixli, 2V-422 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli, 2V-499 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və digər iddiaçı Nümayəndəsi İddiaçı1 izahatında bildirmişdir ki, X23, X41, X24, X20, X12 adına Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən bağ və əkin sahəsi olmaqla 2 ayrı yerdə yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********57 reyestr nömrəli çıxarışa əsasən, 1.2680 ha bağ, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********56 reyestr nömrəli çıxarışa əsasən, 2.0256 ha əkin sahəsi vardır. Bildirir ki, 1960cı ildə ataları X41 anaları X25 ilə ailə qurmuş, birgə nikahlarından xx.xx.1963-cü il tarixdə qardaşları Ədalət və onlar - xx.xx.1961-ci il tarixdə Zinyət, xx.xx.1967-ci il tarixdə Rəsmiyyə, xx.xx.1969-cu il tarixdə Rəhimə doğulmuşlar. 1981-ci ildə valideynlərinin nikahı pozulmuşdur. X5 xx.xx.1982-ci il tarixdə Yaqubova (Qocayeva) Nigar Soltan qızı ilə ailə qurmuş, birgə nikahlarından xx xxxxx 1982-ci il tarixdə Kəmalə, 14 oktyabr 1983-cü il tarixdə Xalidə və xx.xx.1986-cı il tarixdə Emma doğulmuşlar. Atası 08 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra onun vərəsələri qardaşları X35, onlar - Yaqubova (Həsənova) Zinyət Yaqub qızı, İddiaçı2, Nümayəndə, həyat yoldaşı Yaqubova (Qocayeva) Nigar Soltan qızı, Yaqubova (Bədəlova) Kəmalə Yaqub qızı, Yaqubova (Ulubəyova) Xalidə Yaqub qızı və Yaqubova (Məmmədova) Emma Yaqub qızı qalmışlar. Lakin cavabdeh X4 Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********57 reyestr nömrəli çıxarışa əsasən, 1.2680 ha bağ və ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********56 reyestr nömrəli çıxarışa əsasən, 2.0256 ha əkin sahəsindən atalarıX34 düşən hissəyə tam pay olmaqla xx.xx.2024-cü il tarixli, 2V-422 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli, 2V-499 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Vərəsələrdən qardaşları X35, Yaqubova (Qocayeva) Nigar Soltan qızı, Yaqubova (Bədəlova) Kəmalə Yaqub qızı, Yaqubova (Ulubəyova) Xalidə Yaqub qızı və Yaqubova (Məmmədova) Emma Yaqub qızı ataları X34 ümumi paylı mülkiyyətdə olan özünə məxsus torpaq sahəsindən vərəsəlik üzrə özlərinə düşən payı Kəmalə Bədəlovaya bağışlamışlar. Kəmalə Bədəlova da atalarına məxsus torpaq sahəsinə tam hissədə pay almışdır. Lakin iddiaçılar X48un vərəsələri olduqları halda, cavabdeh tərəf bunu notariat ofisindən gizləmişdir. Beləliklə də, onların vərəsəlik hüquqları pozulmuş və atalarına məxsus torpaq sahəsindən vərəsəlik üzrə paylarının olduğu nəzərə alınmadan cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. 21 iyun 2024-cü il tarixdə o, İddiaçı2 Quba Regional “Asan Xidmət” mərkəsi notariat kontoruna müraciət edərək, X10na məxsus olmaqla ondan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 21 iyun 2024-cü il tarixli məktubu ilə cavabdehə tam pay olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi bildirilərək, məhkəməyə müraciət etməyi izah olunmuşdur. Hesab edir ki, məhkəmə qətnaməsinə əsasən, Quba Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən cavabdehə verilmiş xx.xx.2024-cü il tarixli, 2V-422 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli, 2V-499 reyestr nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamələri ləğv edilməli, ümumi paylı mülkiyyətdə olan Quba rayonu, Aşağı Xuc kəndində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********57 reyestr nömrəli Çıxarışa əsasən 1.2680 ha bağ və ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********56 reyestr nömrəli Çıxarışa əsasən 2.0256 ha əkin sahəsindən ataları X34 düşən paya bizim vərəsəlik üzrə payları müəyyən olunmalıdır. Eyni zamanda, ataları anaları ilə ayrıldıqdan iddiaçılarla əlaqəsi demək olar ki, olmayıb, ona görə də atalarının ölməsi ilə bağlı məlumatları olmamışdır. Yaxınlarda məlumat əldə etmişlər ki, ataları vəfat etmişdir. Bu səbəbdən məhkəməyə indi müraciət etməli olmuşlar. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 digər İddiaçı1 izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil izahatında və etirazında bildirmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və Nümayəndə X26 əvvəlki nikahdan olan qızlarıdır. Hesab edir ki, iddiaçıların iddiası əsassızdır və təmin edilə bilməz. Belə ki, Quba rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə X34 (Cavabdeh atası), X13 (anası), onun özünə, bacıları X14 və X3 təsərrüfatı məhsulları istehsalı üçün 3.34 ha torpaq sahəsi verilmişdir. X41 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixli, **********56 reyestr №-li çıxarışda 2.0256 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olması, xx.xx.2024-cü il tarixli, **********57 reyestr №-li Çıxarışda isə 1.268 ha torpağın pay hissələri ilə X13, X7, X21 və Cavabdeh məxsus olması göstərilmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə anası və bacıları öz paylarını notarial qaydada Cavabdeh bağışlamışlar. Daha sonra Quba Regional “Asan Xidmət” mərkəzinin notariusu tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, 2V-422 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli, 2V-449 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" Şəhadətnamələr verilmiş, xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********57 reyestr nömrəsi ilə 1.2680 ha bağ, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********56 reyestr nömrəsi ilə 2.0256 ha əkin sahəsinə Çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci və 1147-ci maddələrə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1256-cı maddəsində göstərilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (maddəll59.1.1.); övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar (maddə 1159.1.2.). 1159.1.3-cü maddəyə görə isə sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Yuxarıda qeyd edildiyi kimi, Quba rayonu üzrə Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarı ilə Yaqub Yaqubovun 5 nəfərdən ibarət ailəsinin hər bir üzvünə bərabər paylarda olmaqla cəmi 3.34 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi həmin torpaq sahəsi bərabər paylardan ibarətdir ki, hər bir ailə üzvünə 0.668 ha torpaq sahəsi düşür. X22 miras 0.668 hektardan ibarətdir ki, həmin torpaq sahəsinin Yaqub Yaqubovun qanun üzrə vərəsələri, o cümlədən arvadı, üç qızı, əvvəlki nikahdan olan üç qızı və bir oğlu - cəmi 8 nəfər arasında bərabər paylarla bölünə bilər. Eyni zamanda bildirir ki, iddiaçılar mərhum ataları ilə heç vaxt əlaqə saxlamamış, onunla maraqlanmamış, vəfat etdikdə dəfninə belə gəlməmişlər. Bundan əlavə, 2024-cü ilin yanvar ayında iddiaçı dəfələrlə həmin şəxslərə müraciət edərək atasından qalan mirası qəbul etməyə dəvət etmiş, lakin həmin şəxslər onun dəvətinə və çağırışlarına cavab verməmişlər. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Vəkil izahatı ilə eyni məzmunlu izahat vermişdir. Maraqlı şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -АЗ 222008 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1961-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. X10, anası isə X15r. -X-ЖГ 287271 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X16 xx.xx.1967-ci il tarixdə Siyəzən rayonunda anadan olmuşdur. X10, anası isə X15r. -Vİ-ЖГ 419743 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X28 xx.xx.1969-cu il tarixdə Siyəzən rayonunda anadan olmuşdur. X10, anası isə X15r. -Qusar Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş İİİ- ЖГ 268497 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X41 ilə X29 arasında xx.xx.1982-ci il təvəllüdlü, 127 saylı rəsmi nikah bağlanmış, nikahdan sonra arvada Yaqubova soyadı verilmişdir. -Vİİİ-ЖГ 399660 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X30 xx.xx.1982-cı il tarixdə anadan olmuşdur. X10, anası isə X17r. -İX-ЖГ 446027 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X31 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. X10, anası isə X17r. -Vİİ-АГ 310667 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X39 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. X10, anası isə X17r. -Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 109139 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X41 Bakı şəhərində xx.xx.2012-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 922 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.268 ha torpaq sahəsi Cavabdeh, X41, X24, X20, X12 ümumi birgə payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********57 reyestr nömrəsi ilə xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. -Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2024-cü il tarixdə təsdiqlənərək, reyestrdə 2V-449 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə ölmüş X26 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.268 ha torpaq sahəsinin X34 çatan hissəsindən ibarətdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.0256 ha torpaq sahəsi Cavabdeh, X41, X24, X20, X12 ümumi birgə payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********56 reyestr nömrəsi ilə xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. -Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2024-cü il tarixdə təsdiqlənərək, reyestrdə 2V-422 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə ölmüş X26 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.0256 ha torpaq sahəsinin X34 çatan hissəsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. İşin araşdırılan hallarından məlum olmuşdur ki, X41 1960-cı ildə X25 ilə ailə qurmuş, birgə nikahlarından xx.xx.1963-cü il tarixdə qardaşları Yaqubov Ədalət, xx.xx.1961-ci il tarixdə Yaqubova Zinyət, xx.xx.1967-ci il tarixdə İddiaçı2, xx.xx.1969-cu il tarixdə Yaqubova Rəhimə doğulmuşlar. 1981-ci ildə X41 ilə X8 nikahı pozulmuşdur. X41 növbəti dəfə xx.xx.1982-ci il tarixdə Yaqubova (Qocayeva) Nigar Soltan qızı ilə ailə qurmuş, birgə nikahlarından xx xxxxx 1982-ci il tarixdə Yaqubova Kəmalə, 14 oktyabr 1983-cü il tarixdə Yaqubova Xalidə və xx.xx.1986-cı il tarixdə Yaqubova Emma adlı övladları doğulmuşdur. X26 1,268 ha və 2.0256 ha torpaq sahələrində ümumi birgə mülkiyyət hüququ ilə pay torpağı olmuşdur. X41 08 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. Yaqubov Yaqubun ölümündən sonra vərəsələri X35, Yaqubova (Həsənova) Zinyət Yaqub qızı, İddiaçı2, Nümayəndə, həyat yoldaşı Yaqubova (Qocayeva) Nigar Soltan qızı, Yaqubova (Bədəlova) Kəmalə Yaqub qızı, Yaqubova (Ulubəyova) Xalidə Yaqub qızı və Yaqubova (Məmmədova) Emma Yaqub qızı qalmışlar. Lakin cavabdeh X4 regional Asan Xidmət mərkəzində notariat ofisinə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan 1.2680 ha bağ və 2.0256 ha əkin sahəsindən ataları X34 düşən hissəyə tam pay olmaqla xx.xx.2024-cü il tarixli 2V-422 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli 2V-499 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. X1, Yaqubova (Qocayeva) Nigar Soltan qızı, Yaqubova (Ulubəyova) Xalidə Yaqub qızı və Yaqubova (Məmmədova) Emma Yaqub qızı ataları X26 ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən vərəsəlik üzrə özlərinə düşən miras paydan Kəmalə Bədəlovanın xeyrinə imtina etmişlər. Vərəsəlik şəhadətnaməsi verilərkən iddiaçılar nəzərə alınmamış bu səbəbdən iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X11 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, onların ataları X34 düşən paya onların vərəsəlik hüququ üzrə paylarının müəyyən olunmasını məhkəmədən xahiş etmişlər. Mülki Məcəllənin: 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). X26 1960-cı ildə X25 ilə ailə qurması, birgə nikahdan Yaqubov Ədalət, Yaqubova Zinyət, İddiaçı2, Yaqubova Rəhimə adlı övladlarının olması, 1981-ci ildə onların nikahının pozulması, daha sonra X26 xx.xx.1982-ci il tarixdə Yaqubova (Qocayeva) Nigar Soltan qızı ilə ailə qurması ikinci evlilikdən Yaqubova Kəmalə, Yaqubova Xalidə və Yaqubova Emma adlı övladlarının olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən şəhadətnamələr bilavasitə İddiaçı1 marağına toxunduğundan onun tələb etmə hüququ yaranmışdır, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr isə Cavabdeh tərəfindən alındığına görə iddia tələbinin ona qarşı yönəlməsi qanuni və əsaslıdır. Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İş materiallarında olan Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2024-cü il tarixdə təsdiqlənərək, reyestrdə 2V-449 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2024-cü il tarixdə təsdiqlənərək, reyestrdə 2V-422 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi, şəhadətnamə verilərkən, X2 əvvəlki nikahından olan övladları-iddiaçılar İddiaçı1, İddiaçı2 və Nümayəndə göstərilməmiş, digər vərəsələr X35, mərhumun nikaha girdiyi Yaqubova (Qocayeva) Nigar Soltan qızı, onların birgə nikahından olan övladları X20 və X36 öz paylarından X9 xeyrinə imtina etmişlər və Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2024-cü il tarixdə təsdiqlənərək, reyestrdə 2V-449 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh adına verilmişdir. Sözügedən şəhadətnamələr verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, xx.xx.2012-ci il tarixdə ölmüş X26 digər vərəsələrinin, mirasdan pay almaq hüququ olan şəxslərin olub-olmaması ətraflı yoxlanılmadan yalnız Cavabdeh miras əmlakdan tam hissədə pay almalı olduğuna dair şəhadətnamə verilmişdir. Məhkəmə qeyd edir ki, notariusun vəzifəsi vərəsələrin dairəsinin tam müəyyən edilməsi olduğu halda bunları etməmişdir. “Notariat Haqqında” Qanunun: 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. 62-ci maddəsinə əsasən, ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Həmin Təlimatın 103-cü bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Göründüyü kimi notarius qanunla nəzərdə tutulmuş üzərinə düşən vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçıların mirasdan pay alma hüquqları pozulmuşdur. Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə məhkəmə sübutları qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2024-cü il tarixdə təsdiqlənərək, reyestrdə 2V-449 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2024-cü il tarixdə təsdiqlənərək, reyestrdə 2V-422 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, vərəsələrin dairəsi tam nəzərə alınmadan verildiyindən etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Cavabdeh izahatında iddiaçıların mirasın qəbulu üçün müddəti ötürdüklərini bildirsə də, AR MM-nin 1256-cı maddəsində də göstərildiyi kimi mirasın qəbulundan imtina vərəsə, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu vaxtdan başlanır. Lakin iddiaçılar izahatlarında atalarının ölümündən sonra vərəsəlik işinin açılmasından xəbərsiz olduqlarını bildirmişlər. Belə ki, iddiaçıların mirasdan pay əldə etməkdə maraqlı olmasını nəzərə alsaq, vərəsəlik işininin açılmasından xəbərlərinin olduğu halda, müraciət etməmələri inandırıcı deyil. Ona görə də məhkəmə cavabdehlərin müddətin ötürülməsi ilə əlaqədar dediklərini asalı hesab edilmir. Məhkəmə iddia tələblərini iddiaçıların mərhum atalarından miras qalmış əmlaklara dair paylarının müəyyən edilməsi tələbi ilə bağlı qeyd edir ki, X26 vərəsələri İddiaçı1, İddiaçı2, Nümayəndə, X35, Yaqubova (Qocayeva) Nigar Soltan qızı, X20, X36, X23 olduğundan, X2 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********57 reyestr nömrəli çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 1.2680 ha və ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********56 reyestr nömrəli çıxarışa əsasən 2.0256 ha kənd təsərrüfatı torpağa dair miras payından vərəsələri İddiaçı1, İddiaçı2 və Nümayəndə hər birinin 1/8 hissədə payları müəyyən edilməlidir. İnsan hüquqlarının və X19 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddia tələbində tələb edilmədiyindən, həmin məbləğ iddiaçıların özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Quba Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən cavabdeh X11 verilmiş xx.xx.2024-cü il tarixli, 2V-422 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli, 2V-499 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. X2 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********57 reyestr nömrəli çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 1.2680 ha və ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********56 reyestr nömrəli çıxarışa əsasən 2.0256 ha kənd təsərrüfatı torpağa dair miras payından vərəsələri İddiaçı1, İddiaçı2 və Nümayəndə hər birinin 1/8 hissədə payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı1 aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar