Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4727/2025 29.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş vaxtı uçotu, əmək haqqı ödənişləri, istifadə edilməmiş məzuniyyət günləri, istirahət və bayram günlərində görülmüş işlərə dair mühasibat və haqq-hesab sənədlərinin məhkəməyə təqdim olunması, artıq saatların düzgün hesablanması, istirahət və bayram günlərində işə cəlb olunma hallarının müəyyənləşdirilməsi, istifadə edilmiş məzuniyyət günlərinə görə kompensasiyanın tam ödənilməsi, əmək haqqının qalan hissəsinin tam və vaxtında ödənilməsi kimi hüquqların bərpası tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı bayram və istirahət günlərində işlədiyi saatlara görə ödənilməmiş əmək haqqının, artıq iş saatlarına görə ödənilməmiş əmək haqqının, müharibə veteranı kimi məzuniyyət hüququnun tanınması və istifadə etmədiyi günlərə görə kompensasiyanın tutulması, son haqq-hesabın yenidən aparılması, lazımi sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, AR Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, bayram və istirahət günlərində işlədiyi saatlara görə ikinci əmsalla ödənilməmiş əmək haqqının, Əmək Məcəlləsinin 165ci maddəsinə əsasən, artıq iş saatlarına görə ödənilməmiş əmək haqqının, Əmək Məcəlləsinin 139.1.4-cü maddəsinə əsasən müharibə veteranı kimi 46 günlük məzuniyyət hüququnun tanınması və istifadə etmədiyi günlərə görə kompensasiyanın, Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, son haqq-hesabın şəffaf aparılmaması və qanunsuz ödənişlərin bərpası məqsədilə yenidən haqq-hesabın şəffaf aparılmaması və qanunsuz ödənişlərin bərpası məqsədilə yenidən hesablanması və çatışmayan məbləğin cavabdehdən tutulması, AR MPM-nin 77-78-ci maddələri əsasında iş üzrə sübutların təqdim olunması və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş sənədlərin tələb olunması, məhkəmə xərclərinin iddia təmin olunduğu halda cavabdehdən tutulmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun iş fəaliyyətinə dair iş vaxtı uçotu, əmək haqqı ödənişləri, istifadə edilməmiş məzuniyyət günləri, istirahət və bayram günlərində görülmüş işlərə dair mühasibat və haqq-hesab sənədlərinin məhkəməyə təqdim olunması, artıq saatların düzgün hesablanması, istirahət və bayram günlərində işə cəlb olunma hallarının müəyyənləşdirilməsi, istifadə edilmiş məzuniyyət günlərinə görə kompensasiyanın tam ödənilməsi, əmək haqqının qalan hissəsinin tam və vaxtında ödənilməsi kimi hüquqların bərpasının təmin olunmasını xahiş etmişdir. Hazırki iş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddiaçı qismində verdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri yaranmış zərurətlə bağlı geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə hazırki iddia ərizəsinin geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iddiaçının ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4727/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4727/2025
29.08.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver