Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4707/2022 22.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «elektrik enerjisinə görə qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsi, ev (bina) 0020, mənzildə 4144 (abunə kodu: **********04144) istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 653,92 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır və qeydiyyatdadır. Belə ki, "xxxx" ASC tərəfindən ona təqdim edilmiş abunə haqqında məlumatda xx.xx.2015-ci il tarixdə ETAİS-dən gələn borca görə onun 653,92 manat borcunun olduğu bildirilmişdir. Bu borcdan onun yenicə xəbəri olmuşdur. İndiyə kimi borc barədə ona nə akt nə də ki, rəsmi şəkildə heç bir məlumat verilməmişdir. 653,92 manat məbləğində borcun nə vaxt və hansı səbəbdən yaranması ona məlum deyildir. "xxxx" ASC-yə müraciət etdikdə isə sərf etdiyi elektrik enerjisinə görə yaranmış borc olduğu bildirilmişdir. Lakin o, hər zaman sərf etdiyi enerjinin ödənişini vaxtı-vaxtında etmişdir. O, sərf etdiyi eletrik enerjisinə görə 2 gün ödəniş etməyən zaman evinə borcu ödəməyi barədə bildiriş gəlmişdir. Düşünür ki, 653,92 manat məbləğində pul ona əsassız şəkildə yazılmış və silinməlidir. Çünki o, sərf etdiyi elektrik enerjisinə görə vaxtı-vaxtında ödənişlər edir və heç bir borcu yoxdur. Qeyd olunanlara əsasən, o, iddianın tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, İddiaçı 653,92 manat borcu 2015-ci ilədək olan ETAİS borcudur. 2015-ci ildən cari günədək isə iddiaçının debitor borcu yoxdur. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, abonent kodu **********04144 olan sayğac üzrə xx.xx.2015-ci il tarixinə abonentin ETAİS-dən gələn borcu 653,92 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki,2016-cı ildən məhkəmədə iddia qaldırılan günədək, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, ev (bina) 0020, mənzil 4144-ə görə (abunə kodu: **********04144) istifadə etdiyi elektrik enerjisinə görə hər hansı bir borcu yoxdur.Bu xüsusatı məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi də öz izahatı ilə təstiq etmişdir.Lakin, İddiaçı xx.xx.2015ci il tarixdə ETAİS-dən gələn borca görə 653,92 manat hesablanması iılə məhkəmə razılaşmır.Belə ki, "xxxx" ASC-nin nümayəndəsi məhkəmədə həmin borcun hansı əsaslarla və hansı dövrləri əhatə etməsi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.Halbuki, İddiaçı həmin dövrlərdə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ona təqdim edilmiş aylar üzrə ödəmə sənədi əsasında ödəmək vəzifəsi daşımış,lakin məhkəmədə belə bir ödəmə sənədlərinin istehlakçıya təqdim olunması ilə bağlı hər hansı bir sübut müəyyən edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə,yuxarıda qeyd opunan faktiki hallara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarına əsaslanaraq hesab edir ki, xx.xx.2015-ci il tarixdə ETAİS-dən gələn borca görə hesablanmış 653,92 manat məbləğində borc əsassızdır. Ona görə də "xxxx" ASC tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, ev (bina) 0020, 4144 saylı mənzilə quraşdırılmış abonent kodu **********04144 olan sayğac üzrə elektrik enerjisinə görə qanunsuz hesablanmış 653,92 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, ev (bina) 0020, 4144 saylı mənzilə quraşdırılmış abonent kodu **********04144 olan sayğac üzrə elektrik enerjisinə görə hesablanmış 653,92 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-4707/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4707/2022
22.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver